Icma.az
close
up
RU
Torpaqların konsolidasiyası üçün hüquqi baza formalaşdırılır

Torpaqların konsolidasiyası üçün hüquqi baza formalaşdırılır

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi baza formalaşdırılması nəzərdən tutulur.

Adalet.az xəbər verir ki, bu məqsədlə Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilir.

Torpaq Məcəlləsində dəyişiklik kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanmasının qarşısını almaq, torpaq resurslarından tam istifadə etmək məqsədi daşıyır. Çünki, parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya mane olur, effektiv suvarma sistemleri qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü istifadəni zəiflədir. Nəticədə istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir. Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir.

Konsolidasiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiyanın qərarı əsasında hazırlanan layihə ilə həyata keçirilir. Layihədə torpaq sahələrinin mövcud vəziyyətinin təhlili, yeni sərhəd-yerləşmə sxeminin mülkiyyətçilərlə razılaşdırılması, infrastruktur dəyişiklikləri əks etdirilir. Komissiyanın qərarı ilə təsdiq olunan bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir. Bu mexanizm konsolidasiya prosesinin şəffaf, mübahisəsiz və hüquqi cəhətdən etibarlı şəkildə başa çatdırılmasını təmin edir.

Layihə torpaq parçalanmasının yeni formada davam etməsinin qarşısını almaq məqsədilə kənd təsərrüfatı torpaqlarının alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda yol verir. Bu məhdudiyyət kiçik, qeyri-səmərəli sahələrin yenidən yaranmasının qarşısını alır.

Bundan başqa, torpaqların könüllü konsolidasiyasını stimullaşdırmaq məqsədilə Mülki Məcəlləyə yeni 648-1-ci maddə əlavə edilir: kənd təsərrüfatı torpaq sahəsi satışa çıxarıldıqda həmin sahə ilə bilavasitə ümumi sərhədə malik torpaq sahəsi mülkiyyətçiləri həmin sahəni eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olurlar. Bu norma qonşu torpaq sahiblərinin öz sahələrini genişləndirməsinə, beləliklə konsolidasiyaya təbii bazar mexanizmi vasitəsilə nail olunmasına şərait yaradır.

Miras yolu ilə torpaq parçalanmasının qarşısını almaq üçün isə Məcəllənin 1 282-ci maddəsinə dəyişiklik edilir: vərəsəlik zamanı kənd təsərrüfatı torpağının bölünməsinə yalnız hər bir hissənin 5 hektardan az olmaması şərti ilə yol verilir. Bölgü mümkün olmadıqda torpaq təsərrüfatla birlikdə satıla, vərəsələr isə paylarını pul şəklində ala bilərlər. Bundan əlavə, konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına daxil edilir.

"Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" qanunda dəyişikliklə isə konsolidasiya prosesinin texniki tərəfini torpaq sahələrinin yeni sərhədlərinin yerdə müəyyən edilməsini, kadastr məlumatlarının yenilənməsini və infrastruktur planlaşdırmasını tənzimləmək üçün yerquruluşu xidmətinin funksiyaları genişləndirilir. Kadastr məlumatları ilə yerdəki faktiki vəziyyət arasındakı uyğunsuzluqların aradan qaldırılması, konsolidasiya ərazilərində yeni infrastruktur obyektlərinin planlaşdırılması bu xidmətin səlahiyyətlərinə daxil edilir. Konsolidasiya ilə bağlı kompleks yerquruluşu işlərinin komissiyanın qərarı əsasında həyata keçirilməsi, yeni formalaşmış sahələrin mülkiyyətçilər arasında bölüşdürülməsi proseduru da müəyyən edilir.

"Torpaq bazarı haqqında" qanunda dəyişikliklə isə konsolidasiya məqsədilə həyata keçirilən torpaq əqdlərinin xüsusi hüquqi rejimə ehtiyacı olduğundan həmin əqdlər torpaq bazarının tənzimləmə çərçivəsinə daxil edilir. Bu dəyişiklik konsolidasiya prosesinin torpaq dövriyyəsi qaydaları ilə ziddiyyət yaratmadan həyata keçirilməsini, əqdlərin hüquqi müəyyənliyini və şəffaflığını təmin edir.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklə isə konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına əlavə edilir. Bu, konsolidasiya nəticəsində yaranan yeni torpaq sahələri üzərindəki hüquqların operativ və maneəsiz qeydiyyata alınmasını təmin edir.

Qanun layihəsi torpaqların konsolidasiyasının həyata keçirilməsi üçün vahid hüquqi əsas formalaşdırır. Layihənin hazırlanmasında geniş miqyasda torpaq konsolidasiyası təcrübəsinə malik ölkələrin, o cümlədən Türkiyənin, habelə digər ölkələrin hüquqi aktları və prinsipləri təhlil edilərək yerli şəraitə uyğunlaşdırılıb. Sənədin qəbulu kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 İyun 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri