Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Yeni robot kosmosda gündə 10 ton torpaq qazacaq

Yeni robot kosmosda gündə 10 ton torpaq qazacaq

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


ABŞ-nın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) hər gün 10 ton ay torpağını qaza bilən robot yaradıb. Yeni robotun "IPEx" alt sistemlərinə naviqasiya üçün kamera və toztəmizləmə sistemi də daxildir.
Reyting.az
xəbər verir ki, NASA Ayın səthində işləmək məqsədilə nəzərdə tutulmuş yeni və qeyri-adi robot-ekskavator "IPEx" üzərində işi tam yekunlaşdırıb. Mütəxəssislər bildirib ki, faydalı qazıntıların çıxarılması ilə məşğul olacaq bu robot-ekskavatorun Ayda işləməsi kosmik məkanda aparılan təcrübələr sırasında ilk hadisə olacaq.
"Interesting Engineering" nəşri yazır ki, "IPEx" qazma işləri ilə bərabər, həm də özüboşaltma funksiyasını yerinə yetirə bilir. Onun əsas vəzifəsi Ay reqolitinin çıxarılması və daşınması olacaq. Bu yeni yaradılmış robot-maşından hidrogen, oksigen və hətta su kimi mühüm resursları çıxarmaq üçün də istifadə ediləcək.
“IPEx"-in layihə meneceri və Kennedi Kosmik Mərkəzinin baş tədqiqatçısı Ceyson Şuler deyib ki, "IPEx" NASA-nın Ayın kəşfiyyatı məqsədlərinə nail olması üçün müasir və qabaqcıl texnologiyalardan daim istifadə etmək öhdəliyinə sübutdur: “Yerdən təmin edilən resurslardan asılılığı tədricən azaltmağa çalışan "IPEx", Ay səthində, həmçinin ondan kənardakı kosmik məkan səviyyəsində davamlı olmaqla, həyatın və insanın mövcudluğunu təmin etməkdən ötrüdür və NASA strategiyasının kritik tərkib hissəsidir".
Nəşr yazır ki, "IPEx" qazma texnologiyası və proqramlaşdırılmış robot fırlanan içi boş silindrlərdən ibarət yeni dizayndan istifadə edir.
NASA-nın məlumatına görə, robot bir Ay günündə (13,5 gün) 10 min kiloqram ağırlığınadək Ay reqolitini qazmağa qadirdir. Bu isə 20 yetkin filin çəkisinə bərabərdir. Üstəlik, nəşr qeyd edib ki, bundan əvvəl robotlar sistemlərinə uyğun şəkildə və tapşırığa əsasən yalnız bir neçə kiloqram material toplaya bilirdi.
Bildirilir ki, belə yüksək miqdarda reqolitin çıxarılması çox güman, gələcəkdə Aya səyahət edəcək astronavtları böyük miqdarda oksigenlə də təmin edəcək.
"IPEx" alt sistemlərinə naviqasiya, aydın görmək üçün kamera və toztəmizləmə sistemi, həmçinin təkərlərdən, üstəlik də istilik nəzarət sistemindən istifadə etməklə, Ay cismi səthi ətrafında hərəkət etmək üçün yaradılmış mobillik sistemi daxildir.
Nəşrin yadığına görə, robot qeyri-adi modul dizayna malikdir ki, bu da onu asanlıqla təkmilləşdirməyə imkan verir.
Xatırladaq ki, 2024-cü ilin mart ayında NASA artıq bu robot sistemini sınaqdan keçirsə də, məxfilik nəzərə alındığından təfərrüatlar açıqlanmamış, cüzi məlumat verilmişdi.
Mütəxəssislər bildirirlər ki, indi "IPEx" tamamilə hazır vəziyyətdədir və naviqasiya testlərində də əla nəticələr göstərib.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Fevral 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri