Icma.az
close
up
RU
Xankəndidən verilən mesajlar fonunda Azərbaycanın yeni güc arxitekturası ŞƏRH

Xankəndidən verilən mesajlar fonunda Azərbaycanın yeni güc arxitekturası ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci il iyulun 4-də Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü keçirildi. Bu hadisə, təkcə regional iqtisadi əməkdaşlıq platformasının ənənəvi toplantısı deyil, həm də Azərbaycanın Qarabağda suverenliyinin beynəlxalq səviyyədə tanınması və təqdim olunmasının bariz nümunəsinə çevrildi. Prezident İlham Əliyevin çıxışı isə bu baxımdan həm siyasi, həm iqtisadi, həm də ideoloji cəhətdən ciddi məzmun daşıyan sənəd statusundadır. Onun nitqi Azərbaycanın post-münaqişə dövründə formalaşdırdığı strateji vizyonun, regional liderlik iddiasının və milli birliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin aydın konturlarını ortaya qoydu.

Prezident Xankəndinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə vurğuladı. ECO kimi nüfuzlu təşkilatın Zirvə görüşünün burada keçirilməsi isə Qarabağda reallaşan tarixi ədalətin beynəlxalq miqyasda təsdiqi kimi dəyərləndirildi. İlham Əliyev qeyd etdi ki, Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbə təkcə hərbi yox, həm də siyasi və mənəvi üstünlüyün təzahürüdür.

Prezident İlham Əliyev çıxışında Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycanın mədəni, dini və tarixi irsinə vurduğu zərəri də detallı şəkildə ifadə etdi. 67 məsciddən 65-nin dağıdılması, qəbiristanlıqların təhqir olunması, şəhərlərin viran qoyulması faktları sadalanmaqla, Azərbaycanın bu torpaqlarda sülh və inkişaf yaratmaq uğrunda necə böyük fədakarlıq göstərdiyi dünya ictimaiyyətinə çatdırıldı. Bərpa-quruculuq işlərinin miqyası və “Böyük Qayıdış” Proqramı bu çərçivədə mühüm ideoloji və sosial dayaq kimi təqdim olundu.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq miqyasda artan roluna xüsusi vurğu etdi. COP29 kimi mühüm tədbirin Azərbaycanda keçirilməsi, 12 ölkəyə təbii qaz ixracı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçməsi və ECO çərçivəsində yeni təşəbbüslər (Şuşada ECO Biznes Forumu, Ağdamda Gənclər Forumu və s.) Azərbaycanın regional liderlik iddialarının konkret göstəriciləridir.

Xankəndi Zirvəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınmasında yeni mərhələ oldu. ECO kimi 10-dan çox üzv ölkəni bir araya gətirən beynəlxalq təşkilatın rəhbərlərinin Xankəndidə bir araya gəlməsi, Ermənistanın uzun illər apardığı saxta “status” və “münaqişə” iddialarının tamamilə iflasa uğradığını nümayiş etdirdi.

Prezidentin çıxışında Ermənistanın Qərbi Azərbaycandan zorla deportasiya etdiyi soydaşlarımızın geri qayıdış hüququna dair konkret mesajlar yer aldı. İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə istinad etməklə bu məsələ artıq təkcə regional yox, həm də beynəlxalq gündəmin mühüm mövzularından birinə çevrilir. Ermənistanın bu dialoqa qarşı çıxması isə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ölkə başçısı Ermənistan və havadarlarına xəbərdarlıqların vaxtında verildiyi, lakin ciddiyə alınmadığı vurğulanaraq, Azərbaycanın öz təhlükəsizliyini təmin etmək iqtidarında olduğu açıq şəkildə bəyan edildi. Bu, Azərbaycanın yeni dövrdə beynəlxalq hüquqa əsaslanan, lakin öz gücünə arxalanan müstəqil siyasət xəttinin konturudur.

Qeyd etməliyik ki, Azərbaycanın ECO-ya üzv ölkələrlə əməkdaşlığının güclənməsi, nəqliyyat dəhlizləri vasitəsilə ticarətin genişləndirilməsi və enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri bu görüşün əsas iqtisadi konturlarından biridir. Xüsusilə qaz ixracının artması və alternativ enerji sahəsində atılan addımlar Azərbaycanı Cənubi Qafqazın əsas iqtisadi oyunçusuna çevirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Bu fakt Azərbaycanın sabitlik, şəffaflıq və etibarlı tərəfdaşlıq nümunəsi kimi tanındığını göstərir. Təmiz Enerji Mərkəzinin yaradılması və Şuşanın 2026-cı ildə “ECO-nun Turizm paytaxtı” elan olunması da iqtisadi diplomatiyanın uğurlarındandır. Çıxışda dəfələrlə vurğulandığı kimi, işğal dövründə təkcə torpaqlar deyil, həm də milli yaddaş, dini və mədəni irs hədəf alınıb. Bu irsin bərpası Azərbaycanın tarixi missiyası, milli ləyaqət və kimlik məsələsi kimi təqdim olunur.

Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycan xalqı üçün yalnız siyasi deyil, həm də mənəvi zəfərin təsdiqidir. Bu, eyni zamanda dünya ictimaiyyətinə bir mesajdır: Azərbaycanın haqq işi təkcə hərbi qələbə ilə yekunlaşmayıb, həm də mədəni və siyasi reabilitasiya ilə davam edir.

Son olaraq qeyd etməliyik ki, Azərbaycanın post-münaqişə məkanında əldə etdiyi siyasi suverenlik artıq müxtəlif beynəlxalq tədbirlərin yerləşməsi ilə təzahür edir. Davamlı iqtisadi təşəbbüslər, enerji tranziti və investisiya mühitində əldə olunan nailiyyətlər qlobal iqtisadi miqyasda ölkənin mövqeyini gücləndirir. Milli yaddaşın bərpası, mədəni dirçəliş və sosial inteqrasiya ölkənin daxili birliyini və gələcəklə bağlı düşüncə sistemlərini formalaşdırır. Çoxölçülü diplomatiya və regional liderlik strateji balansa əsaslanır. Zirvə görüşü Xankəndidə keçirilməklə bu məsələlərin Azərbaycanın yeni geosiyasi kimliyi inşa olunur — bu qurucu və lider dövlət modelidir. Prezident İlham Əliyevin nitqi, bu modelin fundamentini təsdiqləyən həm rəmzi, həm real, həm də strateji sənəddir.

Prezident İlham Əliyevin Xankəndidə keçirilən ECO Zirvə görüşündəki çıxışı, Azərbaycanın həm regionda, həm də qlobal miqyasda möhkəmlənən mövqeyinin əyani ifadəsidir. Bu nitqdə Azərbaycanın güclü diplomatik iradəsi, iqtisadi imkanları və milli ideoloji birliyi eyni anda təqdim olunaraq ölkənin gələcək inkişaf modelinə dair aydın mesaj verildi. Zirvənin Qarabağda keçirilməsi isə təkcə siyasi qərar deyil, həm də tarixi yaddaşa hörmət, beynəlxalq hüququn təsdiqi və Azərbaycanın regionda liderliyinin rəsmiləşməsidir. Azərbaycan bu gün yalnız bir dövlət kimi deyil, həm də sabitliyin, inkişafın və milli iradənin mərkəzi kimi beynəlxalq arenada çıxış edir. Xankəndi görüşü də bunun bariz nümunəsi olaraq tarixə düşdü.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyul 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri