Icma.az
close
up
RU
Yeni rəqəmsal ingilis dili öyrənmə layihəsi

Yeni rəqəmsal ingilis dili öyrənmə layihəsi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

 “Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi” layihəsinin təqdimatı keçirilib. Təqdimat bp – Azərbaycan şirkəti və tərəfdaşlarının təşkilatçılığı ilə baş tutub. Tədbirdə bp-nin  mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı rəqəmsal təhsil imkanlarının artırılmasına yönəlmiş bir sosial investisiya layihəsinin ikinci mərhələsinnin uğurla tamamlandığını  bildirib. Qeyd olunub ki, layihə Aspire Learning APP kimi tanınan LANDAU Educational Technologies MMC ilə birgə əməkdaşlıq nəticcəsinə həyata keçirilib.

Təqdimat mərasimində  çıxışı edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bp-nin sosial layihələrində təhsilin prioritet seçilməsi məqsədyönlü yanaşmanın nəticəsidir. Təhsil sahəsinə yönələn investisiyanın geri dönüşü digər sahələrlə müqayisədə daha böyükdür. Buna görə də layihələrimizi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçiririk. O qeyd edib ki, nazirliyin pandemiya dövründə başladığı Rəqəmsal Məktəb layihəsi bu gün də aktiv şəkildə istifadə olunur, mövcud resurslar şagirdlər və müəllimlər üçün tam əlçatan olaraq qalır. Tərəfdaşlarla müzakirələrdən sonra yeni formatda ingilis dili dərs vəsaitlərinin hazırlanması qərara alınıb. 

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə  çıxış edərək  bildirdi ki, son iki ildə ümumilikdə 10 400 xarici dil müəllimi sertifikatlaşdırılıb. Hazırda Azərbaycanda 22 mindən çox tələbə ingilis dilində tədris olunan ixtisaslarda təhsil alır. Bu il ingilis dilli ixtisaslara qəbulun 10 minə  çatması onu göstərir ki, növbəti dörd ildə tələbələrin 15–20 faizi ingilis dilli proqramların məzunu olacaq. 

Layihədə əsas məqsəd 9-cu və 11-ci sinif ingilis dili buraxılış imtahanlarına hazırlaşan şagird və müəllimləri dəstəkləmək olsa da, təqdim olunan yüksək keyfiyyətli və əlçatan rəqəmsal məzmun 5–11-ci siniflərin bütün şagirdlərinin istifadəsi üçün uyğundur. Ümumilikdə, yeni materiallar ingilis dilini öyrənmə nəticələrini yaxşılaşdırmaq, həmçinin şagirdlərin dərs prosesində iştirak fəallığını artırmaq üçün orta məktəblərin bütün sinifləri üçün yararlıdır.

Layihənin bu yeni mərhələsi əvvəlki səylərin uğuruna əsaslanaraq geniş əhatəli yeni öyrənmə materialları təqdim edir, o cümlədən 60 saatlıq dərs müddətinə uyğun 350 tədris videosu; imtahana hazırlıq üçün 14000 sualdan ibarət sual bankı; imtahan şəraitini simulyasiya etmək üçün 70 test toplusu; dərs tədris prosesində müəllimlərə kömək məqsədilə hazırlanmış təqdimatlar və iş vərəqləri; həmçinin müəllimlərin ev tapşırıqları verməsinə və şagirdlərin irəliləyişini izləməsinə imkan verən rəqəmsal platforma.

Ümumilikdə, bu təşəbbüs əlçatan tədris materialları sahəsində mövcud boşluqları doldurmaqla ölkənin hər yerində həm şagirdlərə, həm də müəllimlərə ünvanlanıb. Ölkə üzrə 500 müəllimin və 10000 şagirdin layihədən bəhrələnəcəyi gözlənilir. Layihənin nəticəsi olaraq hazırlanmış bütün materiallar ümumi istifadəyə açıqdır və ənənəvi tədris kontentini tamamlamaq məqsədi daşıyır. Bu materiallar yerindən və şəraitindən asılı olmayaraq bütün şagirdlərə çevik və inklüziv öyrənmə imkanları yaradır. Yeni məzmun bütövlükdə www.aspirelearning.app vebsaytında yerləşdirilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri