Icma.az
close
up
RU
Yeni enerji paradiqması: Azərbaycan Suriya əməkdaşlığı və geosiyasi reallıqlar ŞƏRH

Yeni enerji paradiqması: Azərbaycan Suriya əməkdaşlığı və geosiyasi reallıqlar ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 2-də Türkiyənin Kilis şəhərində baş tutan tədbir bir daha göstərdi ki, Azərbaycan enerji diplomatiyasını yalnız Avropaya yönəltməklə kifayətlənmir, bu siyasət artıq Yaxın Şərqin geosiyasi oyunçularını da əhatə edir. Məhz həmin gün Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ötürülməsi ilə bağlı ilk rəsmi mərasim keçirildi. Bu, enerji daşıyıcılarının istiqamətində yeni cığırın açıldığını göstərir və Azərbaycanın Yaxın Şərq strategiyasında yeni səhifə açır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O qeyd edib ki, son onillikdə dağıdıcı müharibə ilə üzləşən Suriya bu gün yeni mərhələyə qədəm qoyur - bərpa və dövlət institutlarının dirçəldilməsi mərhələsinə. Bu dövrdə Azərbaycan həmin prosesin kənarında dayanmaq əvəzinə, aktiv rol almağa qərar verib. İyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri, ondan əvvəl Antalyada Azərbaycan və Suriya prezidentləri arasında baş tutan təmaslar rəsmi Bakının bu bölgəyə marağının təsadüfi olmadığını göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyaya səfəri isə sadəcə protokol xarakterli addım deyil, bu, konkret planların araşdırılması və tətbiqi mərhələsidir. Azərbaycan bu ölkənin enerji infrastrukturunun bərpasına, iqtisadi sabitliyinin təmin olunmasına dəstək verməklə yanaşı, öz enerji siyasətini də yeni coğrafiyalara inteqrasiya edir.

Deputatın sözlərinə görə, Azərbaycan bu günə qədər əsasən Avropa ölkələrinə qaz ixrac edir. Hazırda 12 ölkə bu siyahıya daxildir. Lakin dəyişən enerji bazarları və geosiyasi risklər fonunda qaz ixracının diversifikasiyası artıq zərurətə çevrilib. Bunun üçün ən uyğun platformalardan biri də Yaxın Şərqdir. Azərbaycan qazının Suriyaya ixracı, əslində, daha böyük strateji planın tərkib hissəsidir. Suriya təkcə son istehlakçı kimi deyil, həm də tranzit məntəqə kimi mühüm rol oynaya bilər. Suriyanı İordaniya ilə birləşdirən, lakin münaqişə zamanı dağıdılmış qaz kəmərinin bərpası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əgər bu infrastruktur yenidən işə salınarsa, Azərbaycan qazı Misirə qədər uzanan marşrut üzrə nəql edilə bilər. Bu, həm də Cənub-Qərb enerji dəhlizinin genişlənməsi deməkdir.

Elektrik enerjisi ixracında yeni perspektivlərdən danışan Müşfiq Məmmədli deyib: “Enerji ixracı təkcə qazla məhdudlaşmır. Azərbaycan elektrik enerjisi sahəsində də ciddi inkişaf əldə edib. Günəş və külək enerjisi ilə yanaşı, su və istilik stansiyalarının gücü artırılır və artıq ixrac potensialı yaranıb. Yaxın Şərq ölkələri isə bu sahədə etibarlı tərəfdaş axtarışındadır. Azərbaycan həm texniki, həm də diplomatik baxımdan bu boşluğu doldurmaq imkanına sahibdir”.

Deputat bildirib ki, Azərbaycanın Suriya ilə münasibətləri daha geniş bir strategiyanın tərkib hissəsidir. Rəsmi Bakı artıq uzun illərdir ki, Avropa İttifaqı, Türkdilli Dövlətlər Təşkilatı və ŞƏT kimi platformalarda fəal rol oynayır. Eyni fəallıq indi Yaxın Şərqdə müşahidə olunur. Burada Azərbaycanın fərqləndirici cəhəti onun balanslı və qarşılıqlı hörmətə əsaslanan yanaşmasıdır. Prezident İlham Əliyevin xarici siyasəti bu fəallığın arxasında dayanan əsas mexanizmdir. Onun təşəbbüsləri nəticəsində Azərbaycan yalnız enerji resurslarının ixracatçısı deyil, eyni zamanda, münaqişədən çıxan ölkələr üçün etibarlı tərəfdaş, təcrübə paylaşan və iqtisadi inkişafı təşviq edən aktora çevrilib.

“Azərbaycan-Suriya əməkdaşlığına yalnız qaz ixracı prizmasından baxmaq bu təşəbbüsün mahiyyətini dəyərləndirməkdə yetərli deyil. Bu, Azərbaycanın regionda artan nüfuzunun, enerji diplomatiyasını geosiyasi alət kimi istifadə etməsinin və beynəlxalq münasibətlər sistemində dinamik, adaptiv oyunçuya çevrilməsinin göstəricisidir. Suriya ilə əməkdaşlıq, əslində, Azərbaycanın Yaxın Şərqə yalnız enerji deyil, sabitlik və tərəfdaşlıq modeli ixrac etməsidir. Bu isə gələcək üçün çoxşaxəli, dayanıqlı və qarşılıqlı faydaya əsaslanan regional inteqrasiya perspektivlərini artırır”, - deyə M.Məmmədli vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see160

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see120

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri