Icma.az
close
up
RU
Yeni qərar: Bəzi binalarda kombi qadağan oluna bilər

Yeni qərar: Bəzi binalarda kombi qadağan oluna bilər

Icma.az, Milli.az saytına istinadən bildirir.

Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ı təsdiq edib. Belə ki, çoxmənzilli yaşayış binalarında mənzillər üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız müəyyən hallarda icazə veriləcək. Bu hallar binanın azmərtəbəli (5 mərtəbəyədək) olması, yerləşdiyi ərazidə qaz təchizatının nəzərdə tutulmaması, eləcə də istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi hallarını əhatə edir.
Qərara əsasən, bu sistemlər yalnız müəyyən hallarda, o cümlədən 5 mərtəbəyədək binalarda layihələndirilə biləcək. Halbuki son illərdə tikilən yeni yaşayış binalarının əksəriyyətində fərdi istilik sistemi kimi kombi nəzərdə tutulur.
Qərar kombi sistemi olan mövcud və planlaşdırılan binalara necə təsir edəcək, ümumilikdə yeni tikinti və mənzil bazarında hansı dəyişikliklərə səbəb ola bilər?

Milli.Az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bu tələblər yalnız bundan sonra layihələndiriləcək yeni binalara şamil olunur: "Hüquqi baxımdan hər hansı normativ aktın geriyə qüvvəsi yoxdur. Nazirlər Kabinetinin qərarında da açıq şəkildə göstərilir ki, yeni tikililər artıq yeni normativlərə uyğun layihələndirilməlidir. Mövcud binalarda fərdi istilik sistemləri istifadədə qalacaq. Lakin yeni qaydalara əsasən bəzi binalarda fərdi sistemlərin tətbiqi üçün texniki imkanlar məhdud ola və ya ümumiyyətlə nəzərdə tutulmaya bilər. Bu halda yeni binalarda mərkəzləşdirilmiş istilik və digər alternativ sistemlər layihə mərhələsində nəzərdə tutulmalıdır".
Bu dəyişikliklərin mənzil bazarına və qiymətlərə təsirinə gəldikdə isə, ekspert bildirir ki, ilk növbədə tikinti xərclərinin artması amili var: "Çünki mərkəzləşdirilmiş istilik sistemləri əlavə infrastruktur tələb edir. Buraya həm idarəetmə xərcləri, həm qazanxananın saxlanılması, həm də texniki xidmət xərcləri daxildir. Əvvəllər kombi sistemlərində vətəndaş yalnız istifadə etdiyi qədər xərc ödəyirdi. Yeni sistemdə isə daimi xidmət, idarəetmə və texniki baxım xərcləri formalaşa bilər. Əgər bina düzgün izolyasiya olunmayıbsa və enerji səmərəliliyi aşağıdırsa, aylıq xərclər daha da arta bilər ki, bu da sakinlər üçün əlavə maliyyə yükü yaradacaq. Digər tərəfdən, yeni normativlərə uyğun tikilən binalar daha təhlükəsiz və texniki baxımdan daha müasir olacaq. Xüsusilə qaz təhlükəsizliyi baxımından mərkəzləşdirilmiş sistemlərin üstünlükləri var".
V.Orucun sözlərinə görə, uzunmüddətli perspektivdə bu dəyişikliklər daha komfortlu və təhlükəsiz yaşayış şəraiti yarada bilər. Lakin qısa müddətdə mənzil qiymətlərinin və yaşayış xərclərinin artması ehtimalı var: "Ümumilikdə, şəhər yaşayışında əvvəlki daha ucuz model tədricən dəyişir və daha çox xidmət əsaslı, daha bahalı, amma eyni zamanda daha təhlükəsiz və komfortlu yaşayış modelinə keçid baş verir. Yeni qaydalar yeni layihələrdə və tikililərdə həm layihələndirmə, həm də tikinti yanaşmasını dəyişəcək. Bu, prinsip etibarilə daha komfortlu, daha təhlükəsiz və binaların görünüşü baxımından müasir standartlara uyğun tikililərin inşasını təşviq edən yanaşmadır. Eyni zamanda bu model vətəndaşların təhlükəsizliyinin daha yaxşı təmin olunmasına, vahid mərkəzdən istismar xidmətlərinin göstərilməsinə və digər kommunal ehtiyacların daha sistemli şəkildə qarşılanmasına imkan yaradacaq. Bu isə faktiki olaraq binaların peşəkar idarəetmə sisteminin formalaşması deməkdir. Əgər gələcəkdə binaların idarə olunması ilə məşğul olan ayrıca peşəkar şirkətlər və ya idarəetmə strukturları formalaşarsa, bu, ümumilikdə şəhərsalmada yeni yanaşmanın bir hissəsinə çevriləcək. Bu model daha çox müasir urbanizasiya prinsiplərinə əsaslanır. Bu dəyişikliklər bazarda da ciddi transformasiya yaradacaq. Çünki zaman keçdikcə köhnə tikililər söküləcək və onların yerində yeni normativlər əsasında inşa edilən binalar tikiləcək. Bu gün müasir hesab etdiyimiz bəzi yeni tikililər də gələcəkdə köhnə fonda çevriləcək. Onların yerini isə artıq daha yüksək standartlara cavab verən, yeni layihələndirmə prinsipləri ilə tikilən və A, B, C enerji səmərəliliyi pasportlarına malik binalar tutacaq. Yəni bazar mərhələli şəkildə yenilənəcək və alıcı seçimi getdikcə daha çox enerji səmərəliliyi, təhlükəsizlik, idarəetmə keyfiyyəti və yaşayış komfortu kimi meyarlar üzərində formalaşacaq".
İnşaat eksperti Elnur Azadov deyir ki, bu qərarın qəbul edilməsinin arxasında bir neçə əsas səbəb dayanır və məsələni yalnız mənzil bazarı prizmasından qiymətləndirmək düzgün olmaz: "Burada alternativ enerji və daha səmərəli istilik həllərinə keçid məsələsi də var. Əsas səbəblərdən biri ekoloji amillərlə bağlıdır. Fərdi qaz sistemlərinin geniş yayılması qaz emissiyalarını artırır və bu da xüsusilə iri şəhərlərdə ekoloji yük yaradır. Dövlətin daha ekoloji şəhər mühiti formalaşdırmaq istiqamətində hədəfləri var".
İnşaat mütəxəssisi vurğulayır ki, ikinci məsələ təhlükəsizliklə bağlıdır: "Keyfiyyətsiz quraşdırılmış fərdi istilik sistemləri bəzi hallarda qaz sızması, partlayış və digər təhlükəli hallara səbəb olur. Bu baxımdan mərkəzləşdirilmiş və daha nəzarətli sistemlər riskləri azaltmağa hesablanıb. Digər mühüm məsələ isə mərkəzləşdirilmiş qazanxana sistemlərinin inkişaf etdirilməsi ilə bağlıdır. Son illərdə bu istiqamətdə müxtəlif müzakirələr aparılırdı və nəticə etibarilə qərar verildi ki, gələcəkdə yeni tikilən binaların bu sistemlərə inteqrasiyası daha geniş tətbiq olunsun. Bununla yanaşı, binaların enerji səmərəliliyinin artırılması istiqamətində də işlər görülür. Yeni tikililərdə izolyasiya standartlarının gücləndirilməsi, enerji sərfiyyatının azaldılması və daha effektiv resurs istifadəsi əsas prioritetlərdən biridir".
Həmsöhbətimizin sözlərinə görə, gələcəkdə enerji effektivliyi ilə bağlı daha sərt qanunvericilik tələblərinin tətbiqi də mümkündür. Bu çərçivədə binalara enerji siniflərinin verilməsi nəzərdə tutula bilər: "Belə bir sistem formalaşarsa, yüksək enerji sinfinə malik binalar bazarda daha cəlbedici olacaq və hətta gələcəkdə onların kommunal xərclər baxımından da müəyyən üstünlüklər əldə etməsi mümkündür. Yəni bu qərar yalnız istilik sistemlərinin dəyişdirilməsi deyil, daha geniş şəkildə şəhərsalma, enerji səmərəliliyi, təhlükəsizlik və ekologiya siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir". /"Kaspi" qəzeti

Milli.Az 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 May 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri