Icma.az
close
up
RU
Yeni geosiyasi reallıqların təntənəsi ŞƏRH

Yeni geosiyasi reallıqların təntənəsi ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə ilə 7-8 avqust 2025-ci il tarixlərində ABŞ-a işgüzar səfəri Azərbaycanın beynəlxalq diplomatiyada yeni mərhələsini təmsil edir. Bu səfər ölkəmizin strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi və regionda sülhün təminatı üçün vacib addımların atıldığı bir dövr kimi yadda qalacaqdır.

Ağ Evdə keçirilən görüş zamanı Prezident İlham Əliyev ABŞ tərəfi ilə “Strateji Əməkdaşlıq Xartiyası”nın hazırlanması üzrə Strateji İşçi Qrupunun yaradılması barədə memorandum imzaladı. Bu, iki ölkə arasında qarşılıqlı etimadın artması və əməkdaşlığın yeni istiqamətlərə yönəldilməsi baxımından önəmli addımdır. ABŞ prezidentinin 907-ci düzəlişini ləğv etməsi də bunun ən bariz nümunəsidir.

Səfər müddətində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən trilateral sammitdə ortaq bəyanat imzalanıb. Bu sənəd Minsk prosesinin bağlanmasını və regionda uzunmüddətli sülhün bərqərar olunmasını nəzərdə tutur. Eyni zamanda “Trump Route” adlandırılan tranzit dəhliz vasitəsilə Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında yeni yol infrastrukturu yaradılacaq.

Prezident İlham Əliyevin mətbuata verdiyi müsahibələrdə strateji əməkdaşlıq, enerji resurslarının istifadəsi və təhlükəsizlik məsələləri ön plana çıxmışdır. O, Azərbaycan və ABŞ arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamış, regional və qlobal məsələlərdə birgə fəaliyyətin əhəmiyyətini qeyd etmişdir.

Bu səfər və görüşlər Azərbaycan üçün yalnız diplomatik uğur deyil, həm də regionun gələcək inkişafına xidmət edən mühüm islahatların təməlidir. Ölkəmizin beynəlxalq arenada mövqeyi daha da möhkəmlənmiş, regional sülh və sabitliyin təminatı istiqamətində böyük addımlar atılmışdır.

Bu yazının sonunda vurğulamaq istəyirəm ki, qarşıda hələ çox böyük sınaqlar və vəzifələr dayanır. Azərbaycanın beynəlxalq münasibətlərdə əldə etdiyi bu uğurlar, elmi və sosial sahələrdə də inkişaf üçün stimul yaratmalıdır.

KÖNÜL İBRAHİMOVA

ELM VƏ TƏHSİL NAZİRLİYİNİN FİZİOLOGİYA İNSTİTUTU ÜZRƏ ƏRAZİ PARTİYA TƏŞKİLATININ SƏDRİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri