Icma.az
close
up
RU
Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, "AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin "Yüksel Proje" şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start verilib.

Müqavilə çərçivəsində:

- Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi;

- "28 May" stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi;

- "İçərişəhər" stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Müqavilənin ümumi dəyəri 35.4 milyon manat təşkil edir və satınalma prosesi "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

Vergi və inzibati öhdəliklərin Azərbaycan hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda layihənin idarəolunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə "Yüksel Proje" şirkətinin Azərbaycanda təsis etdiyi "Yüksel Proje" MMC ilə imzalanıb.

Qeyd edək ki, 45 ildən artıq beynəlxalq təcrübəyə malik olan "Yüksel Proje"nin adı dünyanın ən böyük 225 layihələndirmə şirkətinin müəyyən edildiyi ENR 2023 siyahısındadır. Şirkət bu günə qədər dünyanın 30-dan çox ölkəsində, eləcə də Türkiyənin bir sıra böyük şəhərlərində metro və dəmir yolu layihələrinin uğurla layihələndirilməsi və idarə edilməsində iştirak edib. Fəaliyyətində müasir texnologiyalara əsaslanan şirkət Tikinti İnformasiya Modelləşdirilməsi (BİM) metodologiyasından istifadə edir və "ISO 9001", "ISO 14001" və "ISO 45001" beynəlxalq sertifikatlarına sahibdir.

Yeni əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr Bakı Metropoliteninin strateji inkişafına mühüm töhfə verəcək, şəhərin nəqliyyat yükünü azaldacaq, sərnişin rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.


Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, bu stansiyaların inşası birbaşa nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək:


“Lakin layihənin əsas məqsədi sərnişinlərin metrodan daha səmərəli istifadəsini təmin etmək, daha çox insanın metro nəqliyyatına yönəlməsini stimullaşdırmaqdır. Bu isə dolayısı ilə şəxsi nəqliyyat vasitələrinin və taksilərin şəhər yollarında intensiv hərəkətinə təsir edə bilər. Belə ki, insanlar funksional və əlçatan ictimai nəqliyyat mövcud olduqda ona üstünlük verirlər. Hazırkı mərhələdə şəxsi avtomobillərə marağın yüksək olmasının əsas səbəbi ictimai nəqliyyatda mövcud problemlərlə, kondisionersiz qatarlar, köhnəlmiş vaqonlar, yeni qatarların təmin edilməsindəki çatışmazlıqlar əlaqələndirilir. 2025–2030-cu illər ərzində 10 yeni metro stansiyasının inşası planlaşdırılır ki, bu da təxminən 4 milyard manatlıq investisiya tələb edir. Layihə çərçivəsində Ağ Şəhər istiqaməti, Xətai stansiyasının yenidən layihələndirilməsi, Sahil stansiyası yaxınlığında keçid funksiyasını daşıyan yeni bir stansiyanın tikintisi, Nizami stansiyası ətrafında və Hökumət Evi yaxınlığında yeni stansiyaların inşası nəzərdə tutulub. Bu yanaşma, yaşıl və qırmızı xətlərin bir-birindən ayrılmasına və qatarların müstəqil, təhlükəsiz və optimal intervalda hərəkət etməsinə şərait yaradır. Bu da öz növbəsində interval müddətinin azalmasına, sərnişinlərin daha az vaxt sərf etməklə geniş əraziyə səfər imkanlarının genişlənməsinə səbəb olacaq”.


Ekspertin sözlərinə görə əvvəllər metro stansiyalarının yerləşməsi və ümumi planlaşdırması bir sıra bəsit yanaşmalar əsasında qurulmuşdu:

“Lakin hazırkı mərhələdə tətbiq olunan yanaşma şəhər nəqliyyat sisteminin metro vasitəsilə şaxələndirilməsi funksiyasını effektiv şəkildə icra edir. Bu baxımdan, müasir və peşəkar yanaşmanın tətbiqi müşahidə olunur. Bənövşəyi xəttin Ağ Şəhərə, yaşıl xəttin isə Həzi Aslanov stansiyasına qədər uzadılması nəzərdə tutulur və bu proses çərçivəsində 5 il ərzində ümumilikdə 10 stansiyanın inşası planlaşdırılıb. Sahil stansiyası ətrafında inşa olunacaq keçid stansiyası xüsusi əhəmiyyət daşıyır, çünki onun Dənizkənarı Bulvara yaxın yerləşməsi bu məntəqəyə ictimai nəqliyyatla gediş-gəlişi əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Bu stansiya üçün cəlbedici adların seçilməsi məsələsi də gündəmdədir. Dərnəgül deposunun yaxın zamanlarda keçirilmiş açılışı zamanı həm depo, həm də stansiya səviyyəsində genişmiqyaslı və müasir tələblərə cavab verən infrastrukturun yaradıldığı müşahidə etdim. Şübhəsiz ki, keçid dövründə müəyyən çətinliklər baş verəcək. Məsələn, 28 May stansiyasından Nizami stansiyasına qədər olan marşrut üzrə hərəkət zamanı bəzi çətinliklər yarana bilər. Lakin bu cür keçid mərhələləri inkişaf və uzunmüddətli strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Cəmiyyət də bu dəyişikliklərə anlayışla yanaşmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyul 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri