Icma.az
close
up
RU
Yeni qərar Mənzil Kommunal İstismar Sahələrinin fəaliyyətinə necə göstərəcək?

Yeni qərar Mənzil Kommunal İstismar Sahələrinin fəaliyyətinə necə göstərəcək?

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüs irəli sürüb.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, mövcud mənzil istismar sahələrinin (MİS) bazasında Vahid Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi - Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılacaq. Qərar cəmiyyətdə MİS-lərin taleyi ilə bağlı suallar doğurub. Bəs bu addım MİS-lərin ləğvi kimi qiymətləndirilə bilərmi?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"MİS-lər fəaliyyət göstərməyə davam edəcək"

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, yeni qərar MİS-lərin ləğvi mənasına gəlməməlidir: "Kommunal təsərrüfat müəssisələri MİS-lərin bazasında yaradılır. Növbəti mərhələdə MİS-lərə ehtiyacın olub-olmadığı məsələsi aydınlaşacaq. Hazırkı mərhələdə söhbət onların ləğvindən deyil, məhz bazasında yeni müəssisələrin yaradılması prosesinə start verilməsindən gedir. MİS-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisələrinin yaradılmasında əsas məqsəd bu sahədə idarəetmənin vahidləşdirilməsi və sistemləşdirilməsidir. Bu dəyişiklik mənzil-kommunal təsərrüfatı sahəsində aparılan islahatların bir mərhələsi kimi qiymətləndirilməlidir. Vahid MMC-nin yaradılmasında əsas hədəf idarəetmənin çevikliyini artırmaq, qərarların daha operativ və şəffaf şəkildə qəbul olunmasına nail olmaqdır. Hazırda MİS-lər təsərrüfat hesablı qurumlar kimi fəaliyyət göstərirlər. Təsərrüfat hesablı olduqları üçün onların maliyyə mənbələri əsasən özlərinin əldə etdiyi gəlirlər hesabına formalaşır".

V.Bayramovun fikrincə, qəbul edilən qərar mülkiyyət hüquqlarına təsir göstərmir: "Belə ki, praktik olaraq MİS-lərin balansında olan əmlak bundan sonra da təsərrüfat müəssisəsi tərəfindən idarə olunacaq. Əmlak balansda qaldığı üçün mülkiyyətin transferi ilə bağlı hər hansı risk yaranmır. Bu baxımdan, mülkiyyət hüquqları ilə əlaqədar problem gözlənilmir. Bu addım yerli idarəetmə sahəsində aparılan islahatlardan biridir. Ümumilikdə isə gözlənilir ki, 2026-cı ildə yerli idarəetmə sistemində kifayət qədər genişmiqyaslı islahatların həyata keçirilməsini müşahidə edəcəyik".

"Mənzil istismar sahələri yeni strukturun tərkibinə daxil ediləcək"

Hüquqşünas Arif Nəzərov isə düşünür ki, bu yenilik zəruri idi: "Azərbaycanda aparılan köklü islahatlar bütün sahələrdə olduğu kimi mənzil-kommunal təsərrüfatı sahəsində də mütərəqqi idarəetmə sisteminin tətbiqini qaçılmaz edir. Hazırkı dövrədək bu istiqamətdə xidmətlərin göstərilməsi yerli icra hakimiyyəti orqanlarının tabeliyində fəaliyyət göstərən müxtəlif qurumlar tərəfindən həyata keçirilib. Lakin həmin qurumların inzibati strukturlar kimi fəaliyyət göstərməsi bazar iqtisadiyyatının tələbləri baxımından qeyri-səmərəli hesab olunur. Bu baxımdan Nazirlər Kabinetinin "Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 22 dekabr 2025-ci il tarixli 408 nömrəli qərarı mənzil-kommunal təsərrüfatı qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi və mövcud iqtisadi münasibətlərə uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir".

A.Nəzərov bildirib ki, mənzil istismar sahələri yeni yaradılan müəssisələrin tərkibində fəaliyyət göstərəcək: "Belə ki, əvvəlki qaydada mövcud olan Mənzil-Kommunal Təsərrüfatı Birlikləri çərçivəsində yaradılmış mənzil istismar sahələri yeni strukturun tərkibinə daxil ediləcək. Qərara əsasən, yerli icra hakimiyyəti orqanlarının tabeliyində məhdud məsuliyyətli cəmiyyət formasında yaradılacaq mənzil-kommunal təsərrüfatı müəssisələrinin fəaliyyət istiqamətləri mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsi üzrə xidmətlərin göstərilməsini, istehsalat və məişət tullantılarının yığılmasını, daşınmasını, yaşayış məntəqələrinin abadlaşdırılması və yaşıllaşdırılmasını, eləcə də işıqlandırma işlərinin həyata keçirilməsini əhatə edəcək".

"Gəlir və xərclər daha şəffaf olacaq"

Hüquqşünas qeyd edib ki, Mənzil-Kommunal Təsərrüfatı Müəssisələrinin yaradılması indiyədək mövcud olan resurslardan, o cümlədən kadr potensialından daha səmərəli istifadə olunmasına şərait yaradacaq: "Mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən qurumların balansında olan əmlakın məqsədli və təyinatına uyğun istifadəsi bu istiqamətdə effektivliyi artıracaq. Eyni zamanda, illər ərzində formalaşmış təcrübəli kadr potensialı mənzil-kommunal təsərrüfatı sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək. Bununla yanaşı, yeni müəssisələrin təsis edilməsi Mənzil Məcəlləsinin tələbləri baxımından da təqdirəlayiq hesab edilir. Belə ki, həmin müəssisələrin müqavilə əsasında çoxmənzilli binaların idarəetmə prosesinə cəlb olunması mülkiyyətçilərə məxsus ümumi əmlakın qorunub saxlanmasına və düzgün istismarına müsbət təsir göstərəcək".

O bildirib ki, sözügedən müəssisələrin fəaliyyətə başlaması maliyyə intizamının və şəffaflığın təmin olunması baxımından da vacib addım kimi qiymətləndirilməlidir: "Müxtəlif mənbələrdən daxil olan gəlirlərin dəqiq uçotu və planlı şəkildə xərclənməsi mənzil-kommunal xidmətlərin fasiləsizliyinə zəmanət yaradır. Nəticədə müvafiq infrastrukturun, əmlakın saxlanılması və yenilənməsi üçün zəruri maliyyə bazası formalaşır. Gəlir və xərclər barədə açıq, əlçatan məlumatların təqdim edilməsi mənzil-kommunal xidmətlərindən istifadə edənlərin prosesləri izləməsinə imkan verir. Tariflərin formalaşma mexanizmi və yığılan vəsaitlərin hansı istiqamətlərə xərcləndiyi aydın olduqda, əhali ödənişlərə daha məsuliyyətlə yanaşır ki, bu da ödəniş intizamının yüksəlməsinə müsbət təsir göstərir".

Hüquqşünasın sözlərinə görə, mənzil-kommunal təsərrüfatı sahəsində aparılan islahatlar kompleks və davamlı xarakter daşımalıdır. İdarəetmə, maliyyə, infrastruktur və institusional dəyişikliklərin uzlaşdırılmış şəkildə həyata keçirilməsi əhaliyə göstərilən mənzil-kommunal xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, sahənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına zəmin yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Yanvar 2026 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri