Icma.az
close
up
RU
Azərbaycanın regional liderliyi və yeni geosiyasi reallıqlar

Azərbaycanın regional liderliyi və yeni geosiyasi reallıqlar

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə təkcə regional deyil, həm də beynəlxalq miqyasda diqqət çəkən mühüm siyasi hadisə oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər Cənubi Qafqazda yaranmış yeni reallıqları təsdiqləməklə yanaşı, Azərbaycanın gələcək inkişaf strategiyasını və regionda lider mövqeyini də aydın şəkildə nümayiş etdirdi.

Prezident İlham Əliyev müsahibədə 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfərin əhəmiyyətini bir daha xatırladaraq bildirdi ki, məhz bu qələbə Ermənistanla uzun illər davam edən müharibəyə son qoydu. Vaşinqtonda Prezident Trampın iştirakı ilə paraflanmış sənəd münaqişə dövrünü yekunlaşdırdı və Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin əsasını qoydu. Ən vacib məqam ondan ibarətdir ki, sülh razılaşmasının formal imzası Ermənistan konstitusiyasında dəyişikliklər edildikdən sonra mümkün olacaq. Yəni, rəsmi İrəvan öz qanunvericiliyindən Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları tam şəkildə çıxarmalıdır. Bu, həm regionda dayanıqlı sülhün, həm də qarşılıqlı etimad mühitinin bərqərar olması üçün əsas şərtdir. ATƏT-in Minsk qrupu, faktiki olaraq, fəaliyyətini dayandırdı. 30 il ərzində münaqişənin həllində heç bir real nəticə əldə etməyən bu qurum Azərbaycanın qətiyyətli siyasəti nəticəsində tarixə qovuşdu. Bununla da beynəlxalq hüquqa əsaslanan yeni format yaradıldı və Cənubi Qafqazda sülhün təşəbbüskarı rolunu məhz Azərbaycan öz üzərinə götürdü.

Müsahibədə geniş yer verilən məsələlərdən biri də Zəngəzur dəhlizi oldu. Prezident İlham Əliyev qeyd etdi ki, bu layihə yalnız Azərbaycanın Naxçıvanla quru əlaqəsini təmin etmir, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm tranzit imkanları yaradır. “Tramp marşrutu” və Araz dəhlizi kimi alternativ yollar isə Azərbaycanın regional və qlobal nəqliyyat şəbəkəsində strateji mövqeyini daha da gücləndirir. Əslində, bu dəhlizlər bütün region ölkələri üçün qazanclı əməkdaşlıq platformasıdır. Ermənistan da daxil olmaqla heç kim bu layihədən itirmir, əksinə, iqtisadi inteqrasiya və yeni ticarət imkanları əldə edir.

Müsahibədə Azərbaycan qazının artıq 10-dan çox ölkəyə ixrac olunması, xüsusilə Avropa İttifaqının enerji təhlükəsizliyində ölkəmizin artan rolu da ön plana çəkildi. Azərbaycan yalnız enerji təchizatçısı deyil, həm də yeni bazarlara çıxışı təmin edən etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu gün Azərbaycanın resursları həm Avropa, həm Yaxın Şərq, həm də Mərkəzi Asiya regionunda enerji sabitliyinə xidmət edir.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın tolerantlıq modelinə də xüsusi diqqət ayırdı. Müxtəlif dini və etnik qrupların birgə yaşadığı, şiə və sünnilərin eyni məsciddə ibadət etdiyi, digər dinlərin nümayəndələrinin də özlərini təhlükəsiz hiss etdikləri bir mühitin mövcudluğu Azərbaycanın dünyaya təqdim etdiyi mühüm dəyərdir.

Bununla yanaşı, Azərbaycan türk dünyasının birliyinə verdiyi töhfələrlə də seçilir. Türk Dövlətləri Təşkilatında fəal rol oynayan ölkəmiz həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də təşkilatın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Prezidentin “Biz birlikdə güclüyük!” çağırışı türk dünyasının gələcək inteqrasiyasının ideoloji əsasına çevrilib.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi göstərdi ki, Azərbaycan artıq təkcə öz ərazi bütövlüyünü təmin etmiş dövlət deyil, həm də regionun geosiyasi arxitekturasını formalaşdıran lider ölkədir. Sülh təşəbbüsləri, strateji nəqliyyat və enerji layihələri, multikultural dəyərlər və türk dünyası ilə həmrəylik – bütün bunlar Azərbaycanın qlobal miqyasda artan nüfuzunun əsas sütunlarını təşkil edir.

Namiq Əhmədov,

YAP Xəzər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Avqust 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri