Icma.az
close
up
RU
Yeni nəsillərə Milli Qurtuluş dərsi

Yeni nəsillərə Milli Qurtuluş dərsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Dünən Azərbaycan Dillər Universitetində Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi” mövzusunda toplantı keçirildi.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Milli Qurtuluş Gününün müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, tariximizin taleyüklü səhifələrindən biri olan Milli Qurtuluş Günü ölkəmizin gerçək müstəqilliyini və tənəzzüldən xilas olaraq tərəqqi mərhələsinə yüksəlməsini təmin edən tarixi dönüş nöqtəsi kimi yaddaşlara əbədi həkk olunub: “Sirr deyil ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş ölkəmiz ciddi daxili və xarici təhdidlərlə üzləşmişdi.

Dərin iqtisadi və siyasi böhrandan əziyyət çəkən Azərbaycan Ermənistanın genişlənən hərbi təcavüzü fonunda regionda təcrid vəziyyətinə düşmüşdü. Belə bir mürəkkəb dönəmdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı ağır sınaqlardan xilas etdi və gələcək inkişafın möhkəm təməllərini yaratdı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin əsası qoyuldu.

Ulu öndərin zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti sayəsində ölkədə sabitlik bərpa olundu, ictimai-siyasi proseslər sağlam məcraya yönəldildi, qanunun aliliyi təmin edildi və dövrün çağırışlarına uyğun milli inkişaf strategiyasının uğurla həyata keçirilməsinə başlanıldı. 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyevin müdrik siyasəti Azərbaycan xalqına ən dəyərli sərvətimiz olan dövlət müstəqilliyini bəxş etdi, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirdi”.

T.Budaqov bildirdi ki, 2003-cü ildə xalqımız Heydər Əliyev yoluna sədaqət nümayiş etdirərək cənab İlham Əliyevə yüksək etimad göstərdi. Onun sözlərinə görə, bu, Ümummilli liderin müəyyənləşdirdiyi siyasətin alternativsizliyinə qətiyyətli inamın birmənalı ifadəsi idi: “Zamanın Ulu öndərə başa çatdırmağa imkan vermədiyi işləri onun siyasi varisi İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirdi. Heydər Əliyev siyasətinin tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və çağdaş reallıqlara uyğun şəkildə davam etdirilməsi Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. İqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən ölkəmiz şanlı zəfər zirvəsinə yüksəldi”.

Natiq Ulu öndərin tükənməz dövlətçilik irsinin, o cümlədən milli qurtuluş məfkurəsinin yeni nəslə dolğun surətdə çatdırılmasında, Azərbaycan gəncliyinin milli maraqlara sadiq, yüksək vətəndaş məsuliyyətinə malik şəxsiyyətlər kimi yetişdirilməsində ali təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırdı: “Müasir dövrdə universitetlər yalnız peşəkar kadr hazırlayan elm və təhsil müəssisələri deyil, eyni zamanda, dövlətçilik irsinin, milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının təbliğ olunduğu önəmli ictimai institutlardır.

Bu xüsusda, Azərbaycan Dillər Universitetinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Universitetdə gənclərin müasir biliklərə yiyələnməsi, xarici dilləri dərindən öyrənməsi, kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, tarixi köklərə bağlı və dövlətçilik ənənələrinə sadiq vətəndaşlar kimi formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılır. Müsir dövrdə gənclərin qarşısında dayanan əsas vəzifə yüksək bilik və bacarıqlara yiyələnmək, milli maraqları hər zaman üstün tutmaq və əzmkar fəaliyyətləri ilə ölkəmizin gələcəyinə layiqli töhfə verməkdir. Əminik ki, milli qurtuluşdan başlanan şanlı zəfər yolu bundan sonra da xalqımıza tarixi nailiyyətlər qazandıracaq”.

ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla çıxışında bildirdi ki, yaşlı nəsil Ulu öndərin siyasi hakimiyyətə qayıtdığı dövrü yaxşı xatırlayır. Onun sözlərinə görə, həmin dövrdə uçurum qarşısında dayanan Azərbaycanda vətəndaş müharibəsi demək olar ki, başlamışdı: “Bunun qarşısını Heydər Əliyevin Bakıya qayıdışı aldı. Onun nüfuzu, şəxsiyyətinin böyüklüyü qarşı duran tərəflərin bir-birlərinə qəsd etmələrinə, ölkəni, Vətəni, milləti bölmələrinə imkan vermədi. Bu cür hərəkətlərin qarşısı alındı. Bundan öncə Ulu öndər bir neçə il Naxçıvanda yaşayıb fəaliyyət göstərmişdir. Təsəvvür edin ki, hələ 1990-cı ilin noyabrında ümummilli liderin təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın Dövlət Bayrağı kimi rəsmən təsdiq edildi. Bu, ağlasığmaz bir iş idi. Elə bunun özü Ulu öndərin Azərbaycan dövləti və xalqı üçün əlindən gələni etdiyinin göstəricisidir. Milli Qurtuluş Günü isə Azərbaycan dövlətçiliyinin xilası və inkişafının əsasını qoyan mühüm tarixi hadisədir”.

Rektor qeyd etdi ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkənin bütün sahələrində olduğu kimi, təhsil sisteminin də müasirləşməsinə və beynəlxalq nüfuzunun artmasına şərait yaradıb: “Universitetimiz Ulu öndərin tövsiyələrinə əsasən çox şərəfli bir yol keçmişdir. Bizim müəllim və tələbələrimiz bu gün müxtəlif beynəlxalq reytinqlərdə yüksək yerləri tutmaqla yanaşı, universitetdaxili həyatın, universitetdaxili münasibətlərin zənginləşməsində, şəffaflaşmasında xüsusi rol oynayırlar.

Universitetimiz bir ailə kimidir və bu ailə özünün daha geniş kontekstini Nəsimi rayonunda yerləşən digər universitetlərlə bir yerdə tapır. Bu universitetlər arasında əlaqənin özü də rayon rəhbərliyi tərəfindən ciddi şəkildə tövsiyə edilir. Biz bütövlükdə, Azərbaycan təhsilinin ayrılmaz hissəsi kimi bu gün əlimizdən gələni edirik”.

ADU-nun rektoru gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərə bağlılığının və dövlətçilik ənənələrinin qorunmasının ali məktəblərin qarşısında duran əsas vəzifələrdən biri olduğunu bildirdi.

ADU-nun professoru Fərman Zeynalov çıxışında ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü. O, dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində misilsiz xidmətlərindən danışdı.

Universitetin III kurs tələbəsi Fəxriyyə Mirzəyeva isə Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində xüsusi yer tutduğunu vurğuladı. O bildirdi ki, bu əlamətdar tarix müstəqil Azərbaycanın gələcək inkişafının təməlini qoyub və gənc nəslin vətənə, dövlətə bağlılıq ruhunda yetişməsində mühüm rol oynayır.

Sonra YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, ADU-nun rektoru Kamal Abdulla və YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələrini təqdim etdilər.

Məclis ADU tələbələrinin ifasında Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə davam etdirildi.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2026 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see290

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see267

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see266

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see266

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see262

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see256

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see250

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see241

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see233

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see225

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see222

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see221

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see215

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see215

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see201

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see200

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see197

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see192

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see186

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri