Icma.az
close
up
RU
Tbilisidə “GürcüstanAzərbaycan Gənclərinin “Networking” Forumu keçirildi FOTO Yeni Çağ Media

Tbilisidə “GürcüstanAzərbaycan Gənclərinin “Networking” Forumu keçirildi FOTO Yeni Çağ Media

Icma.az, Yenicag saytına istinadən bildirir.

Tbilisidə “Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirilib.

Gürcüstanın paytaxtı Tbilisdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai BirliyiM.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mizeyinin birgə təşkilatçılığı ilə “Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirilib.

Tədbirdən öncə Bakıdan Forum üçün Gürcüstana səfər edən heyət Ulu Öndər Heydər Əliyevin Tbilisi şəhərində ucaldılan abidəsini ziyarət ediblər.

Forum Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb.

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Layihənin rəhbəri, Qızılbaş” GMİB-nin icraçı direktoru Aqil Ələsgər açılış çıxışı edərək Azərbaycan və Gürcüstan arasındakı tarixi bağlardan söz açıb.

2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək, Azərbaycanın tarixi tədbir olan COP29-a ev sahibliyi etməsinə sayılı günlər qaldığını bildirən Aqil Ələsgər vurğulayıb ki, rəsmi Bakı tədbirə tam hazırdır.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinini inkişafı barədə məlumat verib, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Diplomat gənclərin maariflənməsi, eləcə də gürcü gənclərlə əlaqələrinin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib.

Sonra o, COP29 barədə ətraflı məlumat verib. Bildirib ki, bu mötəbər tədbirin keçirilməsində dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlatları da səylə çalışırlar.

Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Leyla Əliyeva çıxış edərək COP29-un önəmi və Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirak təcrübələri ilə bağlı danışıb, Azərbaycanla Gürcüstan arasındakı siyasi və mədəni əlaqələrin inkişafına gənclərin qatqısından bəhs ediblər.

Daha sonra Azərbaycan-Gürcüstan əlaqələrindən bəhs edən qısa film nümayiş olunub.

“Gənclərin Təşəbbüsü və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdiyevin moderatorluğu ilə Gürcüstan-Azərbaycan Gənclərnin “Yaşıl dünya naminə” panel iclası olub.

Paneldə gürcü analitik, Gürcüstan Yaxın Şərq və Qafqaz Tədqiqatları İnstitutunun direktoru Vasili Papava, jurnalist -araşdırmaçı Lika Jorjoliani, “Aktual.ge” saytının baş redaktoru İlkin Hüseynov və Beynəlxalq Qara Dəniz Universitetinin İdarə Heyətinin üzvü, professor Aygül İsayeva ölkələrarası əlaqələrin gənclərə sirayət etdirilməsi, gənclərin şəbəkələşmə potensialının gerçəkləşdirilməsi ilə bağlı müzakirə aparıblar.

Sonda çıxışçılara plaket təqdim olunub və xatirə şəklinin çəkilməsi ilə Forum öz işini yekunlaşdırıb.

Qeyd edək ki, forum çərçivəsində gürcüstanlı soydaşlarımızla da görüş keçiriləcək.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 06 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri