Icma.az
close
up
RU
Menu

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

2025 ci ildə ən çox buna pul xərcləmişik

Qazaxıstanın Türküstan bölgəsinin Azərbaycan icması tərəfindən görülmüş işlər barədə məlumat verilib FOTOLAR

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

Anasını qızıl tabutda dəfn etdi Video

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

Yeni Kaledoniyanın həbsdə olan lideri kanak xalqına müraciət etdi Foto

Yeni Kaledoniyanın həbsdə olan lideri kanak xalqına müraciət etdi Foto

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin Prezidenti, hazırda Fransada həbsxanada saxlanılan Kristian Tein hərəkat yoldaşlarına və kanak xalqına müraciət edib.

“Qafqazinfo” APA-ya istinadən müraciəti təqdim edir:

“Uetşo Böyük Qəbilə Başçısına,
Djubea-Kapume ərazisinin yerli rəhbərlərinə,
Əziz siyasi rəhbərlər, Siyasi Büronun üzvləri,
Əziz yoldaşlar,
Hörmətli xanımlar və cənablar,

Çoxdan yolunu gözlədiyim Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) Konvensiyasının açılışında sizləri dərin hörmətlə salamlayıram. Hazırda yazdığım bu məqamda, siyasi vəziyyəti xırdalıqla təhlil etmək vacibdir. 10 aydır olduğum yerdən müşahidələrimdən görürəm ki, nümayəndələrimiz qarşıdakı siyasi mərhələdə cəsarət, dözümlülük, qətiyyət, ciddi yanaşma və sayıqlıq nümayiş etdirmələrinin zəruri olduğunu bilməlidirlər. Onlar ölkəmizin gələcəyi ilə bağlı danışıqlarda səsimizi effektiv şəkildə çatdırsın deyə, yerli strukturlar tərəfindən seçilmiş nümayəndələrə olan güvənimiz sarsılmaz qalmalıdır.

Siyasi Büro rəhbərləri və dialoq qrupunun üzvləri ilə Fransa dövləti tərəfindən əvvəlki mərhələlərin nəticəsində hazırlanmış siyasi razılaşma layihəsinə dair mövqeyimi bölüşmüşəm.

Bu gün cəbhənin konvensiyasında bütün fəallara müraciət edirəm.

Administrativ güclə dialoqu bərpa etmə qərarı qəbul ediləndə, qarşıya qoyulan məqsədimiz aydın idi: Kanakinin tam suverenliyə və müstəqilliyə aparan yolunu müdafiə etmək.

FLNKS-in 44-cü qurultayında, Sen-Luisdə qəbul edilmiş qətnamədə hazırlıq mərhələsinin məqsədi gələcək danışıqlar üçün format, təqvim, metod və məzmunun əsaslarını müəyyənləşdirmək kimi təsvir olunur. Əldə edilmiş məlumatlar dövlət qarşısında əsas götürülməlidir, çünki fransalı nazir Vallsın təklif etdiyi razılaşma layihəsi bizim təkliflərə deyil, Fransada yeni bir statusa – yəni kolonializmin növbəti illərə uzadılmasına hesablanıb.

Müxaliflərimiz çoxsaylı ziddiyyətli bəyanatlarla və mənasız lobbiçiliklə bizi zəiflətməyə çalışırlar. Biz isə ayıq-sayıq olmalı və onların hər an bizi sarsıda biləcək qabiliyyətlərini əsla göz ardı etməməliyik!

FLNKS, müstəmləkəçilikdən əziyyət çəkən xalq və Fransa dövləti arasında ikitərəfli görüşlər hər zaman üstünlük verilən format olub. 12 dekabr 2021-ci ildə keçirilmiş qanunsuz 3-cü referendumdan sonra Fransa dövləti və qeyri-müstəqillik tərəfdarları əvvəlki qaydalara riayət etmədən birləşərək çıxış etdilər. Bu, Fransanın əvvəlki siyasi razılaşmalarda öhdəlik götürdüyü neytrallıq və qərəzsizlik mövqeyinin pozulmasına səbəb oldu. Buna görə də, BMT-nin nəzarəti altında ikitərəfli format üstün tutulmalıdır.

FLNKS konvensiyasında həmçinin dialoq qrupun və texniki komandanın gücləndirilməsini təklif edirəm. Qarşıda bizi çətin günlər gözləyir və bu çətin dövrə sinə gərmək üçün insan resurslarımızı təkmilləşdirməliyik. Siyasi mənsubiyyət əsas meyar olmamalı, bu mübarizədə əməyi keçən hər kəs ön plana çəkilməlidir.

Təqvimimiz dövlətin təqvimi ilə qarşı-qarşıya qoyulmalıdır və “4 kokos ağacı” qətnaməsində bu mərhələlər dəqiq şəkildə müəyyən olunub. Danışıqların əsnəkliyi tutduğumuz əsas yoldan bizi yayındırmamalıdır. Kanaki Razılaşması ən geci 24 sentyabr 2025-ci ilə qədər işə düşməli və 2027-ci il prezidentlik müddəti başa çatmadan müstəqilliyin dəqiq tarixini müəyyən etməlidir. Ən qısa keçid dövrü vasitəsilə, gücləndirilmiş muxtariyyəti olan Yeni Kaledoniya suveren dövlətə çevrilməlidir. Qarşılıqlı asılılıqlar isə sonrakı mərhələdə əməkdaşlıq razılaşmaları ilə müəyyən ediləcək.

Metoda gəlincə, strategiyamıza istiqamət suveren ölkəyə dair baxışımızdır, əksi müzakirə mövzusu deyil. Bu səbəbdən də bizim ictimai model layihəmizi gücləndirməyi və yeniləməyi təklif etmişəm. Açıq deyim ki, dəqiq müəyyən olunmuş dəyərlər və məqsədlər olmadan strategiya hazırlamaq mümkün deyil. Aydındır ki, yalnız ciddi iş nəticə verəcək. Bu gün keçirilən konvensiya FLNKS fəallarının suveren dövlətlə bağlı arzularına dair sağlam debatın aparılması üçün ciddi bir metod qəbul etməlidir.

Nəhayət, məzmuna gəlincə, Numea Razılaşması gələcək danışıqların əsası olaraq qalır. Kanaki Razılaşmasında əsas elementlər bunlar olmalıdır: öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, suveren səlahiyyətlərin ötürülməsi, vətəndaş seçici korpusunun gələcəkdə milli kimlik statusu alması və beynəlxalq məsuliyyətin tam şəkildə tanınması. Dekolonizasiya prosesi tam şəkildə başa çatmalıdır. Tam suverenlik Kanak xalqı üçün dayanıqlı sülhün yeganə təminatıdır.

Əziz yoldaşlarım, bu, müstəmləkəçimizlə bağlayacağımız son razılaşma olmalıdır: Kanaki Razılaşması ləyaqətimiz və suverenliyimizdir. Məhz bu ruh yüksəkliyi bizi, xalqımızı və sonra müsahiblərimizi hörmətlə bir araya gətirməldir. Bu səylər əcdadlarımızın qoyub getdiyi əməyə verilən qiymətdir, mübarizədə tökülən qanlara hörmət əlamətidir və gələcək nəsillərə mirasdır.

Sizdən xahiş edirəm ki, bütün istiqlal hərəkatı bu gün növbəti əyalət seçkiləri ərəfəsində seçki hesablamaları üçün deyil, mühüm məsələlər ətrafında birləşsin.

Kanakinin müstəqilliyi uğrunda mübarizəni sonuna qədər davam etdirmək lazımdır. Biz üzərimizə götürdüyüm öhdəliklə xalqımız qarşısında məsuliyyət daşıyırıq. Təşəkkür edirəm.

Kanaki hər zaman prioritet olmalıdır!”


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see132

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see130

Qazaxıstanın Türküstan bölgəsinin Azərbaycan icması tərəfindən görülmüş işlər barədə məlumat verilib FOTOLAR

14 Dekabr 2025 15:17see130

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri