Icma.az
close
up
RU
Yeni nizamın formalaşmasında dövlətimizin özünəməxsus rolu var Yeni Gündəm

Yeni nizamın formalaşmasında dövlətimizin özünəməxsus rolu var Yeni Gündəm

Yenigundem saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Hazırda beynəlxalq müstəvidə çox mürəkkəb proseslər baş verir və dünya yeni nizam ərəfəsindədir. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti kimi bu bölgədə baş verən proseslərin önündədir. Yəni yeni nizamın formalaşmasında dövlətimizin özünəməxsus rolu var”.

“Yeni Gundem” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. ADA Universitetində dünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilə toplantıların keçirilməsi artıq ənənə halını alıb. Aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forum günümüzlə səsləşir. Prezident İlham Əliyev Forumda dərinməzmunlu çıxış edərək Cənubi Qafqazda vəziyyət, Ermənistanla sülh sazişinin imzalanması imkanları, eləcə də dünyanın müxtəlif regionlarında baş verən proseslərlə bağlı fikirlərini ifadə edib.

Millət vəkilinin sözlərinə görə, Forumda dövlətimizin başçısı Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığına da xüsusi yer ayırıb. Azərbaycanın xarici siyasət kursunda beynəlxalq təşkilatlarda fəal təmsilçilik istiqaməti mühüm yer tutur. Prezident İlham Əliyev beynəlxalq forumda beyin mərkəzlərinin təmsilçilərinin suallarını cavablandırarkən hazırda respublikamızın müxtəlif coğrafiyaları və siyasi-iqtisadi qütbləri təmsil edən bir sıra nüfuzlu təsisatlarla əməkdaşlığının kifayət qədər yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.  Diqqəti çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarla münasibətləri bir qayda olaraq qarşılıqlı maraqlara əsaslanır. Məlumdur ki, bəzi dövlətlər sırf öz maraqlarının təmin edilməsi naminə beynəlxalq təsisatların sıralarına daxil olurlar. Azərbaycan isə tamam fərqli bir nümunə ortaya qoyur. Belə ki, respublikamız geniş imkanlarını təqdim etməklə üzv olduğu təşkilatların nüfuzunun artmasına, qlobal həmrəyliyin güclənməsinə davamlı töhfələr verir.

Pərvin Kərimzadə qeyd edib ki, 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı ilə genişlənən əməkdaşlıq Azərbaycanın beynəlxalq təsisatlarda fəal iştirakçılığına əyani nümunədir.  Prezident İlham Əliyev forumda ökəmizin Qoşulmama Hərəkatında (QH) yaxşı irs qoyduğuna xüsusi diqqət çəkib. Qeyd edək ki, Azərbaycan QH-nın sıralarında nisbətən yeni təmsil olunan ölkədir. Respublikamız təşkilata 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ölkəmizin beynəlxalq təsisata sədrliyi 2022-ci ildə bitməli idi. Ancaq Azərbaycanın səmərəli fəaliyyətinin yüksək dəyərləndirilməsinin əlaməti olaraq QH-na üzv dövlətlər respublikamızın sədrlik dövrünün daha bir il uzadılması ilə bağlı müraciət ünvanladılar. Azərbaycan isə bu etimada qarşılıq verərək müraciəti qəbul edib. Qısa müddətdə QH-da Azərbaycana belə yüksək inamın formalaşması isə heç də təsadüfi deyil, bu, bilavasitə ölkəmizin təsisatla xoş mərama əsaslanan səmərəli əməkdaşlıq münasibətləri qurmasının nəticəsidir. Həm də, Azərbaycanın sədrliyi dünyada COVID-19 pandemiyasının yayılması dövrünə təsadüf etdi. Müxtəlif yoxsul ölkələrə yardım edən Azərbaycan, həm də təşkilatın sədri kimi müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış etdi. Dövlətimizin başçısı bununla bağlı deyib: “Biz olduqca məsuliyyətli davrandıq və əziyyət çəkən ölkələrə yardım etdik. Biz 10 milyon dollar həcmində birbaşa, 10 milyon dollar məbləğində isə Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində yardımlar göstərdik. Yeri gəlmişkən, COVID-19 dövründə istifadə olunan məlumat bazasını biz yaratdıq və o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Bu, şaxələnmiş yardım və həmrəylik prosesi idi. Azərbaycanın sədrliyindən qalmış növbəti miras “Troyka” formatının təsis edilməsi idi”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Azərbaycanın mühüm qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələrdən biri də ötən ilin noyabr ayında BMT-nin əsas iqlim konfransına – COP29-a uğurla ev sahibliyi etməsi oldu. Ölkəmizin tədbirə hazırlaşması üçün bir ildən də az vaxtı var idi.  Ancaq məsuliyyətli və güclü dövlət olan Azərbaycan qısa müddətdə yüksək səviyyəli hazırlıqlar görərək nümunəvi bir iqlim konfransı keçirməyə nail oldu. Burada da ölkəmizin bədxahları pozuculuq əməllərinə əl atdılar. Məsələn, Fransa kimi ölkələr tədbiri boykot etməyə çalışsalar da, bu alınmadı.

COP29 yüksək səviyyədə təşkil olundu, təxminən 80 min qonaq və 70 dövlət başçısı tədbirə qatıldı. Bu özlüyündə Azərbaycanın gücünü və ölkəmizə olan beynəlxalq inamı əks etdirir. Tədbir çərçivəsində əldə olunan uğurlar unikaldır. Uğurlu nəticələrdən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “COP-un nəticələrinə gəldikdə, – baxmayaraq ki, bilirəm məqsədi Azərbaycanın sədrliyini nüfuzdan salmaq olan bəzi qondarma ekspertlər deyirdilər ki, maliyyələşməyə nail olunmadı, – biz maliyyələşməni 100 milyard ABŞ dollarından qaldırdıq. Bütün COP-larda, COP28-də əldə olunan səviyyə 100 milyard idi. Ölkəmizdə keçirilmiş COP-da biz bunu 300-ə qaldırdıq. Beləliklə, bu, nailiyyət deyil? Əlbəttə ki, nailiyyətdir. Biz maliyyələşməni 3 dəfə artırdıq. Biz İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üçün xüsusi proqrama start verdik. Ekzistensial təhdidlərlə əlaqədar İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinə birbaşa dəstək məqsədilə Azərbaycan 10 milyon ABŞ dolları ayırdı, çünki iqlim dəyişikliyi hər kəs üçün problemdir, lakin onlar üçün söhbət onların həyatından gedir, söhbət onların gələcəyindən gedir. COP zamanı əldə olunmuş başqa mühüm bir nailiyyət karbon bazarının fəaliyyət göstərməsi ilə bağlı razılıq idi. Bu məsələ azı 10 il razılaşdırılmamışdı. Beləliklə, bizim sədrliyimiz sayəsində, bizə olan etimad sayəsində bu məsələ Azərbaycanda razılaşdırıldı. Həmçinin sözsüz ki, biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadıq”.

“Beləliklə, beynəlxalq forum çərçivəsində dövlətimizin sülhpərvər və xoşməramlı siyasəti bir daha beynəlxalq ictimaiyyətə təqdim olundu. Bu platforma ölkəmizin təqdimatı və beynəlxalq müsəvidə aktual məsələlərin müzakirəsi baxımından unikal formatdır”,-deyə Pərvin Kərimzadə vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 11 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1221

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see188

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see146

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see122

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri