Icma.az
close
up
RU
Milli Qurtuluş işıqlı sabahın bələdçisidir

Milli Qurtuluş işıqlı sabahın bələdçisidir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu.

Xalqımız artıq bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi, qələbə ovqatı ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla və özünə xas uzaqgörənliklə söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”. Ulu Öndər Heydər Əliyevin arzuları artıq reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu gün əminliklə deyə bilərik ki, respublikamızın tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynayıb və zaman keçdikcə, dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaq. İllər ötsə belə, Azərbaycan xalqı 15 iyun tarixini yenə də qürur və şərəf günü kimi qəbul edəcək. O tarixi bizlərə bəxş edən dahi insanı eyni sevgi, hörmət və ehtiramla xatırlayacaqdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin və xalqımızın tarixində, taleyində böyük yer tutmuş görkəmli dövlət xadimidir. Ulu Öndərin Azərbaycan Sovet Respublikasına uğurla rəhbərlik etməklə Siyasi Büronun üzvü səviyyəsinə qədər hakimiyyət pillələrini böyük bacarıqla qalxması, dünya miqyaslı bir dövlət xadimi kimi qəbul olunması mühüm tarixi hadisə olmaqla bərabər, həm də hər bir azərbaycanlı üçün misilsiz milli iftixar hissi doğuran faktdır.
Xalqımız üçün çox məsuliyyətli və əhəmiyyətli dövr olan dövlət müstəqilliyinin yenidən bərpa edilməsi ərəfəsində Heydər Əliyevin Azərbaycana qayıdışı mühüm tarixi hadisədir. Bu, görkəmli dövlət xadimi Heydər Əliyevin Kreml tilsimini sındıra bilməsi, SSRİ dövlətinin siyasi təqib və təzyiqlərini yıxmağı bacarması və yenidən Vətənə qayıdışı demək idi. XX əsrin doxsanıncı illərinin başlanğıc dövrünün mürəkkəb ictimai-siyasi şəraitində Azərbaycana qayıdış müstəqilliyin yenidən qazanılması, qorunub saxlanılması və inkişaf etdirilməsi üçün xüsusi əhəmiyyətə malik hadisə idi. Bu, həm də böyük siyasətə qayıdış idi. Buna görə də Milli Qurtuluş Böyük Qayıdışdan başlanır.
Müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu, banisi kimi daxil olan Ulu Öndər Heydər Əliyev indi böyük qürurla bayram – Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun 1993-cü ildə xalqın istəyinə əsasən ikinci dəfə xilaskarlıq missiyası ilə hakimiyyətə gəldikdən sonra ölkəmizi müstəqilliyini itirməkdən, xaosdan, vətəndaş qırğınından, müharibədən dövlət çevrilişlərindən qurtardı.
Azərbaycan xalqının müqəddəratının həll olunduğu və gələcək həyatını müəyyən edən gün kimi tarixi salnamələrimizə qızıl hərflərlə yazılan bu gündə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Faktiki olaraq Azərbaycan müstəqil bir dövlət olaraq yox olmaqdan, məhvə məhkumluqdan, parçalanmaqdan, başdan-başa işğal altına düşməkdən qurtuldu. İtirilmiş inamı özünə qayıdan xalqımız elə həmin gündən addım-addım işıqlı gələcəyə yol aldı.
Heydər Əliyev həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycanı yarıtmaz, xəyanətkar, satqın AXC-Müsavat cütlüyünün yuvarladığı bataqlıqdan çıxardı. Böyük Lider Heydər Əliyevin hər zaman həllinə çalışdığı əsas məsələ işğal altında qalan torpaqlarımızı azad etmək və yurd-yuvasından didərgin salınan insanlarımızı öz doğma yurdlarına qovuşdurmaq idi. Ulu Öndər bütün nitqlərində, çıxışlarında, məcburi köçkünlərlə olan söhbətlərində həmişə bu məsələ ilə bağlı danışır, bir gün mütləq işğal altındakı torpaqlarımızın azad olunacağına və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıdacağına əminliyini, inamını bildirirdi.
Bu gün Azərbaycan Ulu Öndərin görmək istədiyi zəfər, uğur zirvəsinə ucalıb. 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi, istəyi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi üçün yorulmadan fəaliyyət göstərdi. Və ötən müddətdə Ulu Öndərin qarşısına qoyduğu milli prioritetləri onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallaşdırıldı, ən ümdəsi Heydər Əliyev amallarının şah zirvəsində yer alan Qarabağın azadlığı da qətiyyətlə gerçəkləşdirildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev fenomen şəxsiyyət Heydər Əliyevin ideyalarının parlaq işığında həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanı bütövləşdirərək, həm də ata vəsiyyətinə əməl etdi və Azərbaycanı Ulu Öndərin görmək istədiyi zəfər, uğur zirvəsinə ucaltdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi və xalqımızı Milli Qurtuluşdan Böyük İntibaha çatdırmış görkəmli dövlət xadimidir. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətini təkcə regionun deyil, dünyanın lider dövlətlərindən biri səviyyəsinə qaldırmağın mümkünlüyünü isbat etmişdir. Bu gün dünya İlham Əliyevi müasir Azərbaycanın yeni tarixi epoxasının qüdrətli rəhbəri olmaqla bərabər, həm də beynəlxalq münasibətlərdə söz sahibi olan lider kimi qəbul edir.
Ulu Öndərin başladığı bütün böyük islahatlar, irimiqyaslı transmilli layihələr Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılmışdır. Ölkəmizdə yeni və möhtəşəm layihələrə start verilmişdir. Azərbaycan Respublikasının bütün sahələr üzrə hərtərəfli inkişafı təmin edilmişdir. Prezident İlham Əliyevin simasında Azərbaycan Respublikası özünün ümummilli inkişaf və böyük intibah dövrünü yaşayır. Bu, Azərbaycanda yeni tarixi mərhələ olan Böyük Gələcək epoxasının reallıqları və addımlarıdır.
Böyük Gələcək inkişaf etmiş Azərbaycan Respublikasının işıqlı bu günü və günəşli sabahı deməkdir. Müasir dövrün əsas dünya liderlərindən biri olan Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müasir İnkişaf mərhələsinin Böyük Gələcək erasının qurucusu və yaradıcısıdır. Müstəqil Azərbaycan dövləti və xalqımız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Böyük Gələcək epoxasının salnaməsinə yeni və parlaq səhifələr əlavə etməkdə davam edir. Milli Qurtuluş Böyük Qayıdışın nəticəsi, müasir inkişafın möhkəm təməlləri və daha böyük gələcəyin hərəkətverici qüvvəsidir. Azərbaycan Respublikası Böyük Qayıdışdan – Milli Qurtuluşa qədərki çətin və şərəfli yolların möhtəşəm nəticəsi, işıqlı sabahların bələdçisidir.

Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri