Icma.az
close
up
RU
Yeni tərəfdaşlıq səlnaməsi: Aİ nin yeganə güvənəcəyi enerji təminatçısı Azərbaycandır

Yeni tərəfdaşlıq səlnaməsi: Aİ nin yeganə güvənəcəyi enerji təminatçısı Azərbaycandır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyaraq strateji xarakter almağa başlayıb. Bu münasibətlər enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat marşrutlarının şaxələndirilməsi, iqlim dəyişikliyi və regional sabitlik kimi bir sıra prioritet sahələr üzrə inkişaf edir. Xüsusilə Avropada enerji asılılığının minimuma endirilməsi və alternativ mənbələrin axtarışı fonunda Azərbaycanın rolu daha da ön plana çıxır. Bu kontekstdə, Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yeni ali nümayəndəsi Kaya Kallasın Azərbaycana reallaşdırdığı səfər ikitərəfli münasibətlərdə mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində ölkə başçısı ilə baş tutan görüş, tərəflər arasında qarşılıqlı maraqların daha aydın şəkildə ifadə olunması, əvvəlki illərdə Aİ-də formalaşmış müəyyən stereotiplərin aşınması və Azərbaycanın regional aktor kimi əhəmiyyətinin qəbul edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Kaya Kallasın regiona, xüsusilə Xəzər-Qara dəniz dəhlizinə dair vurğuladığı məqamlar Azərbaycanın təkcə enerji ixracatçısı kimi deyil, həm də Avrasiyanın nəqliyyat, logistika və təhlükəsizlik strukturunda əsas oyunçulardan biri kimi qəbul edildiyini göstərir. Bu məqamlar fonunda, Kaya Kallasın səfəri Azərbaycan-Aİ münasibətlərində dönüş nöqtəsi, yeni səhifənin açılışı və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılmış önəmli addım kimi dəyərləndirilə bilər. İrəliləyən mərhələlərdə bu səfərin doğuracağı institusional nəticələr və siyasi rezonans, ikitərəfli əlaqələrin yeni müstəviyə keçidini daha da stimullaşdıra bilər.



Milli Məclisin deputatı Tural Gəncəliyev Sherg.az-a söyləyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqının  xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul etməsi Aİ-nin Azərbaycanla əməkdaşlığı davam etdirməsinin və rəsmi Bakının necə önəmli tərəfdaş olmasının göstəricisidir:


“Avropa İttifaqı Rusiya və Ukrayna müharibəsi kontekstində böhran yaşayır. Həmin böhran enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının işləməməsi səbəbindən Avropa iqtisadiyyatına güclü şəkildə təsir etməsiylə bağlıdır. Rusiyadan Avropaya gedən enerji daşıyıcıları, qaz xətləri hazırda funkusional deyil. Yaxın Şərqdən gələn alternativ qaz boru xətləri də təhlükəsizliyə cavab vermir. Avropa İttifaqının yeganə güvənəcəyi stabil, təhlükəsiz enerji təminatçısı Azərbaycandır. Avropa İttifaqının  xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana gəlməsində əsas məsələ budur. Cənab prezident görüşdə vurğulayıb ki, Azərbaycan Avropanın 10 və Avropa İttifaqının 8 ölkəsiylə qaz təchizatının təminatıyla bağlı müqavilə imzalayıb. Eyni zamanda 4 ilə yaxındır fəaliyyət göstərən Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təhlükəsizliyinə çox önəmli töhfə verir. Cənub Qaz Dəhlizi Trans-Anadolu Qaz Boru Kəməriylə Trans-Adriatik boru xəttinin birgə layihəsi şəklində Azərbaycanın Xəzər dənizində olan qaz enerji resurslarının Avropaya qədər olan plandır”.


Parlamentari qeyd edib ki, Azərbaycan transport və kommunikasiya xətti baxımından da Avropa İttifaqı üçün önəmli tərəfdaşdır:

“Çünki yalnız Azərbaycanın hesabına Orta dəhliz təhlükəsiz şəkildə fəaliyyət göstərir. Hətta alternativ enerji mənbələrinin Avropa bazarlarına daşınması baxımından da Azərbaycan vacib ölkədir. Azərbaycan ənənəvi neft-qaz təchizatı ilə yanaşı Avropaya alternativ enerji mənbələrinin istehsalı və ixracını da təşkil edir. Xəzər dənizində bərpa olunan, külək və günəş enerjisi mövcuddur. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra gələcəkdə yaşıl enerjinin ixracı mümkündür. Bütün bunları nəzərdən keçirdikdə Azərbaycanın Avropa İttifaqı üçün nə qədər önəmli ölkə olduğunu görürük. Avropa İttifaqı və Azərbaycan arasında hümanitar və iqtisadi əlaqələr keçmişdə yüksək səviyyədə aparılıb. Lakin Fransa kimi ermənipərəst qüvvələrin təqsirinə görə həmin əməkdaşlıqlar iflasa uğrayıb. Avropa İttifaqı anlayır ki, Azərbaycana qarşı destruktiv siyasət aparmaq heç kəsə xeyir verməyəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri