Icma.az
close
up
RU
Yeni iqtisadi reallıqlar Azərbaycanın imkanlarını genişləndirir ŞƏRH

Yeni iqtisadi reallıqlar Azərbaycanın imkanlarını genişləndirir ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dövrdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər ölkələrin qarşısında yeni çağırışlarla yanaşı, yeni imkanlar da açır. Belə bir şəraitdə Azərbaycanın iqtisadi potensialını düzgün istiqamətləndirməsi, regional proseslərdə fəal iştirak etməsi və yeni əməkdaşlıq imkanları formalaşdırması ölkəmizin qarşıdakı inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə təşkil olunan tədbirdə də məhz Azərbaycanın gələcək iqtisadi inkişafının əsas istiqamətləri geniş müzakirə olunub.
Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın iqtisadiyyatının qarşıdakı illərdə daha da şaxələndirilməsi ilə bağlı fikirlərdir. Prezident İlham Əliyev bildirib ki, son illərdə görülən işlər gələcək inkişaf üçün möhkəm zəmin yaradıb. İndi isə əsas vəzifə əldə olunmuş imkanlardan səmərəli istifadə etməklə uzunmüddətli və dayanıqlı artımı təmin etməkdir. Bu baxımdan qeyri-neft-qaz sektorunun potensialının artırılması, yeni istehsal və xidmət sahələrinin yaradılması, müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın enerji potensialı da gələcək iqtisadi inkişafın mühüm istiqamətlərindən biri kimi diqqət mərkəzindədir. Prezident İlham Əliyev xüsusilə bərpaolunan enerji sahəsində ölkəmizin böyük imkanlara malik olduğunu vurğulayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının mövcud olduğunu bildirən dövlət başçısı qarşıdakı beş ildə ölkənin müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrinin genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bu istiqamətdə atılan addımlar Azərbaycanın həm daxili enerji tələbatının təmin edilməsinə, həm də gələcəkdə enerji ixracının genişləndirilməsinə xidmət edə bilər.
Çıxışda Azərbaycanın nəqliyyat və logistika imkanlarına xüsusi yer ayrılması da təsadüfi deyil. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Azərbaycanın regional və qlobal ticarət əlaqələrində rolunu daha da artırır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu istiqamətdə dəmir yollarına, dəniz limanlarına, hava və avtomobil nəqliyyatına böyük investisiyalar yatırıb. Hazırda ölkə ərazisindən keçən tranzit yüklərin həcminin artırılması və 2030-cu ilədək bu göstəricinin 25 milyon tona çatdırılması hədəflənir.
Yeni iqtisadi imkanlar sırasında rəqəmsal inkişaf və süni intellekt də xüsusi yer tutur. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın artan enerji imkanlarından data mərkəzlərinin yaradılması və süni intellekt texnologiyalarının inkişafı üçün də istifadə oluna bilər. Bu yanaşma iqtisadiyyatın ənənəvi sahələrlə məhdudlaşmamasını, yeni texnoloji istiqamətlərin də ölkənin inkişaf gündəliyində mühüm yer tutmasını göstərir. Bununla yanaşı, mədənçilik, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələrində də geniş investisiya imkanlarının olduğu vurğulanıb.
Prezident İlham Əliyev investisiya qərarlarında siyasi və iqtisadi sabitliyin, güclü maliyyə sisteminin və etibarlı tərəfdaşlığın mühüm rol oynadığını diqqətə çatdırıb. Dövlət başçısının sözlərinə görə, Azərbaycan son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb edib və bunun yarısı birbaşa xarici investisiyaların payına düşür. Bu göstəricilər ölkənin formalaşdırdığı iqtisadi mühitə beynəlxalq investorların marağının mühüm ifadəsidir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri də Azərbaycanın investisiya imkanlarının genişliyini nümayiş etdirib. Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan layihələri əhatə edən 23 sənəd imzalanıb. Beləliklə, tədbir yalnız fikir və təcrübə mübadiləsi platforması kimi deyil, həm də real investisiya layihələrinin və yeni əməkdaşlıqların formalaşdığı mühüm iqtisadi platforma kimi yadda qalıb.
Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsas konturlarını aydın şəkildə göstərir. Enerji, logistika, rəqəmsal texnologiyalar, mədənçilik, kənd təsərrüfatı və insan kapitalı kimi sahələrdə mövcud potensialın daha geniş şəkildə reallaşdırılması qarşıdakı dövrdə iqtisadiyyatın imkanlarını daha da artıracaq. Azərbaycanın məqsədi isə formalaşdırdığı sabitlik və inkişaf mühitini yeni investisiyalar, müasir texnologiyalar və beynəlxalq tərəfdaşlıqlarla möhkəmləndirərək dayanıqlı iqtisadi inkişafı davam etdirməkdir.

Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri