Icma.az
close
up
RU
Yeni həyat şəhəri Ağdam

Yeni həyat şəhəri Ağdam

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Qarabağ dağ silsiləsi ilə Kür-Araz ovalığının arasında yerləşən Ağdam əcdadlarımızın ulu məskənidir. Keçən əsrin 50-ci illərindən başlayaraq müntəzəm olaraq aparılan arxeoloji tədqiqatlar bu ərazilərin hələ 6-8 min il bundan əvvəl məskunlaşdığını göstərir. Tarixən Ağdam qalalar şəhəri olub və Mərkəzi Avrasiyada baş verən köçlərin, saysız-hesabsız hərbi yürüşlərin, çoxsaylı qələbələrin və məğlubiyyətlərin episentrində yerləşib. Odur ki, hazırda tarixi-mədəni abidələrin sayına görə Ağdam Cənubi Qafqazın ən zəngin məkanlarından biridir. Sovet dövründə sürətlə inkişaf edən Ağdam Qarabağ bölgəsinin əsas sənaye və ticarət mərkəzinə çevrilmişdi.

1993-cü ildə erməni təcavüzü ilə üzləşən Ağdam sakinləri 42 gün öz şəhərlərini rəşadətlə müdafiə etdilər. Lakin sonadək müqavimət göstərmək və şəhəri saxlamaq mümkün olmadı və 23 iyul tarixində Ağdam ərazisinin rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu. Ermənilər işğal etdikləri bütün ərazilərdə olduğu kimi Ağdam rayonunu da etnik təmizləməyə məruz qoydular. 128 min Ağdam sakini doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi.

1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 853 saylı qətnamədə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilmişdi. Lakin xarici havadarların dəstəyi sayəsində Ermənistan beynəlxalq qanunlara tabe olmaqdan və bu qərarı icra etməkdən yayındı.

27 il ərzində düşmən əsarətində qalan Ağdam demək olar ki, yer üzündən silindi. Torpaqlarımız işğaldan azad olunduqdan sonra Ağdam ərazisinə səfər edən xarici jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırmışdılar. Ağdamda heç bir həyat nişanəsi qalmamışdı. Mədəni və dini abidələrimiz dağıdılmış, təhqir və qarət edilmişdi. Şəhərdə bir dənə də olsun salamat bina qalmamış, bütün tikililər bünövrəsinə qədər sökülüb talan edilmişdi. Orda yalnız ruhlar uçuşurdu. Ağdamın müdafiəsi üçün canını qurban vermiş şəhidlərimizin ruhları... Ona görə də Ağdamı ziyarət edənlər buranı “ruhlar şəhəri” adlandırırdılar. Bu Ağdamın o zamankı vəziyyəti üçün ən doğru ifadə idi.

O nigaran ruhlar 27 il ərzində Azərbaycan xalqını torpaqlarımızın azadlığı uğrunda mücadiləyə səsləyirdi. Nəhayət, müqəddəs savaş anı gəldi. 2020-ci ilin Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun bütün işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu itki olmadan, şəhid vermədən, qan tökülmədən, bir güllə atılmadan Ağdam rayonunun işğaldan azad edilən ərazilərinə daxil oldu. Elə o zaman erməni vəhşiliyinin əsl siması – 27 il ərzində Ağdamda törədilən bütün hərbi cinayətlər tam çılpaqlığı ilə dünyaya bəyan oldu.

İşğaldan azad olunduqdan sonra Ağdam şəhərini ziyarət etmiş Prezident İlham Əliyev demişdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.

Bu gün Ağdam yeni həyatını yaşamaqdadır. Ağdam dünya şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında yenidən qurulur və bu işlər sürətlə aparılır.

2022-ci il oktyabrın 5-də ölkəmizdə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) iştirakı ilə ilk Milli Şəhərsalma Forumu Ağdamda keçirildi. 2022-ci ildə Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin yenidən qurulması layihələrinə başlanıldı.

Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 31 iyul 2023-cü il tarixində imzalanan müvafiq sərəncamla 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən edilib.

Bu gün Ağdamda şəhər günüdür. Onun azad olunduğu və yenidən doğulduğu gündür. Bu gün yeni Ağdamın mərkəzi meydanında Azərbaycanın qalibiyyət bayrağı qürurla dalğalanır.

2021-ci ilin 28 may tarixində Ağdam şəhərinin bərpası üzrə Baş Plan ictimaiyyətə təqdim olundu. Bu illər ərzində Ağdam şəhərində və kəndlərində abadlıq-quruculuq işləri sürətlə aparılır. Məcburi köçkünlərin öz doğma şəhərinə qayıtması üçün tikilən çoxsaylı yaşayış binaları və evlərlə yanaşı rayonda Sənaye Parkı, Zəfər Muzeyi, məktəb, bağça və xəstəxana binaları tikilir. Ağdamı ətraf rayonlarla birləşdirən avtomobil yolları, dəmir yolları və Avtovağzal tikilir. İşğal müddətində dağıdılmış qalalarımız, Qarabağ xanlarının türbələri və yaşayış evləri, məscidlərimiz və muzeylərimiz bərpa olunur. Ağdamda milli-mədəni irsin bərpası istiqamətində layihələr həyata keçirilir. Ağdam Cümə məscidində, eləcə də Pənahəli xanın sarayı və İmarət kompleksi ərazisində əsaslı bərpa-quruculuq işləri görülür. 2022-ci ilin oktyabrında Prezident İlham Əliyevin Xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını etdi.

Ağdam özünün yeni yüksəliş dövrünə qədəm qoyub. Ağdam öz tarixi simasını özünə qaytarmaqla yanaşı həm də əbədi olaraq əmin-amanlıq şəraitində yaşayacaq yeni nəsillərin sevimli yurduna çevrilməkdədir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı, fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see486

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see450

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see365

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see333

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see303

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see296

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see266

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see254

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see239

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see219

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see218

Qarabağda qeydə alınan nadir heyvanlar SİYAHI

05 Avqust 2026 07:01see206

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see203

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see190

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see186

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see182

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see181

ABŞ Braziliya səfirinin vizasını ləğv etdi

05 Avqust 2026 06:40see177

Fransada sosial gərginlik aviaşirkət işçiləri tətilə başlayır

05 Avqust 2026 02:23see174

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri