Icma.az
close
up
RU
Urmiya bizim üçün Zəngəzur qədər milli strateji əhəmiyyətli məsələdir EKSPERT

Urmiya bizim üçün Zəngəzur qədər milli strateji əhəmiyyətli məsələdir EKSPERT

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Türkiyə və Azərbaycan mediası Güney məsələsində son dərəcə həssas və aktiv olmalıdır"

"Urmiya bizim üçün milli strateji əhəmiyyətli məsələdir".


Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Rusif Məmmədsoy deyib. 

Ekspert bildirib ki, Urmiya qədim türk torpağıdır və elə də qalacaq: 


"Molla rejimi hər vəchlə, uzun illərdir çalışırdı ki, həmin bölgədə yaşayan təxminən milyon yarımlıq türk nüfuzunu bölgədən köçürsün, o yerlərə radikal kürd qruplarını yerləşdirsin. Bunun üçün çabaları da göz önündədir. İş imkanları minimuma endirilir, göl qurudulur və ekoloji fəlakət yaradaraq insanları məcburi köçünə şərait yaradılır və s. Urmiya Türkiyə ilə sərhəddə yerləşir. Türkiyənin PKK məsələsini çözməyə yaxınlaşdığı bir zamanda həm də Ankaraya mesaj verir ki, sərhədlərində PKK və uzantılarına meydan verə bilərəm. PJAK məsələsi də uzun illərdir yürüdülən bu siyasətin tərkib hissəsidir. Guya bu illər ərzində İran bu qruplarla silahlı toqquşmalar yaşayır və.s  Hər biri cəfəngiyatdır. Bir neçə ay öncəyə qayıdaq. Türkiyənin İraqın şimalında başlatdığı "Pençe" əməliyyatları zamanı terrorçuları qova-qova Qandil dağına qədər gətirirdi. Daha sonra isə həmin dəstələr anidən yoxa çıxırdı. Əslində məsələnin mahiyyəti çox sadədir. Qandil dağının bir hissəsi İran ərazisinə düşür. Həmin dəstələr Qandil dağından İran tərəfə keçir, orda himayə edilir, müalicə alırlar. Bununla bağlı Türkiyə müdafiə naziri açıq şəkildə İrana etiraz da etmişdi".


Analitik qeyd edib ki, xülasə, İran PKK uzantılarına qarşı mübarizə aparmır: 

"Onlara ciddi şəkildə dəstək verir və işbirliyi içərisindədir. Bütün bunlar azmış kimi İkinci Qarabağ savaşı başladığı ərəfədə SEPAH terrorçuları Xudafərin istiqamətində Qarabağ ərazisinə gətirib yığmışdı. Bunları sadalamaqla bitməz. Güney Azərbaycanda baş verən və ya verəcək hadisələr bizim üçün, qardaş Türkiyə üçün çox əhəmiyyətlidir. Doğrudur, nə Azərbaycan, nə də Türkiyə İrana yönəlik açıq müstəvidə reaksiya vermir, baş verənləri İranın daxili işi kimi qiymətləndirir, amma mən bu məsələdə bir qədər fərqli mövqenin tərəfdarıyam. Demirəm ki, açıq şəkildə mübarizə aparaq, lakin Türkiyə və Azərbaycan mediası Güney məsələsində son dərəcə həssas və aktiv olmalıdır. Hətta düşünürəm ki, Urmiya bizim üçün Zəngəzur qədər milli strateji əhəmiyyətli məsələdir. Bir əsr öncə Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə türk dünyasının ürəyinə bir xəncər sapladılar. İndi də eyni siyasət davam edir. Biz imkan verə bilmərik ki, eyni sözləri 1 əsr sonra Urmiya üçün deyək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Mart 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri