Icma.az
close
up
RU
Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan Türkiyə münasibətləri müzakirə edilib

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan Türkiyə münasibətləri müzakirə edilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" adlı dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada "Yeni geosiyasi reallıqlar və Azərbaycan - Türkiyə münasibətləri", "Türkiyə - Azərbaycan münasibətlərində liderlərarası diplomatiya: 2020-2025", "Türkiyədə Qərbi Azərbaycan məsələsinə baxış", "Qarabağ Zəfəri sonrası Türkiyə - Mərkəzi Asiya münasibətləri: Təhdidlər və fürsətlər", "Qarabağ Zəfəri və Suriyadakı çevrilişdən sonra Azərbaycan - İran - Türkiyə münasibətləri", "Donald Tramp dövründə Türkiyə - ABŞ münasibətləri", "Nikol Paşinyan - müxalifət rəqabəti və Ermənistanın gələcəyi: Türkiyədən baxış" mövzuları müzakirə edilib.

Azərbaycan və Türkiyədən olan tanınmış analitiklərin iştirak etdiyi dəyirmi masada Cənubi Qafqazda və Avrasiya regionunda baş verən son proseslərin iki ölkə arasındakı münasibətlərə təsiri müxtəlif aspektlərdən təhlil olunub.

Dəyirmi masada açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev Azərbaycan - Türkiyə münasibətlərinin konseptual əsasının 90-cı illərdə qoyulduğunu və əlaqələrin 30 il ərzində uğurla inkişaf etdiyini diqqətə çatdırıb: "İki ölkə arasında heç bir problem yoxdur. Bununla yanaşı, yüksək səviyyədə olan münasibətlərimizə zərbə yetirmək məqsədilə beynəlxalq mediada, xüsusən də sosial şəbəkələrdə müəyyən təxribat xarakterli addımları müşahidə edirik. Bu arzuolunmaz halların qarşısını almaq məqsədilə hər iki ölkə analitikləri birgə effektiv tədbirlər həyata keçirməlidirlər”.

BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyevin moderatorluğu ilə keçirilən birinci paneldə çıxış edən Burdur Mehmet Akif Ersoy Üniversitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi, dosent Esma Özdaşlı 2020-ci ildən sonra formalaşan yeni geosiyasi düzənin Azərbaycan – Türkiyə münasibətlərində yaratdığı fürsət və çağırışları təhlil edib. O, iki ölkə arasındakı münasibətlərin sırf mənfəətlərə əsaslanan ənənəvi dövlətlərarası münasibətlərdən fərqləndiyini, əməkdaşlığın qardaşlıq və dostluğa əsaslandığını bildirib. O, xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığın artan önəmini vurğulayıb.

Ankara Bilim Üniversitetinin müəllimi Dr.Damla Taşkın ticarət müharibələri, geosiyasi qarışıqlıqlar fonunda Azərbaycan – Türkiyə müttəfiqliyinin optimallaşdırılmasının əhəmiyyətinə toxunub. O həmçinin 2021-2025-ci illərdə liderlərarası diplomatiyanın iki ölkə arasında əməkdaşlığın dərinləşməsindəki mühüm roluna diqqət çəkib.

Ankara Hacı Bayram Veli Üniversitetinin müəllimi, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfettin Erol Bakı-Ankara xəttinin regional və qlobal stabillik nöqteyi-nəzərindən əhəmiyyətinə toxunub. Qarabağ Zəfərindən sonra Türkiyə - Mərkəzi Asiya münasibətlərində müşahidə olunan canlanmadan və bu əməkdaşlığın həm fürsətlər, həm də potensial risklər yaratmasından danışıb.

Ankara Hacı Bayram Vəli Üniversitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi, dosent Levent Ersin Orallı isə çıxışında Qərbi Azərbaycan məsələsinə Türkiyədəki münasibətləri təhlil edib. Onun sözlərinə görə, sözügedən mövzuda Türkiyədə seminarlar təşkil olunmalı, elmi ədəbiyyatda müvafiq işlər görülməli, Azərbaycan dilindəki ədəbiyyatlar Türkiyə türkçəsinə tərcümə edilməli və mediada işıqlandırılmalıdır.

Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf məsələləri üzrə prorektoru Araz Aslanlı təqdim olunan çıxışların ortaq nöqtəsi kimi Azərbaycan və Türkiyə arasında qarşılıqlı etimad və strateji sinxronlaşmanın regiondakı bütün proseslərə birbaşa təsir göstərdiyini vurğulayıb.

İkinci paneldə isə regional güc balansları, yeni diplomatik təşəbbüslər və qlobal aktorlarla münasibətlər müzakirə edilib.

TEPAV-Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfinin Orta Şərq və Orta Asiya İnstitutunun direktoru Hilmi Demir ikitərəfli münasibətlərə xələl yetirmək məqsədi daşıyan qruplaşmalar, bunun arxasında duran səbəblər barədə geniş təqdimatla çıxış edib.

Necmeddin Erbakan Universitetinin müəllimi, siyasi şərhçi Gökhan Çınkara Azərbaycan - İran - Türkiyə münasibətlərini dəyərləndirərək İranın Cənubi Qafqazdakı strateji maraqlarına və Bakı - Ankara xəttinin bu fonda tutduğu mövqeyə diqqət çəkib.

Strateji Düşüncə İnstitutunun sədr müavini Alper Tan çıxışında Donald Tramp dövründə Türkiyə - ABŞ münasibətlərindəki dönüş nöqtələrini xatırladıb. O, Vaşinqton - Ankara münasibətlərinin Azərbaycan-Türkiyə əməkdaşlığına dolayı təsirlərini təhlil edib.

Avrasiya Araşdırmaları Mərkəzinin eksperti, “Ermeni Araşdırmaları” jurnalının məsul redaktoru Tuğçe Tecimer Ermənistanın daxili siyasətində Baş nazir Nikol Paşinyan və müxalifət arasındakı rəqabətin mümkün ssenarilərinə dair proqnozlar verib. O, bu rəqabətin Türkiyə və Azərbaycanla normallaşma prosesinə təsirlərini təhlil edib.

Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyev vurğulayıb ki, dəyişən beynəlxalq münasibətlər sistemi fonunda Azərbaycan və Türkiyə öz milli maraqlarını yalnız qarşılıqlı strateji dəstək yolu ilə qoruya bilər və bu istiqamətdə diplomatik koordinasiya, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.

Yekunda dəyirmi masa iştirakçıları bildiriblər ki, Azərbaycan-Türkiyə münasibətləri ortaq milli kimlik, tarixi bağlar və mədəni faktorlarla yanaşı, həm də real təhlükəsizlik və iqtisadi maraqlara söykənən bir müttəfiqlik modelidir. Mövcud geosiyasi dəyişikliklər bu modelin daha da möhkəmləndirilməsini və yeni sahələrə yönəlməsini zəruri edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri