Icma.az
close
up
RU
Yeni model dövlət idarəçiliyində effektivliyi artıracaq Azər Badamov

Yeni model dövlət idarəçiliyində effektivliyi artıracaq Azər Badamov

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ölkədə aparılan islahatlar həyatımızın hər bir sahəsini əhatə edir və daha çevik,  şəffaf idarəetmə sisteminin qurulmasına xidmət göstərir. Biz dövlət idarəetmə sistemində struktur və institusional  islahatların aparıldığını və onun müsbət nəticələrini görmüşük. İndi isə bu islahatların davamı  olaraq dövlət qulluqçularının əmək haqlarının da təkmilləşdirilməsinəvə daha rəqabətqabiliyyətli bir sistemin formalaşdırılması aparılır". 

Bu barədə 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Əlavə edib ki, bu baxımdan dövlət başçısının imzaladığı yeni qanunvericlik aktları yuxarıda qeyd edilən  istiqamətləri daha təkmil qurmağa, vahid struktur əsasında daha optimal və balanslı effektiv modelə keçməsinə yol açacaq. 

"Belə ki, dövlət qulluğu əməkhaqqı sistemindəki mürəkkəbliyi aradan qaldırır.  Yəni əməkhaqqına əlavə olunan bonus və artım sitemi ləğv olunaraq vahid bir vəzfə maaşları formalşacaqdır. Bu da bəzi sahələrdə bonus şəkilində edilən ödəmələrlə bağlı disproporsiyanı aradan qaldıracaq və  dövlət qulluğu sistemində işləyənlərə şəffaf şəkildə müəyyən olunmuş tariflərə görə əməkhaqqı ödənilən yeni bir modeli formalaşdıracaqdır. Daha ədalətli və rəqabətli əməkhaqqı sistemi dövlət qulluğuna daha savadlı və ixtisaslı kadrların cəlb olunmasına şərait yaradır. Bu da idarəetmə keyfiyyətini yüksəldir. Bu həm də dövlət qulluğu sistemində əməkhaqqların özəl sektorla rəqabətli səviyyəyə gəlməsinə və bu sektorda daha peşəkar kadrların cəlb olunmasına stimul yaradacaq", - deputat deyib. 

Onun sözlərinə görə, bu dəyişiklik yalnız sosial xarakter daşımır, həm də dövlət idarəçiliyində effektivliyi artıracaqdır: 
"Əmək haqqı sisteminin təkmilləşdirilməsi və vahid şəkilə salınaraq  şəffaf mexanizmlərin tətbiqi qeyri-rəsmi gəlir axtarışını azaldaraq dövlət qulluğunda korrupsiyanın azalmasına və daha şəffaf bir idarəçiliyin qurulmasına xidmət edəcək.  Belə bir əməkhaqqı modelin tətbiqi dünya ölkələri təcrübəsində mövcuddur. Məsələn, Gürcüstan, Sloveniya, Latviya, Estoniya, Sinqapur, Honq-Konq, Avropa ölkələrində dövlət qulluğunda vahid vəzifə maaşı sisteminin tətbiqinin müsbət nəticələrini görürlər. Görünən odur ki, yeni modelə uyğun olaraq əməkhaqqının iş nəticələrinə uyğun müəyyən olunması, dövlət qulluqçularının daha məsuliyyətli və səmərəli işləməsinə səbəb olur. Bu həm də rəqabətli maaşlar dövlət sektorundan özəl sektora keçidin qarşısını qismən alır və təcrübəli kadrların sistemdə qalmasını təmin edir. Həm də motivasiyalı və peşəkar kadrların vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artmasına töhfə verəcəkdir. 

Əməkhaqqının vahid vəzifə maaşı səviyyəsinə gətirilməsi əməkhaqqı fondunun düzgün planlaşdırılması və optimallaşdırılmasına imkan verməklə dövlət xərclərinin effektivliyini artıraracaqdır. Bu,  əməkhaqqı sisteminin daha stabil və  düzgün proqnozlaşdılan bir modelə keçid edilməsinə yol açacaq. 

Sonda qeyd edə bilərəm ki, bu islahat dövlət qulluğunu daha şəffaf, effektiv və vətəndaş yönümlü sistemə çevirərək idarəetmənin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər".

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Mart 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri