Icma.az
close
up
RU
Yeni seçilən bələddiyələr də icra hakimiyyətlərindən asılı olacaq?

Yeni seçilən bələddiyələr də icra hakimiyyətlərindən asılı olacaq?

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bələdiyyə seçkilərinin nəticələrinin təsdiq edilməsindən sonrakı 5 gün ərzində bələdiyyə sədrlərinin seçilməsi nəzərdə tutulub. Artıq bir çox bələdiyyələr ilk iclaslarını keçirib, sədr və müavinlər seçilib.Uzun illər ərzində bələdiyyə sədrlərinin icra hakimiyyətlərinin "xahişi" ilə seçildiyi iddia edilirdi. Son illərdə aparılan islahatlar, xüsusilə bələdiyyələrin sayının azaldılması, bu praktikanın aradan qalxacağına dair ümidlər yaratmışdı.

Lakin bölgələrdən gələn xəbərlər göstərir ki, bəzi rayonlarda bələdiyyə sədrlərinin seçimi hələ də icra başçılarının "xahişi" ilə baş tutur.

Bələdiyyələri icra hakimiyyətlərinin necə xilas etmək olar?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, əsas qarşılıqlı əlaqələrin qurulması bələdiyyələrin fəaliyyətinə bilavasitə nəzarətin olması heç də yerli idarəetmə orqanlarının səlahiyyətlərinə müdaxilə hesab edilməməlidir:

“İcra orqanları öz əsasnamələrinə uyğun fəaliyyət göstərirlər. Bələdiyyələr haqda da qanunlar və əsasnamələr mövcuddur. Bələdiyyələr də öz əsasnamələrini uyğun fəaliyyət aparırlar. Qarşılıqlı tədbirlərin görülməsi heç də səlahiyyətin itirilməsi demək deyil. Bəzən hər hansı küçədə təmir-bərpa işləri görülməli olur. Təbii ki, rayon rəhbərliyi icra orqanlarına tapşırılıb. İcra orqanı da bələdiyyə sədri və üzvləri ilə müəyyən məsləhətləşmələr aparır və həmin işin görülməsi bələdiyyəyə həvalə olunur. Yaxud bələdiyyənin fəaliyyətində hər hansı nöqsan varsa, icra orqanları, sözsüz, yerli hakmiyyət orqanı kimi buna müdaxilə edə və nöqsanların aradan qaldırılması üçün müəyyən göstərişlər verə bilər. Qarşılıqlı əlaqələr işin xeyrinədir. Çox təəssüflər olsun ki,  bu, bir çox hallarda icra orqanlarından asılılıq kimi dəyərləndirirlər”.

T.Rzayev vurğulayıb ki, seçkilər dövründə müəyyən namizədlərin dəstəklənməsi və irəli sürülməsində icra hakimiyyətləri, bələdiyyələr, hətta deputatlar da öz məsləhətlərini verə bilirlər:

"Məsləhət ondan ibarət olur ki, filankəs bələdiyyə sədri olsa, rayon üçün daha çox iş görə bilər. Həm vətəndaş, həm də seçici kimi rayonun, kəndin xeyri üçün belə təkliflərin verilməsi heç də səlahiyyətlərin alınması deyil. Bu gün bir çox təşkilatlar var ki eyni vəzifəni müəyyən qaydada həyata keçirirlər. Tutaq ki, su məsələsinin nizamlanmasında müəyyən rəhbər və yerli təşkilatlar, eləcə də bələdiyyələr, yerdə olan digər orqanlar dabirgə fəaliyyətə başlayırlar və problemlər aradan  qaldırılır. Onda belə çıxır ki, icra orqanları bu məsələyə münasibət bildirirsə, rəhbər orqanın səlahiyyətinə müdaxilə etmiş və ya onu pozmuş oldu? Yox, əslində, belə deyil.  Bir çox ölkələrdə bəzi sosial məsələlər var ki bir neçə təşkilat yerinə yetirməyə borcludur. O cümlədən Azərbaycanda da əhalinin sosial qayğıları var. Bu sosial qayğılarla icra orqanları da, bələdiyyələr də, deputat kimi biz də, həmçinin müvafiq orqanlar da məşğul olur. Belə bir anlam yaranmasın ki, onda biz bir-birimizin səlahiyyətlərinə müdaxilə edirik?Yox".

Deputat bəzi icra başçılarının bələdiyyələrin müəyyən səlahiyyəltərinə müdaxilə etdiyi halların olduğunu da qeyd edib:

"Müəyyən problemlər əlbəttə, var. Bəzi icra başçıları ola bilər ki, bələdiyyələrin müəyyən səlahiyyətlərinə müdaxilə etmiş, yaxud onlara qanundankənar tapşırıqlar vermiş ola bilər. Belə hallar var. Ancaq bu, bələdiyyələrin tamamilə öz səlahiyyətlərini itirməsi, icra hakimiyyətindən asılılığı demək deyil. Bələdiyyə sədri qanunları yaxşı bilirsə, münasibət yaratmağı bacarırsa, təbii ki, öz işinin öhdəsindən gəlməyi bacarır. Kim də ələbaxımlılıq edir, qanunları pozursa, əlbəttə, o icra hakimiyyətindən də digər orqanlardan da asılı vəziyyətə düşəcək. Müəyyən yoxlamaların aparılması, müəyyən bələdiyyə sədrlərinin, üzvlərinin inzibati məsuliyyətə cəlb olunması göstərir ki, hələ bir çox bələdiyyələr öz səlahiyyətlərini lazımınca bilmirlər, qanunun tələblərinə əməl etmirlər. Əlbəttə ki, müəyyən şikayətlər də, tövsiyyələr də ola bilər. Ancaq bu, bələdiyyələrin tam asılı olmasına  əsas vermir. Seçimdə də, davranışda da, fəaliyyətdə də bələdiyyələr qanunların tələblərinə əməl etməlidirlər. Qanunlara əməl etdirlərsə, öz fəaliyyətlərini düzgün qura bilirlər və asılılıqdan tamamilə kənarda qalırlar. Ancaq bir rayonda, kənddə icra orqanlarının, bələdiyyələrin münasibətində işləməsi heç də ziyanlı deyil, işin xeyrinədir və dövlətin yükünün azaldılmasıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri