Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Yeni ilin “şirin hədiyyə”ləri küçələrdə gəl gəl deyir

Yeni ilin “şirin hədiyyə”ləri küçələrdə gəl gəl deyir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AQTA isə bildirir ki, bu əlvan qutular keyfiyyətsiz mallarla doldurulub

Yeni il bayramı cəmiyyətin bütün təbəqələri üçün bol sevinc və yeni ümid məqamı sayılsa da, bu dövrdə uşaqlar üçün hazırlanan şirniyyat hədiyyələri ilə bağlı yaranan təhlükəyə kifayət qədər diqqət yetirilmir. Cəlbedici dizayn, aşağı qiymətlər, bayramın məişət qayğıları, həm də məlumatsızlıq bu bəlanı görməyə imkan vermir. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əhaliyə son müraciəti də göstərir ki, Yeni il ərəfəsində qida təhlükəsizliyi məsələsi xüsusi nəzarət və ictimai diqqət tələb edir.

Müraciətdə bildirilir ki, uşaqlar üçün nəzərdə tutulan Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Eyni zamanda, qeyd edilir ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixini göstərir. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına da ciddi diqqət yetirmələri tövsiyə olunur.

AQTA yuxarıda sadalananlarla yanaşı, hədiyyə qutularının qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və korlanmamasına önəm verilməsi zəruriliyini də diqqətə çatdırır. Eləcə də xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejimi qorunmadıqda tez sıradan çıxan yoqurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların bu cür qutulara yerləşdirilməsinin məqsədəuyğun olmamasını da xatırladır.

Qida təhlükəsizliyi üzrə ekspert Yunis Hüseynovun sözlərinə görə, bayram ərəfəsində şirniyyat qutularına tələbat kəskin artır. Bu isə bazarda həm rəsmi, həm də qeyri-rəsmi satış kanallarının fəallaşmasına gətirib çıxarır. Buna görə də küçə ticarəti, müvəqqəti fəaliyyət göstərən köşklər və sosial şəbəkələr üzərindən aparılan nəzarətsiz satışlar qida təhlükəsizliyi baxımından ciddi risk mənbəyi olaraq narahatlıq doğurur. AQTA-nın “yalnız rəsmi satış yerlərindən alış” çağırışı da məhz bu boşluqların qarşısını almaq məqsədi daşıyır. Çünki rəsmi satış məntəqələrində məhsulların saxlanma şəraiti, mənşə sənədləri və uyğunluq göstəriciləri müəyyən qədər yoxlanılsa da, qeyri-rəsmi bazarda bu mexanizmlərin tətbiqi, demək olar ki, nəzərə çarpmır. Nəticədə istehlakçı bayram hədiyyəsi aldığını düşünərkən, əslində, riskli məhsulu evinə daşıyır.

İstehlakçı hüquqları və ictimai məsuliyyət

Ekspert Xəlil İmamverdiyev bildirir ki, süd məhsulları və kremli qənnadı məmulatları risk qrupuna daxildir. Yoqurtlar, kəsmik içlikli şirniyyatlar və krem əsaslı məhsullar xüsusi saxlanma şəraiti tələb edir. Müvafiq temperatur rejimi qorunmadıqda bu məhsullar qısa müddətdə xarab olur. Belə məhsulların Yeni il hədiyyə qutularına yerləşdirilməsi, xüsusilə açıq şəkildə satışda olduqda, qida təhlükəsizliyi baxımından məqsədəuyğun sayılmır.

Bu məsələdə məsuliyyət təkcə nəzarət orqanlarının üzərinə düşmür. İstehlakçılar da daha diqqətli və tələbkar olmalıdırlar. Valideynlər üçün əsas prioritet uşaqların sevinci ilə yanaşı, onların sağlamlığının qorunmasıdır. Hər bir istehlakçı bilməlidir ki, şübhəli məhsulu almaqla öz ailəsinin həyatına təhlükə yaradır, eyni zamanda, bazarda keyfiyyətsiz məhsulların dövriyyəsinə dəstək verir. AQTA-nın müraciətində haqlı olaraq bəzi Yeni il hədiyyə qutularında göstərilən tarixlərin qutunun içindəki məhsullara deyil, təkcə qablaşdırmaya aid olduğu bildirilir. Bunun isə istehlakçı hüquqlarının pozulması ilə yanaşı, açıq şəkildə manipulyasiya elementi daşıdığı vurğulanır.

Xəlil İmamverdiyev qeyd edir ki, valideynlərin böyük əksəriyyəti qutunun üzərində yazılan tarixə güvənir və içəridəki məhsulların ayrıca etiketlərini yoxlamır. Halbuki hər bir məhsulun üzərində istehsal tarixi, yararlılıq müddəti, məhsulun tam adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliyi, istehsalçı müəssisənin adı və ünvanı aydın, silinməz və oxunaqlı şəkildə göstərilməlidir. Bu məlumatların yazılmaması isə məhsulun təhlükəsizliyinə dair ciddi şübhələr yaradır və istehlakçı üçün açıq risk siqnalıdır.

Qida təhlükəsizliyi təkcə son istifadə tarixi ilə ölçülmür. Eyni zamanda, hədiyyə qutularının deformasiyaya uğraması, əzilməsi və ya qismən açıq vəziyyətdə olması da mikrobioloji çirklənmə riskini artırır. Xüsusilə uzun müddət açıq şəraitdə saxlanılan qutuların yeri bayramdan əvvəl bir neçə dəfə dəyişdirilir, daşınır və uyğun olmayan temperaturda qalır. Bu isə xüsusilə uşaqlar üçün təhlükəlidir. Çünki uşaq orqanizmi zərərli bakteriyalara və toksinlərə qarşı daha həssasdır və yüngül qida zəhərlənməsi belə ciddi fəsadlara səbəb olur.

AQTA-nın müraciətində xüsusi saxlanma şəraiti tələb edən məhsullara diqqət çəkilməsi təsadüfi deyil. Belə ki, yoqurtlar, kremli qənnadı məmulatları və kəsmik içlikli şirniyyatlar “soyuq zəncir” adlanan temperatur rejimi qorunmadıqda çox qısa müddətdə xarab olur. Bu cür məhsulların Yeni il hədiyyə qutularına yerləşdirilməsi qida təhlükəsizliyi baxımından ciddi nöqsan hesab edilir. Eyni zamanda, belə məhsulların hədiyyə qutularında yer alması daha çox kommersiya maraqlarından irəli gəlir. Halbuki bu cür yanaşma ilə uşaqların sağlamlığı risk vəziyyətilə üz-üzə qalır və sosial məsuliyyət prinsiplərinə uyğun gəlmir.

Etiket pozuntuları və hüquqi məsuliyyət

Bəs bu barədə qanunvericilik nə deyir? Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində əsas normativ baza bir neçə fundamental sənədə söykənir. İlk növbədə, “Qida təhlükəsizliyi haqqında” Qanun bu sahədə əsas çərçivəni müəyyən edir. Qanuna əsasən, dövriyyəyə buraxılan bütün qida məhsulları insan sağlamlığı üçün təhlükəsiz olmalıdır. Məhsulun mənşəyi, tərkibi, istehsal tarixi və yararlılıq müddəti barədə istehlakçıya dəqiq və doğru məlumat verilməsi məcburidir. Qida məhsullarının saxlanma və daşınma şəraiti normativ tələblərə uyğun gəlməlidir. Bu tələblərin pozulması isə, sadəcə, etik məsələ deyil, həm də qanun pozuntusu sayılır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun da istehlakçının təhlükəsiz məhsul almaq hüququnu təsbit edir. Bu sənədə görə, istehlakçı sağlamlığı üçün təhlükə yaradan məhsuldan qorunmaq, məhsul haqqında düzgün və dolğun məlumat almaq və aldadılmadan alış etmək hüququna malikdir. Hədiyyə qutularında qablaşdırma tarixinin məhsul tarixi kimi təqdim olunması isə istehlakçının açıq şəkildə çaşdırılması deməkdir və bu qanunun tələblərinə ziddir. Qanunvericiliyə əsasən, qida məhsulunun üzərində məhsulun adı, istehsal və son istifadə tarixi, xalis çəkisi, qida dəyərliliyi, istehsalçı müəssisənin adı və ünvanı, saxlanma şərtləri kimi məlumatlar mütləq göstərilməlidir. Bu məlumatların olmaması, oxunmaması və ya istehlakçını çaşdıracaq formada təqdim edilməsi etiketləmə qaydalarının pozulması kimi qiymətləndirilməlidir. Belə hallar aşkarlanarkən AQTA tərəfindən məhsulların satışdan dərhal yığışdırılması, istehsalçı və ya satıcıya inzibati protokol tərtib olunması, təkrar hallarda daha ağır sanksiyaların tətbiqi nəzərdə tutulur.

Son illərin hadisələri göstərir ki, bayram ərəfəsində aparılan yoxlamalar zamanı onlarla obyektə qarşı inzibati tədbirlər görülür. Etiketlənməyən, son istifadə tarixi keçmiş və ya düzgün saxlanmayan şirniyyat məhsulları dövriyyədən çıxarılır. Bu fakt bir daha sübut edir ki, bayram mövsümü nəzarətin zəiflədiyi dövr deyil, əksinə, risklərin artdığı mərhələdir. Qanunvericilik isə sahibkara seçim imkanı vermir: ya tələblərə əməl etməli, ya da cərimə və reputasiya itkisi ilə üzləşməlidir.

Valideyn ayıqlığı – satıcı məsuliyyəti

Bu problemin həlli yalnız nəzarət orqanlarının fəaliyyəti ilə məhdudlaşmır. Burada üç əsas tərəfin – dövlət, sahibkar və istehlakçının məsuliyyəti paralel şəkildə ön plana çıxır. Başqa sözlə, dövlət nəzarət mexanizmlərini gücləndirməli, mövsümi yoxlamaları artırmalı və qanun pozuntularına qarşı prinsipial mövqe sərgiləməlidir. Sahibkar qısamüddətli qazanc naminə riskli məhsulları dövriyyəyə buraxmaqdan çəkinməli, uşaqlar üçün nəzərdə tutulan qidalarda keyfiyyəti prioritet saymalıdır. Valideyn isə qiymət və görünüşdən daha çox təhlükəsizlik meyarlarını əsas götürməli, şübhəli məhsullardan imtina etməlidir.

Beləliklə, Yeni il hədiyyə qutuları uşaqlar üçün sağlamlıq problemi yox, sevinc mənbəyi olmalıdır. Bu baxımdan, AQTA-nın müraciəti cəmiyyət üçün açıq xəbərdarlıq xarakteri daşıyır: bayram ab-havası ayıqlığı itirməyə əsas verməməlidir. Sağlamlıqla bağlı risklər gözə görünməsə də, nəticələri çox vaxt ağır olur. Əgər Yeni il sevincinin uzunömürlü olmasını istəyiriksə, bunun əsasında təhlükəsiz qida, məsuliyyətli ticarət və şüurlu istehlak dayanmalıdır. Yalnız bu halda bayram hədiyyələri uşaqlar üçün həqiqi sevinc, valideynlər üçün isə rahatlıq mənbəyinə çevrilə bilər.

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri

Yeni il hədiyyələri ilə bağlı bayramdan sonra rəhbərlik etdiyim quruma zəhərlənmələr, ürəkbulanmalar, mədə-bağırsaq xəstəlikləri və s. hallarla bağlı şikayətlər daxil olur. Təəssüf ki, ildən-ilə vəziyyət nisbətən yaxşılaşsa da, problem köklü şəkildə aradan qalxmır.

Bir vaxtlar geniş yayılmış hallardan biri vaxtı keçmiş məhsulların istehlakçılara Yeni il hədiyyəsi adı altında satılması idi. Bu, hazırda da davam edir. Valideynlər bu cür hədiyyələri alarkən daha çox şənliyə baxır, uşaqlar isə həmin məhsulları istehlak edirlər və nəticədə problemlər yaranır.

İstehlakçının məhsul alarkən onun istehsal və son istifadə tarixinə diqqət yetirməsi hüququ var. Qutunun içərisindəki məhsulların üzərində buraxılış tarixi və son istifadə müddəti göstərilmirsə, həmin malların geri qaytarılması məqsədəuyğundur. Lakin bəzi konfetlərin üzərində bu məlumatlar, ümumiyyətlə, olmur. Etiketlərin ölçüsü kiçik olduğu üçün istehlakçılar onları yoxlamaqda çətinlik çəkirlər.

Bu problem illərdir ki, davam edir. Buna görə də valideynlər belə məhsulları alarkən xüsusilə diqqətli olmalıdırlar. Hər hansı problemlə üzləşdikdə isə 1003 qaynar xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələri tövsiyə edilir.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:368
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri