Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Yeni mərhələ torpaqların konsolidasiyası

Yeni mərhələ torpaqların konsolidasiyası

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkəmizdə aqrar sektorda yeni yanaşmaların tətbiqi yolu ilə məhsuldarlığın artırılması və daxili tələbatın yerli istehsal hesabına ödənilməsi prioritet hədəflərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr təsdiqləyir ki, Azərbaycan aqrar sektorun inkişafında yeni mərhələyə keçid edir. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ölkənin ərzaq təhlükəsizliyi, regional inkişaf, ixrac potensialının artırılması və kəndlərin sosial-iqtisadi dirçəlişi baxımından strateji əhəmiyyət daşıyan mühüm sənəd kimi qiymətləndirilir. Dövlət proqramında yaxın perspektivdə aqrar sektorda çox mühüm islahatların aparılması nəzərdə tutulur ki, bunlardan biri də torpaqların konsolidasiyasıdır.

Ölkədə aqrar sektorun inkişafı üçün yaradılan möhkəm baza

Respublikada əhalinin təxminən yarısının regionlarda yaşaması nəzərə alınmaqla Azərbaycanda kənd təsərrüfatı yalnız iqtisadi sahə kimi qəbul olunmur. Aqrar sektor bizim üçün ərzaq təminatı, sosial rifah, məşğulluq, regional inkişaf kimi çox mühüm məsələlərin  bir arada cəmləşməsi deməkdir. Bu kimi amillər nəzərə alınmaqla respublikamızda son 22 ildə kənd təsərrüfatının inkişafı məqsədilə ardıcıl  siyasət həyata keçirilib və möhkəm baza formalaşdırılıb. Cari il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı regional inkişaf proqramlarının önəminə xüsusi diqqət çəkib. 2004-cü ilin əvvəlindən etibarən qəbul edilən dövlət  proqramları əslində regional inkişafın yol xəritəsi idi. Hər bölgənin xüsusiyyətləri, təsərrüfat ənənələri, yerlərdən gələn sosial sifarişlər nəzərə alınmaqla hazırlanan bu sənədlər çərçivəsində reallaşdırılan çoxsaylı layihələr regional inkişafa təkan verib, bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib.

Müasir infrastruktur quruculuğu bəhs olunan dövlət proqramlarının əsas leytmotivini təşkil edirdi ki, bunun da məntiqi aydındır. Zəruri infrastruktur - yaxşı yollar, su təchizatı sistemi, enerji təminatı həm sosial, həm də iqtisadi önəm daşıyır. Bunlar yaradılmadan nə insanların rifahını təmin etmək, nə də yerlərdəki iqtisadi potensalı hərəkətə gətirmək, o cümlədən də aqrar sektorun imkanlarından səmərəli şəkildə istifadə etmək mümkün deyil.

Bu gün respublikamızın mənzərəsi tamam fərqlidir. Biz qürur duyuruq ki, hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında yer alır. Son 22 ildə bütün ölkə boyunca həyata keçirilən müxtəlif təyinatlı infrastruktur layihələri bilavasitə dövlət investisiya qoyuluşu ilə maliyyələşdirilib və əhalinin, biznes strukturlarının, fermerlərin istifadəsinə verilib. Bundan başqa, ötən dövrdə dövlət başçısının qətiyyətli siyasi iradəsi əsasında fermerlərə güclü dəstək mexanizmi formalaşdırılıb, təşviq tədbirlərinin miqyası genişləndirilib, sağlam rəqabət mühiti yaradılıb, yerli istehsal davamlı olaraq qorunub.  Hazırkı strateji mərhələdə də bu möhkəm baza üzərində Prezident İlham Əliyevin cari il mayın 25-də imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ında nəzərdə tutulan islahatları reallaşdırmaq üçün geniş imkanlar var. Dövlət dəstəyi tədbirlərinin artırılması, iri təsərrüfatların yaradılması yolu ilə məhsuldarlığın və gəlirliliyin artırılması, xərclərin optimallaşdırılması yeni Dövlət Proqramında qarşıya qoyulan əsas məqsədlər sırasında yer alır.

Respublika üzrə torpaqların konsolidasiyasına start verilir

Torpaqların konsolidasiyası islahatı Azərbaycan üçün yeni bir başlanğıcdır.  Torpaqların konsolidasiyası müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiyanın qərarı əsasında hazırlanan layihə ilə həyata keçirilir. Layihədə torpaq sahələrinin mövcud vəziyyətinin təhlili, yeni sərhəd-yerləşmə sxeminin mülkiyyətçilərlə razılaşdırılması, infrastruktur dəyişiklikləri əks etdirilir. Komissiyanın qərarı ilə təsdiq olunan bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir. Bu mexanizm konsolidasiya prosesinin şəffaf, mübahisəsiz və hüquqi cəhətdən etibarlı şəkildə başa çatdırılmasını təmin edir. Torpaq parçalanmasının yeni formada davam etməsinin qarşısını almaq məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlarının alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda yol verilir. Bu məhdudiyyət kiçik, qeyri-səmərəli sahələrin yenidən yaranmasının qarşısını alır.

Qəbələ və Salyanın kəndlərində torpaq konsolidasiyası pilot layihəsi həyata keçiriləcək. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib. Onun sözlərinə görə, layihə 32 kəndi və ümumilikdə 20 min hektar ərazini əhatə edəcək. “Konsolidasiya torpaq mülkiyyətinin itirilməsi demək deyil. Əksinə, fermerlər öz mülkiyyət hüquqlarını qoruyub saxlayacaqlar. Məqsəd bir fermerə məxsus müxtəlif ərazilərdə yerləşən torpaq sahələrinin birləşdirilərək vahid təsərrüfat şəklində təşkil edilməsidir. Konsolidasiyanın əsasını həmin ərazilərdə daxili və qapalı suvarma şəbəkələrinin qurulması təşkil edir. Bununla yanaşı, hər bir torpaq sahəsinin yol infrastrukturu ilə təmin olunması nəzərdə tutulur”, - deyə nazir vurğulayıb.

M.Məmmədov əlavə edib ki, hər hansı kənddə konsolidasiya aparıldıqda fermerlərin parçalanmış torpaq sahələri birləşdiriləcək, sahələrə qədər təzyiqli su çatdırılacaq, yol infrastrukturu yaradılacaq və ehtiyac olan yerlərdə drenaj sistemləri qurulacaq. Torpaq konsolidasiyası islahatının önəminə diqqət çəkən nazir bildirib: “Konsolidasiya fermerlərin xərclərinin azalmasına və təsərrüfat fəaliyyətinin daha səmərəli təşkilinə şərait yaradacaq. Fermerlər vahid ərazidə daha böyük həcmdə əkin işləri apara, müasir aqrotexniki tədbirləri daha effektiv tətbiq edə biləcəklər. Eyni zamanda, yol, suvarma, koordinat və torpaq sahələrinin parçalanması ilə bağlı mövcud problemlərin aradan qaldırılması fermerlərin fəaliyyətini asanlaşdıracaq. Nəticədə torpaq sahələrinin bazar dəyərinin də artacağı gözlənilir. Bundan əlavə, konsolidasiya həyata keçirilən ərazilər üçün xüsusi subsidiya və təşviq mexanizmlərinin tətbiqi də nəzərdən keçirilir. Məqsəd fermerlərin bu prosesdə daha könüllü və rahat şəkildə iştirakını təmin etməkdir”.

Zəruri hüquqi bazanın yaradılması

Torpaqların konsolidasiyası islahatı özlüyündə nə qədər cəlbedici olsa da, bunun üçün zəruri hüquqi bazanın təmin edilməsi və tənzimləmə mexanizmlərinin işə salınması mütləqdir. Artıq Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif edilən dəyişikliklər Milli Məclisdə müzakirəyə çıxarılıb.

Təqdim olunan qanun layihəsinə əsasən, Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir. Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir.

Müzakirəyə çıxarılan layihədə  torpaqların könüllü konsolidasiyasını stimullaşdırmaq məqsədilə Mülki Məcəlləyə yeni 648-1-ci maddə əlavə edilir: kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satışa çıxarıldıqda həmin sahə ilə bilavasitə ümumi sərhədə malik torpaq sahəsi mülkiyyətçiləri həmin sahəni eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olurlar. Bu norma qonşu torpaq sahiblərinin öz sahələrini genişləndirməsinə, beləliklə konsolidasiyaya təbii bazar mexanizmi vasitəsilə nail olunmasına şərait yaradır.

Miras yolu ilə torpaq parçalanmasının qarşısını almaq üçün isə məcəllənin müvafiq maddəsinə dəyişiklik edilir: vərəsəlik zamanı kənd təsərrüfatı torpağının bölünməsinə yalnız hər bir hissənin 5 hektardan az olmaması şərti ilə yol verilir. Bölgü mümkün olmadıqda torpaq təsərrüfatla birlikdə satıla, vərəsələr isə paylarını pul şəklində ala bilərlər. Bundan əlavə, konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına daxil edilir.

“Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunda dəyişikliklə isə konsolidasiya prosesində torpaq sahələrinin yeni sərhədlərinin yerdə müəyyən edilməsini, kadastr məlumatlarının yenilənməsini və infrastruktur planlaşdırmasını tənzimləmək üçün yerquruluşu xidmətinin funksiyaları genişləndirilir.

“Torpaq bazarı haqqında” qanunda dəyişikliklə isə konsolidasiya məqsədilə həyata keçirilən torpaq əqdlərinin xüsusi hüquqi rejimə ehtiyacı olduğundan həmin əqdlər torpaq bazarının tənzimləmə çərçivəsinə daxil edilir. Bu dəyişiklik konsolidasiya prosesinin torpaq dövriyyəsi qaydaları ilə ziddiyyət yaratmadan həyata keçirilməsini, əqdlərin hüquqi müəyyənliyini və şəffaflığını təmin edir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişikliklə isə konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına əlavə edilir. Bu, konsolidasiya nəticəsində yaranan yeni torpaq sahələri üzərindəki hüquqların operativ və maneəsiz qeydiyyata alınmasını təmin edir.

Qanun layihəsi torpaqların konsolidasiyasının həyata keçirilməsi üçün vahid hüquqi əsas formalaşdırır. Layihənin hazırlanmasında geniş miqyasda torpaq konsolidasiyası təcrübəsinə malik ölkələrin, o cümlədən Türkiyənin, habelə digər ölkələrin hüquqi aktları və prinsipləri təhlil edilərək yerli şəraitə uyğunlaşdırılıb. Sənədin qəbulu kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyul 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri