Icma.az
close
up
RU
Yeni prezident dövründə GürcüstanAzərbaycan əlaqələri necə olacaq?

Yeni prezident dövründə GürcüstanAzərbaycan əlaqələri necə olacaq?

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.

Bakıvaxtı.az ölkədə ilk dəfə olaraq prezident ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət seçki kollegiyasının üzvləri tərəfindən seçilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadla xəbərə verir ki, hakim “Gürcü Arzusu” partiyasının namizədi 300 seçicidən 224 səs toplayıb. M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.

Maraqlıdır ki, yeni prezident dövründə Gürcüstan-Azərbaycan əlaqələri necə olacaq?

Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Gürcüstanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycanla münasibətlər kifayət qədər isti olub:

"Gürcüstan dövləti ölkə iqtisadiyyatının inkişaf etməsində Azərbaycanın payının böyük olmasının fərqindədir. Azərbaycanın enerji daşıyıcılarının və kommunikasiya xətlərinin Gürcüstanın üzərindən keçməsi bu ölkənin ən ağır dönəmlərində çox böyük dividentlər gətirib. Bu proses hələ də davam etməkdədir. Gürcü xalqı, Gürcüstanda hakimiyyətdə olan qüvvələr bunu başa düşürlər”.

Müsahibimiz qeyd edib ki, eyni zamanda Gürcüstanda təxminən yarım milyon soydaşımız yaşayır. Onların mövcud fəaliyyətləri və problemləri Azərbaycan hökumətinin daim diqqət mərkəzində olub.

Deputatın fikrincə, Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri yüksək səviyyədədir və bundan sonrakı dönəmdə münasibətlər daha da möhkəmlənəcək.

Arzuxan Əlizadə: Əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi perspektivdə görünür

"Gürcüstanın indiki hakimiyyəti ilə Azərbaycanın münasibətləri kifayət qədər yaxşıdır. Gürcüstanın baş naziri İrakli Kobaxidze dəfələrlə ölkəmizə səfərlər edib, eləcə də Azərbaycan prezidentinin Gürcüstana səfərləri baş tutub. Azərbaycanla Gürcüstanın münasibətlərinin dəyişməsi üçün heç bir zəmin yoxdur. Əksinə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi perspektivdə görünür”.

A.Əlizadə xatırladıb ki, Gürcüstanın yeni prezidentini ilk təbrik edənlərdən biri də Azərbaycan prezidenti İlham Əliyev olub.

“Yeni prezident dövründə ikitərəfli əlaqələr daha da inkişaf edəcək", - deyə Arzuxan Əlizadə vurğulayıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Dekabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri