Icma.az
close
up
RU
Yeni Klinikada icra olunan əməliyyat Avropanın diqqətini çəkdi

Yeni Klinikada icra olunan əməliyyat Avropanın diqqətini çəkdi

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni Klinikanın Ümumi Cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov, onun cərrahi komandası və anestezioloq Lalə Əliyevanın iştirakı ilə baş tutan əməliyyat Avropanın ən qabaqcıl institutlarından biri IRCAD-ın (Institute for Research into Cancer of the Digestive System) təhsil proqramına daxil edilərək rəsmi internet səhifəsində (websurg.com) dərc edilib.

"Medicina" xəbər verir ki, "Yoğun bağırsağın qaraciyər əyriliyinin xərçəngi” diaqnozu səbəbindən icra edilən "Laparoskopik sağtərəfli genişləndirilmiş hemikolektomiya, D3 limfa disseksiya" cərrahi əməliyyatı institutun təyin etdiyi standartlara uyğun icra edilən cərrahi əməliyyat olaraq qəbul edilib.

Beynəlxalq standartlara uyğun icra edilən əməliyyatın dünya miqyasında durmadan böyüyən cərrahlar birliyi üçün olduqca faydalı olduğu qeyd edilərək digər cərrahların tədrisi məqsədilə ekspert videosu olaraq paylaşılıb.

Məlumat üçün bildirək ki, Həzm Xərçəngi Araşdırma İnstitutu və Laparoskopik Təlim Mərkəzi - IRCAD hər il 500 mindən çox cərraha “WeBSurg” virtual universitet vasitəsilə laparoskopik cərrahi təhsil almağa imkan verir. Bu tədris prosesində beynəlxalq standartlara uyğun əməliyyat videolarından istifadə olunur.

Dərc edilən əməliyyatla aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://websurg.com/doi/vd01en7324


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 09 Dekabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri