Icma.az
close
up
RU
Yeni təşəbbüslər nəqliyyatda səmərəliliyi artıracaq

Yeni təşəbbüslər nəqliyyatda səmərəliliyi artıracaq

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində möhtəşəm uğurlar əldə olunub. Ötən dövrdə yerli və beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu yaradılmış, Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib.

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə şəhər və regionlararası nəqliyyatın effektivliyinin artırılması, yol infrastrukturunun müasirləşdirilməsi və tıxacların azaldılması kimi məsələlər diqqət mərkəzində oldu. Bu çərçivədə, xüsusilə, ekoloji baxımdan davamlı nəqliyyat modellərinin tətbiqi, alternativ enerji mənbələrindən istifadə və “ağıllı şəhər” texnologiyalarının inteqrasiyası ilə bağlı yeni həllərin hazırlanması müzakirə olundu.
Dövlət başçısı müşavirədəki çıxışında qeyd edib: “Nəqliyyat məsələlərinə gəldikdə, onu bildirməliyəm ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar. İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq”.
Müşavirədə şəhər sakinlərinin hərəkət rahatlığını təmin etmək məqsədilə yeni avtobus xətlərinin açılması, metro şəbəkəsinin genişləndirilməsi və yeni nəsil nəqliyyat vasitələrinin istifadəyə verilməsi ilə bağlı təkliflər təqdim olundu. Həmçinin piyadaların təhlükəsizliyini təmin etmək üçün keçidlərin müasirləşdirilməsi, səki infrastrukturunun təkmilləşdirilməsi və velosiped yollarının artırılması kimi məsələlər də gündəmdə yer aldı.
Həmçinin, müşavirədə müasir texnologiyaların nəqliyyat sektoruna inteqrasiyası xüsusi vurğulandı. Yol hərəkətinin idarə edilməsi üçün rəqəmsal sistemlərin tətbiqi, nəqliyyatda real vaxt rejimində məlumat mübadiləsi və avtomatlaşdırılmış ödəmə sistemlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı. Bu yanaşmaların nəqliyyatın səmərəliliyini artıracağı, vaxta və resurslara qənaət edəcəyi qeyd olundu.
Nəqliyyat sahəsində prioritet istiqamətlər müəyyən edilərkən, dövlət və özəl sektor arasında əməkdaşlıq məsələsi xüsusi diqqət mərkəzində oldu. İnvestisiyaların cəlb edilməsi, innovativ layihələrin maliyyələşdirilməsi və özəl sektorun daha aktiv iştirakı ilə bağlı konkret təkliflər irəli sürüldü.
Beləliklə, nəqliyyat sektorunun inkişafına dair strateji planların hazırlanması, müasir texnologiyaların tətbiqi və sakinlərin rahatlığını artıracaq layihələrin reallaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olundu. Bu tədbirlər nəqliyyatın daha təhlükəsiz, səmərəli və müasir standartlara uyğun təşkilini təmin edəcək.

Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Fevral 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri