Icma.az
close
up
RU
Qiymətləndiricilər Palatası qanunda səmərəliliyi artıracaq təkliflərini təqdim edib

Qiymətləndiricilər Palatası qanunda səmərəliliyi artıracaq təkliflərini təqdim edib

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

“Azərbaycan Qiymətləndiricilər Palatası “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əlavə və dəyişlikliklərlə bağlı təkliflərini müvafiq instansiyalara təqdim edib”.

Bunu Azərbaycan Qiymətləndiricilər Palatasının Hüquq şöbəsinin müdiri Cavid Məmmədkərimov mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, Palata 2023-cü ilin sonunda qəbul edilmiş qanunun icrasında ortaya çıxan praktiki məsələləri əsas götürərək yeni təkliflər hazırlayıb: “Bu qanun ölkəmizdə qiymətləndirmə sahəsinin institusional əsaslarını formalaşdırdı və ilk dəfə olaraq vahid tənzimləyici orqan kimi Palatanın səlahiyyətlərini müəyyən etdi. Lakin hər bir yeni qanun kimi, bu qanunun da tətbiqi mərhələsində müəyyən nüanslar ortaya çıxdı. Biz həmin təcrübədən çıxış edərək, bəzi mexanizmlərin daha dəqiq işləməsi üçün dəyişiklikləyin zəruri olduğu qənaətinə gəldik. Təkliflərimizin məqsədi tənzimləməni sərtləşdirmək deyil, onu daha səmərəli, şəffaf və ədalətli müstəviyə gətirməkdir”.

Müsahibimiz vurğulayıb ki, Palatanın hazırladığı dəyişikliklər qiymətləndirmə sektorunda fəaliyyət göstərən bütün tərəflərin, qiymətləndiricilərin, sifarişçilərin, eləcə də Azərbaycan dövlətinin maraqlarını balanslı şəkildə qorumağa yönəlib: “Qiymətləndirmə fəaliyyəti iqtisadiyyatın demək olar ki, bütün sahələrinə təsir göstərir. Burada məsuliyyət, peşəkarlıq və etimad ən vacib amillərdir. Təklif etdiyimiz dəyişikliklər qiymətləndiricilərin məsuliyyət dərəcəsini dəqiqləşdirəcək, etik normaların tətbiqini gücləndirəcək, həmçinin qiymətləndirmə nəticələrinin keyfiyyət göstəricilərini yüksəldəcək. Bu, bazarda etibarlılığın və şəffaflığın artmasına səbəb olacaq”.

O əlavə edib ki, dəyişikliklər çərçivəsində Palata beynəlxalq təcrübəni də nəzərə alıb və xüsusilə inkişaf etmiş ölkələrdə tətbiq olunan qabaqcıl metodları öyrənib: “Qiymətləndirmə fəaliyyəti təkcə yerli bazarla məhdudlaşmır. Azərbaycanda fəaliyyət göstərən qiymətləndiricilərin beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsi labüddür. Buna görə də təkliflərimizdə həm normativ tələblər, həm də peşəkar hazırlıq mexanizmləri üzrə beynəlxalq yanaşmalar nəzərə alınıb. Biz istəyirik ki, Azərbaycan qiymətləndiricisinin verdiyi rəylər təkcə ölkə daxilində deyil, xaricdə də etibarlı sənəd kimi qəbul olunsun”.

Hüquq şöbəsinin müdiri onu da qeyd edib ki, Palata qanuna ediləcək dəyişiklikləri hazırlayarkən sektorun əsas iştirakçılarını da prosesə cəlb edib: “Bu, sırf kabinet təklifi deyil. Biz sahədə fəaliyyət göstərən aparıcı şirkətlər, müstəqil qiymətləndiricilər və ekspertlərlə görüşlər keçirmişik. Sektorun nümayəndələrinin də dəyişikliklər prosesində iştirakına şəraiti yaradılıb. Təkliflərimizin böyük hissəsi məhz praktik təcrübə və real problemlər əsasında formalaşıb. Nəticə etibarilə məqsədimiz sektorda dayanıqlı inkişaf və peşəkar mühitin möhkəmlətməkdir” – AQP rəsmisi deyib.

Əlavə edib ki, Palata tərəfindən irəli sürülən dəyişikliklər yaxın vaxtlarda aidiyyəti instansiyalara təqdim olunub və bu prosesin yekunu olaraq qiymətləndirmə bazarında daha şəffaf, effektiv və beynəlxalq tələblərə uyğun hüquqi mühit formalaşacaq. “Qiymətləndirmə bazarının sağlam inkişafı üçün hüquqi baza mütəmadi yenilənməlidir. Bizim məqsədimiz sahəni cərimə və məhdudiyyətlərlə idarə etmək deyil, onun keyfiyyətini və etimad səviyyəsini yüksəltməkdir. Dəyişikliklər də məhz bu hədəfə xidmət edir” – deyə, Məmmədkərimov fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri