Icma.az
close
up
RU
Yeni məxfi silahlar və texnoloji imkanlar: Şimali Koreya nə istehsal edə bilər?

Yeni məxfi silahlar və texnoloji imkanlar: Şimali Koreya nə istehsal edə bilər?

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şimali Koreya lideri Kim Çen In ölkəsinin hərbi potensialını gücləndirmək üçün yeni məxfi silahlar hazırladıqlarını və müdafiə elmi sahəsində nailiyyətlər əldə etdiklərini açıqlayıb. O, nüvə silahını ölkəsinin sağ qalması üçün əvəzedilməz adlandırıb.

Şimali Koreyanın hazırladığı yeni məxfi silahlar nə ola bilər? Bu, nüvə silahı ilə əlaqəli yeni bir sistem ola bilərmi, yoxsa daha çox dron, elektron müharibə və ya raket dəstək texnologiyaları ehtimal olunur?

Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Şimali Koreyanın müdafiə sənayesi daha çox plagiat üzərində qurulub:

"Yəni əvvəllər Şimali Koreyanın müttəfiqi olan Rusiya, Çin və İran tərəfindən hazırlanan müəyyən texnologiyalar Şimali Koreyaya transfer olunub və bu texnologiyaların əsasında müttəfiqlərdə mövcud olan silahların plagiat versiyaları yaranıb. Eynilə, Şimali Koreyanın əlində olan bəzi texnoloji imkanlar da İrana və ya Rusiyaya ötürülüb. Bu sxem hər birimizə yaxşı məlumdur. Şimali Koreyada raket texnologiyası müəyyən qədər inkişaf edib və bu məsələdə Rusiyanın rolu kiçik deyil. Müasir yeni texnologiyalara gəldikdə isə bunu daha çox Çindən gözləmək olar, çünki Çin bu sahədə imkanlara malikdir və bunu dəfələrlə nümayiş etdirib. Lakin Koreyanın uzaqmənzilli raketlərdən başqa müasir texnologiyalı silah sistemləri istehsal etdiyi real görünmür".

Ekspert qeyd etdi ki, Şimali Koreyanın yeni silahları nüvə texnologiyasının modernləşdirilməsi ilə bağlı ola bilər:

"Bu mümkündür. Lakin davam edən müharibələr göstərir ki, bir çox ölkənin əlində nüvə silahı olsa da, onun praktik istifadəsi hələlik qeyri-mümkün görünür. Çünki bu silahdan istifadə edən ölkə eyni zamanda kütləvi nüvə zərbəsinə məruz qala bilər. İranın da imkanlarını istisna etmək olmaz. Hazırda İranın əlində ucuz, keyfiyyət və dəqiqlik baxımından müəyyən problemləri olsa da, uzaq məsafələrə zərbə endirmək üçün yararlı olan "Şahid", "Muhacir" və digər PUA-lar mövcuddur. Eyni texnoloji prosesi Rusiyada da müşahidə edirik; Rusiya İran texnologiyasından istifadə edir. Bu texnologiyanın İran tərəfindən Koreyaya verilməsi problem yaratmır və asanlıqla həyata keçirilə bilən məsələdir".

Müsahibimizin fikrincə, radioelektron mübarizə sistemlərində İranın Koreyaya hərbi sahədə ciddi kömək etməsi ehtimal olunmur.

"Rusiya müasir olmasa da, qismən radioelektron mübarizə üçün yararlı kompleksləri və texnologiyasını Koreyaya ötürə bilər. Nəzərə alsaq ki, son 80 ildə Rusiya öz ərazisində müharibə apararkən, ona şəxsi heyət, texnika, silah və sursatla dəstək göstərən məhz Şimali Koreya olub, Rusiya öz ərazisini Koreyanın köməyi ilə Ukrayna silahlı birləşmələrindən təmizləyib. Buna görə də müəyyən radioelektron mübarizə vasitələri və hipersəs raket texnologiyalarının eksport versiyası Rusiyadan Şimali Koreyaya transfer oluna bilər", - deyə Ədalət Verdiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri