Icma.az
close
up
RU
Yeni nevroloji tədqiqat qorxu reaksiyalarını idarə edən beyin bölgələrini müəyyənləşdirib

Yeni nevroloji tədqiqat qorxu reaksiyalarını idarə edən beyin bölgələrini müəyyənləşdirib

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avstraliya və Böyük Britaniyada aparılan yeni nevroloji araşdırma siçanlarda qorxu reaksiyalarını idarə edən spesifik beyin bölgələrini müəyyənləşdirib. Tədqiqat nəticələri posttravmatik stres pozğunluğu (PTSP) və narahatlıq kimi psixoloji problemlərin müalicəsi üçün yeni strategiyalar formalaşdırmağa kömək edə bilər.

News24.az azertag.az-a istinadla xəbər verir ki, qorxu həm insanlarda, həm də heyvanlarda həyati təhlükələrə qarşı instinktiv müdafiə mexanizmi kimi mühüm rol oynayır. Məsələn, insanlar hörümçək gördükdə refleksiv olaraq geri çəkilir, siçanlar isə yırtıcı quşun kölgəsini hiss etdikdə dərhal sığınacaq axtarırlar. Bu instinktiv reaksiyalar beyin sapı tərəfindən idarə olunsa da, orqanizm qorxulu stimulların, əslində, təhlükə yaratmadığını öyrəndikdə həmin reaksiyalar yatırıla bilər.

Sidney Yeni Cənubi Uels Universitetinin nevroloqları tərəfindən aparılan bu araşdırma qorxunu yatırtmaq üçün beyində hansı bölgələrin birlikdə işlədiyini müəyyən etmək məqsədini daşıyırdı. Tədqiqatda genişlənən qaranlıq dairə vasitəsilə uçan yırtıcı quş simulyasiya edilərək siçanlarda qaçış instinkti aktivləşdirilib. Daha sonra siçanlara bu stimula cavab verməmək üçün maneələrdən istifadə edilərək xüsusi təlim verilib. Sidney Macquarie Universitetindən davranış nevroloqu Kristina Perri araşdırma metodunu belə qiymətləndirir: “Bu yanaşma çox sadə və effektivdir. Siçanlar qidalandırılmadığı üçün öyrənirlər ki, bu saxta yırtıcı, əslində, təhlükə yaratmır”.

Siçanların öyrənmə prosesini anlamaq üçün tədqiqatçılar optogenetik texnikadan istifadə ediblər. Bu metod neyronları işıq vasitəsilə aktivləşdirməyə və ya deaktiv etməyə imkan yaradır. Məlum olub ki, qorxunu yatırtmaq üçün beyin qabığının vizual stimulları təhlil edən posterolateral yüksək vizual sahələri mühüm rol oynayır. Bu bölgə deaktiv edildikdə siçanlar qorxunu yatırtmağı öyrənə bilmirdi və təhlükəsiz olan saxta yırtıcıdan qaçmağa davam edirdi. Bu nəticə göstərir ki, həmin beyin sahəsi qorxunun yatırılması prosesində əsas rol oynayır. Bununla belə, maraqlı bir nəticə əldə olunub: Qorxuya qarşı təlim keçmiş siçanlarda bu bölgə söndürüldükdə belə öyrəndikləri cəsarətli davranışlar davam edirdi. Bu isə o deməkdir ki, qorxunun yatırılması prosesi ilə onun xatırlanması fərqli beyin bölgələri tərəfindən idarə olunur. Xatirələrin saxlanmasında “ventrolateral geniculate” nüvəsinin əsas rol oynadığı müəyyən edilib.

Araşdırmanın həmmüəllifi, London Universitet Kollecindən (UCL) sistem nevroloqu Sonja Hofer bu tapıntını belə izah edir: “Bu bölgə beyində digər hissələri tormozlaya bilən güclü bir nəzarət mərkəzi kimi fəaliyyət göstərir”.

Bu tədqiqat qorxu və narahatlığın öyrənilən davranışlarla idarə oluna biləcəyini və bunun beyində konkret mexanizmlərlə həyata keçirildiyini göstərir. Qorxunun yatışdırılması və xatırlanmasının fərqli beyin strukturlarında baş verməsi isə posttravmatik stres pozğunluğu və digər narahatlıq halları üçün yeni müalicə yanaşmalarının inkişaf etdirilməsinə imkan yarada bilər. Gələcək tədqiqatlar insan beynində bu proseslərin necə baş verdiyini daha dərindən araşdıraraq psixoloji terapiya və farmakoloji müdaxilələr üçün daha təsirli üsulların hazırlanmasına töhfə verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri