Icma.az
close
up
RU
Yeni ili rayonlarda qarşılamaq istəyənlər: 5 min manatı hazır edin

Yeni ili rayonlarda qarşılamaq istəyənlər: 5 min manatı hazır edin

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni il yaxınlaşdıqca, insanlar bayramı necə və harada qeyd edəcəklərini planlamağa başlayırlar. 

Bəziləri bu əlamətdar günü ailəsi ilə evdə keçirməyi üstün tutarkən, bəziləri isə rayonlarda və yaxud xaricdə səyahət etməyi seçir. Bayram ərəfəsində hotellərin qiymətləri adi günlərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişir və bu da planlama prosesində daha böyük diqqət tələb edir. 

“Cebhheinfo.az” bayram günündə hotel qiymətləri ilə bağlı araşdırmanı təqdim edir: 

*Basqal Resort & Spa dekabrın 31-i və yanvarın 1-i tarixlərində keçiriləcək Yeni İl Qala gecəsi üçün xüsusi paketlər təklif edir. Minimal rezervasiya iki gecə üçün nəzərdə tutulub. 2 nəfər qonaq üçün “Standard” otaqların qiyməti 1860 AZN, “Superior” otaqlar 1900 AZN, “Deluxe Suite” otaqlar isə 2000 AZN təşkil edir. Daha böyük ailələr üçün 4 nəfərlik “Family Suitelər” 3800 AZN, 5 nəfərlik kotteclər isə 5030 AZN-dən başlayır. 

Qiymətə açıq bufet şəklində səhər və şam yeməyi, dekabrın 31-də keçiriləcək Qala gecəsi, canlı musiqi və əyləncə proqramı daxildir. Həmçinin qonaqlar resortun SPA imkanlarından (qapalı hovuz, sauna, buxar otağı, qadınlar üçün türk hamamı, fitnes zalı) və uşaqlar üçün oyun zonası və uşaq otağından faydalana bilərlər. 

* “Lachin Resort” da dekabrın 31-i və yanvarın 1-i tarixlərində Yeni İl Qala gecəsi üçün müxtəlif paketlər təqdim edir. 2 nəfər üçün “Superior” otaqlar 1640 AZN, “Superior King Balcony” otaqlar 1740 AZN, “Superior King Terrace” otaqlar 1840 AZN, “Deluxe Suite” otaqlar 2040 AZN, “Deluxe Suite Balcony King” otaqlar 2240 AZN, “Corner Suite King” otaqlar isə 2040 AZN qiymətindədir. 

Daha böyük ailələr üçün 4 nəfərlik “Grand Suite Terrace” 4500 AZN, 4 nəfərlik “Standard Cottage” 2250 AZN, 6 nəfərlik “Grand Cottage” isə 5500 AZN-dən başlayır. Qiymətə açıq bufet səhər yeməyi, dekabrın 31-də Qala gecəsi, SPA və idman imkanları daxildir. Qonaqlar hovuz, sauna, türk hamamı, duz otağı, idman zalı, uşaq meydançası, mini futbol və basketbol meydançasından istifadə edə bilərlər. 

*”Marxal Resort & Spa” minimal rezervasiya iki gecə olmaqla 2 nəfərlik qonaqlara “Standard” eyvansız və eyvanlı otaqları 1600 AZN, “Deluxe Suite” otaqları 1680 AZN, “Corner Suite” otaqları 1740 AZN, “Marxal Suite”-ləri isə 1800 AZN qiymətinə təqdim edir. Daha böyük ailələr üçün 3 nəfərlik “Standard Triple” otaqlar 2100 AZN, 4 nəfərlik “Ambassador Suite”-lər 3340 AZN səviyyəsindədir. 

Qiymətə səhər yeməyi, dekabrın 31-də Qala gecəsi, canlı musiqi, əyləncə proqramı, uşaq otağı, uşaq zonası və müəyyən SPA xidmətləri daxildir. *”Shabran Wellbeing Resort” dekabrın 31-dən yanvarın 2-dək Yeni İl tətili üçün xüsusi paketlər təklif edir. 2 nəfərlik qonaqlar üçün “Superior” otaqlar 640 AZN, “Deluxe Suite” otaqlar 760 AZN, kotteclər 780 AZN, 4 nəfərlik “Family Suite”-lər isə 1200 AZN təşkil edir. Qiymətə səhər yeməyi, canlı musiqi, əyləncə proqramı, uşaq oyun zonası və uşaq otağı daxildir. Resortun SPA imkanları (qapalı hovuz, sauna, buxar otağı və kardio zalı) qonaqların istifadəsinə açıqdır. 

*”Shamakhi Palace Sharadil” isə 31 dekabr – 2 yanvar tarixlərini əhatə edən xüsusi Yeni il paketini təqdim edir. 2 gecə, 3 gün qonaqlama və gündə 3 dəfə qidalanma paketə daxildir. 31 dekabr gecəsi keçiriləcək Qala Gecəsində bütün alkoqollu və alkoqolsuz içkilər ödənişsiz təqdim olunur. 

1 yanvar günü nahar və şam yeməkləri açıq bufet formatında təşkil edilir və hər iki yeməkdə içkilər pulsuzdur. Qiymətlər 31 dekabr – 2 yanvar üçün paket 10% endirimlə 1782 AZN-ə təklif olunur. 2–3 yanvar tarixləri üçün 2 dəfə qidalanma ilə paket 428 AZN, 3 dəfə qidalanma ilə paket isə 473 AZN səviyyəsindədir. 

Gülər Həsənli 
“Cebheinfo.az

Açar sözlər: Yeni il rayonlar qiymət

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri