İspanaq və qəhvə sizi cavanlaşdıracaq
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dərinin qocalmasının qarşısını almaq üçün yalnız bahalı kremlər və serumlar kifayət deyil. Düzgün qidalanma da dərinin elastikliyini qorumaqda və daha gənc görünməsində mühüm rol oynayır.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər kələm, ispanaq kimi yaşıl tərəvəzlərin dərinin elastikliyini qoruduğunu, yağlı balıqların isə tərkibindəki Omeqa-3 sayəsində dəri baryerini dəstəkləyərək nəmlənməsinə kömək etdiyini bildirib.
Mütəxəssislərin sözlərinə görə, 20 yaşların ortalarından etibarən dərinin quruluşunu və möhkəmliyini təmin edən kollagen sürətlə parçalanmağa başlayır. Nəticədə dərinin qalınlığı və möhkəmliyi hər il təxminən 1,5 faiz azalır. Genetik faktorlar, günəş şüaları və ətraf mühitin çirklənməsi ilə yanaşı, qidalanma vərdişləri də bu prosesə təsir edir.
Həddindən artıq rafinə edilmiş şəkər qəbulu qlikasiya prosesinə səbəb ola bilər. Bu zaman şəkərlər kollagen kimi zülallarla reaksiyaya girərək onların sərtləşməsinə, dərinin elastikliyini itirməsinə gətirib çıxarır.
Həddindən artıq emal edilmiş qırmızı ət və qızardılmış qidalar dəri problemlərini artıra bilər.
Mütəxəssislər ölçülü miqdarda qəhvə içməyin də yaşlanma əleyhinə faydalarının olduğunu bildiriblər. Antioksidantlarla zəngin olan qəhvə hüceyrələrdə oksidləşdirici stressi azaltmağa kömək edir.
Kələm və ispanaq: Kalium və maqneziumla zəngin olan bu tərəvəzlər dərinin elastikliyini qorumağa kömək edir.
Yağlı balıqlar: Omeqa-3 yağ turşuları dəri baryerini dəstəkləyir və nəmin qorunmasına kömək edir.
Yağsız protein: Kollagen istehsalını dəstəkləyir.
Tam taxıllar: Bağırsaq mikrobiomunun sağlamlığını qoruyaraq iltihabın azalmasına kömək edir.
Baxış sayı:69
Bu xəbər 12 Noyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















