Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Yeni il tətilində vizasız səfər edə biləcəyiniz ölkələr

Yeni il tətilində vizasız səfər edə biləcəyiniz ölkələr

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Nəhayət ki, ilin ən çox gözlədiyimiz günləri gəlib çatıb. O günlər ki, yola salmağa hazırlaşdığımız ilin bütün yorğunluğunu, qayğı və stresini geridə qoyub yeni ilə gözəl başlamaq üçün maksimum əyləncəli keçməsi üçün çalışırıq. Bayram günləri səbəbindən elan olunacaq qeyri-iş günlərini də nəzərə alsaq, yeni ilə yeni başlanğıcı başqa bir ölkədə etməyimizə demək olar ki, heç bir maneə yoxdur. Əgər xaricə səfər etməkdə ən böyük çətinliyin viza prosedurları olduğunu düşünürsünüzsə ki, o halda bugünkü məqalə məhz sizin üçündür.

Banco.az sizin üçün vizasız daxil ola biləcəyiniz ölkələri təqdim edir.

1. Albaniya

Azərbaycandan viza tələb etməyən ölkələrdən biri Albaniyadır. Balkan yarımadasının cənub-qərbində, Adriatik dənizinin sahillərində yerləşən Albaniya hələ də dünyanın aparıcı turist destinasiyası hesab edilməsə də, ecazkar təbiət mənzərələri, maraqlı tarixi yerləri və qonaqpərvər əhalisi ilə ildən-ildən turistlərin daha çox marağını cəlb etməyə müvəffəq olur. 

Uzun və maraqlı tarixinə görə Albaniyanın şəhər və şəhərkənarı qəsəbələri bir-birindən cəlbedici köhnə qəsrlər, Roma xarabalıqları, Osmanlı dövründən qalma məscid və binalarla zəngindir. Girokastra və Berat kimi mənzərəli şəhərlərdə turistlərin gəzib-görməsi üçün hər zaman yeni nələrsə tapılır.

Xatırladaq ki, ölkədə ucuz qiymətə maşın kirayə edib istirahətinizin dadını çıxara bilərsiniz.

2. Serbiya

Azərbaycandan vizasız gedilən ölkələr sırasına yeni daxil olan Serbiya ziyarətçilərinin gözləntilərini doğruldan ölkələrdən biridir. Dənizə çıxışı olmayan bu ölkə əyləncə axtarışında olan turistlərə səs-küylü şənliklərdən pivə festivallarına qədər çoxsaylı mərasimlər, həmçinin füsunkar gözəlliyə malik mənzərəli məkanlar vəd edir.

Serbiya şərq və qərb mədəniyyətlərinin qovuşduğu, əzəmətli qalalar və qədim monastırlarla təmsil olunan orta əsr şəhərlərinin cəlbediciliyi ilə ziyarətçilərini məftun etdiyi bir yerdir. Qış turizmi üçün də ölkədə əlverişli şərait mövcuddur, belə ki, turistlər burada xizək sürməkdən zövq alacaqlar. 

Ucuz olması ilə yanaşı tarixi və mədəni zənginliyi ilə seçilən Serbiyada sosial həyat olduqca aktivdir. Serbiyanın paytaxtı və ən böyük şəhəri olan Belqradda istər hosteldə, istərsə də otellərdə qalın, axtardığınız yerləşmə müəssisəsini müxtəlif axtarış sistemlərindən dərhal tapa bilərsiniz.

3. Monteneqro

Çernoqoriya ya da Qaradağ kimi də tanınan cənub-şərqi Avropa dövləti Monteneqro Adriatik dənizi sahillərində yerləşən və ölkə iqtisadiyyatının 20%-i beynəlxalq turizmin payına düşən gənc müstəqil dövlətdir. 2006-cı ildə müstəqillik əldə edən Balkan regionunun bu kiçik ölkəsi həmin vaxtdan etibarən sürətlə populyar turist destinasiyasına çevrilmişdir. Ecazkar çimərliklər, yamyaşıl örtüyünə bürünmüş sıldırım dağlar və möhtəşəm tarixi qəsəbələr hər il ölkəyə çoxsaylı turist axınına səbəb olur. Mülayim aralıq dənizi iqliminin ağuşunda dağ velosipedindən raftinqə qədər ekstremal turizm növlərinin müxtəlifliyinə heyran olacaqsınız. Elə bu səbəbdən də heç təəccüblü deyil ki, hazırda turizm Monteneqronun inkişaf etməkdə olan iqtisadiyyatında aparıcı rola malikdir.

4. Gürcüstan

Vizasız səfər edə biləcəyiniz Gürcüstanda hətta möhtəşəm həftə sonu tətili də keçirə bilərsiniz. İnsanı valeh edən təbiəti, qonaqpərvər insanları və ölkəmizə qonşu olması ilə bu ölkə ucuz tətil istəyənlər üçün çox doğru seçimdir.

5. Rusiya

Ən sərfəli kredit üçün müraciət et

Vaxtılə keçmiş SSRİ-nin ən böyük və ən güclü üzvü olan Rusiya bu gün də mütləq ziyarət edilməli ən füsunkar ölkələrdən biri kimi tanınır. Təzadlar ölkəsi olan Rusiya ziyarətçilərini həm möhtəşəm subtropik çimərliklər, həm də qış aylarının ən sərt keçdiyi regionlarla qarşılayır. Ölkənin şərqində əhali nisbətən seyrək məskunlaşsa da, buranın ecazkar şəhərləri Rusiyanın ən populyar səfər destinasiyalarına daxildir və bu səbəbdən də qərblə rəqabət apara bilir.

Rusiya turistlərin gəzib-gördüyü hər yerdə onları tarixin sehrinə qərq edən, amansız döyüşlərdən möhtəşəm klassik musiqi və ədəbiyyata qədər zəngin irsini gözlər önünə sərən və hər kəsi özünə heyran edən turizm destinasiyasıdır. Paytaxt şəhər Moskvanın və keçmişdə imperiya mərkəzi kimi xidmət göstərmiş Sankt-Peterburqun nümunəsində bu ölkə əsl nağıllar aləmini xatırladır. 

6. Bosniya və Herseqovina

Son dərəcə ecaskar gözəlliyə malik Bosniya və Herseqovina cənub slavyanlarının ələyindən süzülən Osmanlı və Avstriya-Macarıstan tarixinin bir-birinə qarışmış izlərinin yaratdığı Şərqlə Qərbin ahəngini əks etdirən abu-havasına görə turistlər üçün olduqca cəlbedici seçimdir. Bir çoxları bu ölkəni 1990-cı illərdə baş verən dəşhətli vətəndaş müharibəsi ilə xatırlayır və həmin dövrün açdığı yaralar təəssüf ki, hələ də özünü göstərir.  Lakin bu gün ölkəyə səfər edənlər buranı daha çox qonaqpərvər insanları, bir-birindən maraqlı turistik yerləri, təbii gözəllikləri ilə yadda saxlayırlar.

Ölkənin əsas diqqət çəkən yerləri ecaskar türk memarlığı ilə müxtəlif barların, açıq hava kafelərinin, ənənəvi barbekü restoranlarının və canlı sənət səhnələrinin ziddiyət təşkil etdiyi Sarayevo və Mostar şəhərlərinin bərpa edilmiş tarixi mərkəzləridir. Geniş şəhərətrafı ərazilərdə də kəşf edilməli möhtəşəm yerlər mövcuddur ki, bütün bunlar Bosniya və Herseqovinanı Avropanın ən dəyərli turist destinasiyalarından birinə çevirir. 

7. Makedoniya

Bu gün belə turistlər tərəfindən çox ziyarət edilməyən, ancaq möhtəşəmliyi ilə görənləri valeh edən Makedoniya ecazkar təbiət gözəllikləri, o cümlədən həm Balkan, həm də Aralıq dənizi təsirinə məruz qalmış bənzərsiz mədəniyyəti ilə qonaqlarını qarşılayır. Cənub-şərqi Avropada, Balkan yarımadasında yerləşən, dənizə çıxışı olmayan bu ölkə rəsmi olaraq Şimali Makedoniya Respublikası adlansa da, beynəlxalq aləmdə daha çox Makedoniya kimi tanınır. 

Makedoniyanın dağlıq landşaftı parıldayan gölləri və cilgildəyən şəlalələri ehtiva edir, ölkənin dörd milli parkı yamyaşıl təpə və vadilərdən keçən füsunkar haykinq cığırları ilə təbiət aşiqlərini qarşılayır. Ölkənin ən görməli yerləri qədim monastırlar və təpəlik qalalardır. Bununla yanaşı, turistlər Makedoniyada çoxlu sayda məscidlərə, provaslav kilsələrinə və arxeoloji xarabalıqlara rast gələcəklər. Ölkənin əksər şəhərləri mərkəzi mövqedə yerləşən və Osmanlı dövründən qalmış çox gözəl Köhnə Bazar meydanlarına ev sahibliyi edir ki, bu yerlərə baş çəkməmiş şəhəri tərk etmək olmaz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://banco.az
archiveBu xəbər 29 Dekabr 2024 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri