Papa Türkiyəyə yalnız dini ayin üçün gəldi? İznik səfərinin şifrələri açıldı
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Katolik dünyasının ruhani lideri Papa XIV Leo Türkiyəyə səfər edib. Məlumata görə, Papa Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlib və saat 12:23-də Esenboğa Hava Limanına eniş edib. Hava limanında Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy və digər rəsmilər tərəfindən qarşılanıb. O, burada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edəcək. Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Ardınca İstanbula gedəcək və gecəni orada keçirəcək. Papa növbəti gün İstanbulda yerləşən Müqəddəs Ruh Kafedralında yepiskop və rahiblərlə iclasa qatılacaq. Bundan sonra “Fransız Fakirhanesi” qocalar evinə gedəcək. Noyabrın 28-i günorta saat 14:00-da İznikə yola düşəcək. Papa XIV Leo antik Müqəddəs Niftos Bazilikasının arexoloji qazıntılarının yaxınlığında xüsusi ayin keçirəcək. Daha sonra İstanbula qayıdacaq. Noyabrın 29-u səhər saatlarında Sultan Əhməd məscidinə gedəcək. Ardınca Müqəddəs Corc Patrik kilsəsində xüsusi iclas keçirəcək. Son olaraq isə “Volkswagen Arena”da böyük bir ayin təşkil olunacaq. Türkiyədən sonra Papanın Livana səfər edəcəyi bildirilir.
Papanın Türkiyə səfərinin məqsədinin, həmçinin, buradan dünyaya sülh, müsəlmanlar və xristianlar arasında birlik çağırışı olduğu deyilir. Bu səfər xristian dünyası üçün hansı əhəmiyyət kəsb edəcək, həmçinin, Türkiyə üçün necə nəticələnəcək?
Globalinfo.az səfərin dini və siyasi aspektləri barədə Türkiyəli ekspertlərin fikirlərini öyrənib.
Beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert ün fikirlərini öyrənib. O deyib ki, əslində İznik Şurasının 1700 illiyinin qeyd etmək üçün bu səfəri əvvəlki Papa Fransisk aprel ayına planlaşdırmışdı. Lakin bu mərasim onun ölümü səbəbindən təxirə salınmış və varisi seçilən Papa XIV Leo ilk səfərini İznikə, Türkiyəyə edəcəyini bəyan etmişdir:
“Papanın səfəri İznik Şurasının 1700 illiyini qeyd etmək kimi görünsə də, nə pravoslav, katolik və digər məzhəblər, nə də etnik baxımdan Yunan patriarxlığı və Erməni apostol kafedralı kimi digər məzhəb strukturları arasında birlik gətirəcəyi gözlənilməməlidir. Papanın əsas məqsədi xristianların vahid bir dam altında birləşməsi olsa da, bu, hazırda mümkün deyil, lakin xarici dünyaya xristianların birlikdə hərəkət etdiyi mesajını verə bilər. Buna görə də onun İznik səfəri Türkiyəyə səfər kimi görünsə də, əsl məqsədin İznik Şurasının 1700 illiyini qeyd etmək olduğunu unutmaq olmaz. Əgər o, yalnız İznikə getsəydi, bu, rəsmi səfər olmazdı. Onun Ankarada rəsmi səfərdə olması, əvvəlcə Anıtqəbirə, sonra isə “Cumhurbaşkanlığı Külliyesi”nə baş çəkməsi bunu rəsmi səfərə çevirib. Lakin burada Türkiyə Respublikasının adının çəkilməsi Türkiyənin qlobal əhəmiyyətini nümayiş etdirir, həmçinin, bu, İstanbulun pravoslav xristian dünyasının mərkəzi olduğu üçün əhəmiyyətlidir. Erməni patriarxlığının və Erməni apostol kafedralının Türkiyədə yerləşməsi də dünyaya göstərir ki, Türkiyədə İslamdan başqa digər dinlərə və təriqətlərə bərabər və sərbəst şəkildə ibadət edirlər. Bu, Cümhuriyyət yaranarkən konstitusiya ilə müəyyən edilmişdir və Osmanlı, hətta Səlcuqlular dövründən bəri türk milləti ölkənin maraqlarına və mənafelərinə zidd fəaliyyətlər həyata keçirilmədiyi müddətcə dinlərə və təriqətlərə azadlıq vermişdir. Bu, Papa Leonun səfəri ilə dünyaya bir daha elan edilməsi baxımdan əhəmiyyətlidir.
İsmail Cingöz
Türkiyəli politoloq Engin Özer bildirib ki, Papanın Türkiyəyə səfəri müsbət hadisədir:
“Türkiyə dövləti, şübhəsiz ki, bu məsələnin hansı siyasi nəticə verəcəyi üzərində çalışır. Məsələyə bu cür yanaşmaq lazımdır. Buradan xristianlarla dialoq qurula bilər, bu, problem deyil. Bu, Türkiyənin tarixi zənginliyini nümayiş etdirir. Bu baxımdan, çox narahat olmağa dəyməz.
Vatikanın hazırda bir çox Latın Amerikası ölkələrində və hələ də Afrikada çox güclü siyasi təsiri var. Bunun Avropada olduğunu demək olmaz. Məşhur inancın əksinə olaraq, Vatikan əsrlər boyu Avropa ölkələri üzərində təsirə malik deyil. Fransa kralı IV Gözəl Filipin 13-cü əsrdə papa seçkilərinə müdaxilə etməsi tarixdə məlumdur. Fransa ilə şimali Polşanın və Almaniyanın papaları arasında həmişə münaqişə olub. Buna görə də, Avropa siyasətinin Vatikan üzərində təsiri daha çoxdur, nəinki əksinə. Bu baxımdan, Türkiyə Papanın bu səfərini özü üçün bir fürsətə çevirə bilər. Türkiyə bu cür fəaliyyətlərdən zərər görməz, əksinə, faydalanar”.
Engin Özer
Xatırladaq ki, sözügedən səfərlə bağlı xəbərlər aylar öncə yayılsa da, Türkiyə ictimaiyyətində birmənalı qarşılanmayıb. İddialara görə, bundan öncə Cümhuriyyətin ilk illərində o zamankı Papanın da İznikə səfəri üçün Atatürkə müraciət məktubu göndərilib, lakin icazə verilməyib. Sonrakı illərdə də Türkiyə hökumətinə belə bir səfər üçün müraciət edilsə də, yenə icazə verilməyib. Lakin hazırda belə bir səfərə və böyük ayinə şəraitin yaradılması xalq arasında rezonans doğurub. İnsanlar bunun Türkiyə üçün yaxşı nəticələnməyəcəyini düşünürlər. Hətta bir müddət əvvəl səfərin qarşısının alınması üçün sosial şəbəkələrdə etiraz aksiyası başladılmışdı.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 28 Noyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















