Icma.az
close
up
RU
“Yeni hədəflərinə çatmaqdan ötrü dövlətimiz daim güclü...”

“Yeni hədəflərinə çatmaqdan ötrü dövlətimiz daim güclü...”

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yeni Azərbaycan Partiyasının VIII qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin mahiyyətcə dərin olan nitqi partiya üzvlərinə xitab çərçivəsindən kənara çıxaraq xalqımızın bu günü və gələcək inkişafı üçün prinsipial məsələləri özündə əks etdirdiyindən, Azərbaycan əleyhinə olan dairələrə dərs verdiyindən tarixi əhəmiyyət daşıyır. Nitqin ana xəttini bir cümlə belə ifadə etmək olar: “Azərbaycan xalqının xoşbəxtliyi və hədəflərinə çatması yalnız özü, daxili enerjisindən güc alması, qüdrətli dövləti, yenilməz dövlət rəhbəri və təbii sabitlik ilə bağlıdır.”

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

O, bir neçə məsələni xüsusi qeyd etməyi vacib saydığını deyib:

“Birincisi, Azərbaycan yalnız özü təkbaşına işğala son qoyub və bölgədə yaratdığı reallıqları bütün dünya qəbul edib. Əhəmiyyətinin miqyasına görə Azərbaycan, Cənubi Qafqaz və dünyanı əhatə edən qələbə xalqımız əbədi mövcud olduqca hörmət və ehtiramla anılacaq qəhrəman şəhidlərimizin canı, qazilərimizin qanı, Azərbaycan xalqının zəhməti, rəhbərinin qətiyyəti, sarsılmaz iradəsi və vahid mövqedə olması nəticəsində qazanılıb. Mənbələrinin paylaşılması və şərik çıxılması mümkün olmayan, lakin bəhrəsindən bütün dünyanın faydalandığı tarixi zəfərin memarı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevdir. Artıq baş vermiş və dəyişdirilməsi mümkün olmayan tarixlə savaşanlar və ya ona cəhd edənlər bəri başdan uğursuzluğa məhkumdurlar.

Əgər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının qurulmasaydı, ikinci dəfə hakimiyyətə gəlməsəydi və cənab İlham Əliyev Prezident seçilməsəydi bu gün qələbədən, Azərbaycanın dövlət suverenliyinin bərpasından da danışmaq olmazdı. Tarixdə təsadüflər olmur, hər şey zərurətdən doğur. İlahidən gələn zərurətin qarşısını isə almaq mümkün deyildir.İkincisi, qələbənin qazanılması nəticəsində qarşıda yeni məqsədlərin qoyulduğu dinc dövrün başlanması qətiyyən tarixin unudulması anlamına gəlməməlidir. Başına gələnlərə “əşşi, olub-keçib” kimi baxan, bir zamanlar onu uğursuzluğa düçar edən və sonradan qələbəyə gətirən başlıca amilləri bilməyən, buraxılmış səhvlərdən düzgün nəticə çıxarmayan xalqın yenidən eyni problemlərlə üzləşməsi təhlükəsi vardır. Yeni hədəflərinə çatmaqdan ötrü dövlətimiz daim güclü, xalqımız dövlətimizin yanında olmalı, təbii sabitlik, xalqın milli ideyasını gerçəkləşdirən siyasət davam etdirilməlidir.

Üçüncüsü, müasir dövrdə hər hansı bir dövləti daxildən zəiflətməyə, müqavimət gücünü azaltmağa çalışan xarici dövlətlər ilk növbədə ona mədəniyyətlərini, ideologiyalarını sırımağa, gənclərinin “beyinlərini yuyaraq” kosmopolit kütlə formalaşdırmağa çalışırlar. Dünyada informasiyanın yayılmasının qarşısının alınmasının çətin olduğu, demək olar ki, mümkün olmadığı indiki şəraitdə həmin dairələr bundan ötrü təhsili, mədəniyyəti və medianı ən uyğun meydan olaraq görürlər. Ona görə də cənab Prezident İlham Əliyev milli təhlükəsizliyimizin vacib tərkib hissəsi olan ideoloji təhlükəsizliyimizi etibarlı qorumağı, təxribatların qarşını kəsməyi və vətənpərvər olmağı bir daha vacib şərt olaraq irəli sürdü. Bu isə təhsil, mədəniyyət və media sahəsində işlərin təkmilləşdirilməsini zəruri edir”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri