Yeni Kaledoniyada yerləşən Qureşaba Krallığı Bakı Təşəbbüs Qrupuna qoşulmaq üçün müraciət edib
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kanakinin (Yeni Kaledoniya) Nenqon adasında yerləşən Qureşaba Krallığının kralı Doku Hmaiai Hippolit Sinevami Htamumu Bakı Təşəbbüs Qrupuna qoşulmaq üçün müraciət edib.
APA-nın xəbərinə görə, kral müraciətində bildirib ki, 1853-cü ildə ölkəsinin Fransa tərəfindən işğal edilməsindən bu günə qədər xalqının Fransa müstəmləkə sisteminə qarşı mübarizəsi çərçivəsində Böyük Kanak Başçısı olaraq, digər böyük kanak başçıları ilə birlikdə 24 sentyabr 2024-cü ildə krallıqların suverenliyinin elan edilməsi haqqında birtərəfli bəyannaməni beynəlxalq səviyyəyə qaldırmaq öhdəliyini üzərinə götürüb.
“Məhz bu səbəbdən Qureşaba Krallığının Bakı Təşəbbüs Qrupuna üzv qəbul olunmasını böyük səmimiyyətlə sizdən xahiş edirəm.
Cənab Prezident, xalqımın mübarizəsinə göstərdiyiniz dəstək və həmrəyliyinizə görə sizə minnətdarlığımı bildirir, yüksək hörmət və ehtiramımı qəbul etməyinizi rica edirəm”, - deyə müraciətdə vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 02 Aprel 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















