Icma.az
close
up
RU
Yeni şəxsiyyət vəsiqəsində bu məlumatlar olacaq

Yeni şəxsiyyət vəsiqəsində bu məlumatlar olacaq

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatlar dəyişir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. İnsanlar arasında yeni şəxsiyyət vəsiqələri ilə bağlı çaşqınlıq yaranıb. Belə ki, bəziləri “milliyyət” bölməsində talış, ləzgi, avar və digər etnik mənsubiyyətlərin qeyd olunacağını düşünür. Bəs yeni şəxsiyyət vəsiqəsində hansı məlumatlar əks olunacaq?

Milli Məclisin deputatı Azər Allahverənov Metbuat.az-a açıqlamasında bildirib ki, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı, doğulduğu yer, ünvanı (yaşayış yeri), qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstərilir. Həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq fotoşəkil yerləşdirilir. Yəni bu, konkret olaraq şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlardır:

“Eyni zamanda “şəxsiyyət vəsiqəsi məlumatları” onun üzərində olan, elektron daşıyıcıda və həmçinin giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) olan məlumatlardan ibarətdir. Deməli, şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya, yəni çipə daxil edilir: vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vəsiqənin verilmə tarixi, şəxsiyyət vəsiqəsinin sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkil. Vətəndaşın soyadı və ya adı dəyişdirildikdə, təbii ki, əvvəlki soyadı və adı da daxil edilir. Vətəndaşın əl barmaq izləri, şəxsiyyət vəsiqəsini verən orqanın adı və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamədə nəzərdə tutulan digər məlumatlar da həmin daşıyıcıya yazılır”.

A.Allahverənov qeyd edib ki, çipə yerləşdirilən məlumatlar daha genişdir. Bu, təbii ki, İAMAS sistemində daha ətraflı əks olunur:

“Sadalanan məlumatlarla yanaşı, vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, valideynlərinin soyadı, adı, atasının adı, qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları, ərinin və ya arvadının soyadı və adı, nikaha daxil olarkən soyad dəyişdirilibsə nikahdan əvvəlki soyad, uşaqlarının soyadı, doğum tarixi, cinsi və s. kimi informasiyalar da faktiki olaraq İAMAS-da daha dolğun şəkildə saxlanılır. Bu da təbii ki, aidiyyəti dövlət strukturları tərəfindən idarə olunan bir prosesdir. Çipdəki informasiyalar isə məhdud olur və bu da sırf təhlükəsizlik nöqteyi-nəzərindən vacib sayılan bir addımdır. Burada şəxsin milliyyəti ilə bağlı hər hansı bir ifadə yer almır. Ona görə də bu baxımdan narahatlığa əsas yoxdur və bu da qətiyyən hər hansı bir çaşqınlıq yaratmamalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 İyul 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri