Icma.az
close
up
RU
Yeni il yarmarkasında iştirak üçün qeydiyyat başladı

Yeni il yarmarkasında iştirak üçün qeydiyyat başladı

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

21-30 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək.

Modern.az xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər təsərrüfatlarında yetişdirdikləri məhsulları Yeni il yarmarkasında satışa çıxara biləcəklər. Fermerlər yarmarkada iştirak üçün yer, piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında təşkil olunacaq yarmarka 10 gün müddətində fasiləsiz davam edəcək. İştirak etmək istəyən fermerlər 09.12.2024-cü il tarixinədək 050 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya, eləcə də “Aqrar tədarük və təchizat” ASC və “Kənddən Şəhərə” yarmarkasının sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. 

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Qeyd edək ki, yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə biləcəklər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri