Icma.az
close
up
RU
Yeni regional reallıqlar və sülhə sadiqlik mesajı

Yeni regional reallıqlar və sülhə sadiqlik mesajı

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin BMT-dəki çıxışı regionda formalaşan yeni reallıqların, sülhə və inkişafa sadiqliyinin göstəricisidir.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il sentyabrın 25-də Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasındakı nitqi həm ölkəmizin keçdiyi tarixi yolun, həm də regionda formalaşan yeni geosiyasi reallıqların dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ölkə başçısı çıxışında Ermənistanın uzun illər Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlamasını, bir milyondan çox soydaşlarımızın öz yurd-yuvalarından didərgin düşdüyünü, bu dövrdə beynəlxalq hüququn kobud şəkildə pozulduğunu sessiya iştirakçılarının diqqətinə çatdırmaqla, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin yerinə yetirilmədiyini və Azərbaycan Ordusunun öz gücü və qüdrəti sayəsində ərazi bütövlüyünü təmin etməklə suverenliyini tam bərpa etdiyini, eyni zamanda, 44 günlük Vətən müharibəsinin ölkəmiz tərəfindən beynəlxalq humanitar hüquqa riayət edilərək ədalətli və qanuni şəkildə aparıldığını və 2022-ci ildən başlayaraq Ermənistanla aparılan sülh danışıqlarının nəticələri barədə məlumatları beynəlxalq auditoriyaya bildirmişdir.


Dövlət başçımız 2025-ci il avqust ayının 8-də ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda əldə olunmuş razılığı, sülh müqaviləsinin paraflanması və Azərbaycan Prezidenti ilə Ermənistan Baş Naziri arasında imzalanan Birgə Bəyanatı beynəlxalq aləmdə mühüm hadisə kimi dəyərləndirmiş, bu razılaşmaların regionda uzunmüddətli sülhün təmin olunmasına zəmin yaratdığını, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərini, yeni infrastruktur layihələrini, “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində artıq on minlərlə vətəndaşımızın öz doğma yurdlarına qayıtmasını qeyd etməklə yanaşı, mina təhlükəsi və itkin düşmüş şəxslərin taleyi kimi problemli məsələlərin hələ də ciddi maneə olduğunu da vurğulamışdır.
O, enerji təhlükəsizliyini, bərpaolunan enerji mənbələrinin inkişafını, rəqəmsal və nəqliyyat dəhlizlərinin genişləndirilməsini ölkəmizin əsas prioritetləri kimi göstərməklə, regional və qlobal təşəbbüslər, iqlim dəyişikliyi, Xəzər dənizində ekoloji təhlükələr və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi məsələlərinə də toxunaraq Azərbaycanın bu istiqamətdə aktiv rol oynadığını də iclas iştirakçılarına bəyan etmişdir.
Dövlət başçısının BMT tribunasından səsləndirdiyi əsas fikirlər dövlətlərin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərinə riayət olunmasını, beynəlxalq münasibətlərdə ikili standartların olmamasını və ölkəmizin həm regional, həm də qlobal miqyasda ədalətli olduğunu bir daha göstərməklə yanaşı, həm də ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin, regionda formalaşan yeni reallıqların, sülhə və inkişafa sadiqliyi kimi də qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri