Icma.az
close
up
RU
Yeni təyin olunmuş hakimlər and içiblər

Yeni təyin olunmuş hakimlər and içiblər

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birinci instansiya məhkəmələrinə yeni təyinat alan 34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi keçirilib.

Bu barədə Ölkə.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Məlumata görə, sədr məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlərdən danışıb, yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.

"Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər. Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması və xidməti vəsiqə təqdim olunub", - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri