Yeni telefon istəyənlərin nəzərinə: 2 brend rekord qırır FOTO
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin texnologiya nəhəngi "Apple"ın qlobal telefon satışları 2024-cü ilin son rübündə 4,1 azalıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, əvəzində isə Çin smartfon şirkətlərinin bazar payları sürətlə artıb.
"Apple"ın satdığı telefonların sayı azalaraq 76,9 milyon ədədə düşsə də, "Xiaomi" və "Vivo"nun satışlarında nəzərəçarpacaq artım var.
Çin texnologiya şirkəti "Xiaomi" tərəfindən istehsal edilən smartfonların satışları 4,8% artdığı halda, başqa bir Çin şirkəti olan "Vivo"ya məxsus telefonların 4-cü rübündə satışlarında təxminən 13% artım olub.
Çinli mobil istehsalçılar dördüncü rübdə qlobal smartfonların 56%-ni tədarük ediblər. Bu da onların aşağı və orta diapazonlu cihazlarının Avropa və Afrikadada daha çox tələb gördüyünü göstərir. Beləliklə Çin brendləri bir rübdə ən yüksək ümumi nəticə əldə ediblər.
Billurə Yunus

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 15 Yanvar 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















