Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Nəcibənin toyudur Fotolar

Mərhum Xalq artistinin yaxın qohumu imiş

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Yeni transfer Bakıda tıxacdan şikayətlənib: Tanınmış braziliyalılar da bu yoldan keçir MÜSAHİBƏ

Yeni transfer Bakıda tıxacdan şikayətlənib: Tanınmış braziliyalılar da bu yoldan keçir MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın yeni braziliyalı futbolçusu Bruno Frankonun Teleqraf-a müsahibəsi

- “Araz-Naxçıvan”la bağlı ilk təəssüratlarınız necədir və komandaya uyğunlaşma prosesi necə gedir?

- Adaptasiyam çox yaxşı gedir. Bura gələrkən hər kəs məni yaxşı qarşıladı və çox nəzakətli davrandı. Klub da, rəhbərlik də mənə tam dəstək verdi. Özümü çox yaxşı hiss edir və inanıram ki, bununla bağlı problem olmayacaq. Əksinə, bu gözəl qarşılama və uyğunlaşma mövsümün əvvəlində mənə çox kömək edir.

- Karyeranızda ikinci dəfə Braziliyadan kənarda çıxış edəcəksiniz. Azərbaycanla bağlı əvvəlcədən nə bilirdiniz və necə oldu ki, bura gəlməyə dair qərar verdiniz?

- Bəli, bu, mənim ikinci beynəlxalq təcrübəmdir. Daha əvvəl Bolqarıstanda oynamışam. Azərbaycan Premyer Liqasını bir qədər tanıyırdım, çünki ötən mövsüm burada çıxış edən dostlarım var idi. “Araz-Naxçıvan”ın təqdim etdiyi plan çox yaxşı idi. Əməkdaşlıq etdiyim “Think Ball” şirkəti ilə apardığımız söhbətlərdən sonra təklifi qəbul etməyə qərar verdik.

- Daha əvvəl futzal oynamısınız. Bu təcrübə sizin oyun tərzinə necə təsir edib?

- 7 yaşımda futzalla başlamışam. Bu, mənə həm sürətli düşünmək, həm də komanda şəklində işləməkdə çox kömək etdi. Futzal texniki cəhətdən də oyunçunun inkişafına böyük töhfə verir. Braziliyada uşaqların futzalla başlaması və sonra böyük meydana keçməsi çox adi haldır. Bir çox tanınmış braziliyalı futbolçu da bu yolu keçib. Futzal çox şey öyrədir.

- Azərbaycana gəldikdən sonra sizi nə isə təəccübləndiribmi?

- Düzdür, hələ burada oynamamışam. Ölkədəki dostlarımla danışmışam və onlar mənə burada oynamağın xoş olacağını, liqanın isə rəqabətli və çətin olduğunu deyiblər. İnanıram ki, Azərbaycan futbolu və liqası son illərdə çox inkişaf edib. Bu ölkədə və bu liqada olmaq mənim üçün böyük məmnuniyyətdir. Mövsümün startı və komandamızın nələr göstərə biləcəyi üçün çox həyəcanlıyam.

- Azərbaycanda legioner həyatı sizin üçün necə keçir: Gündəlik həyat və futbol mühiti baxımından digər ölkələrlə müqayisədə hansı fərqləri hiss etmisiniz?

- Burada, son illərdə oynayıb yaşadığım Bolqarıstanla müqayisədə, yol hərəkəti daha çətindir. Demək olar ki, hər zaman sıxlıq, tıxac var. Amma gündəlik həyatım çox da dəyişməyib, bu cür oyunçu rutininə artıq öyrəşmişəm.

- Komanda yoldaşlarınızla münasibətiniz necədir, baş məşqçi Elmar Baxşıyev sizdə necə təsir bağışlayıb?

- Biz futbolçular bilirik ki, mövsümöncəsi hazırlıqlar necə olmalıdır. Məşqlərimiz daha intensiv davam edir. Amma bu, yaxşıdır, çünki çempionata tam hazır olmaq lazımdır. Mənim üçün daha asan oldu, çünki komandada daha 4 braziliyalı var. Bu amil də daha tez münasibət qurmağımı sürətləndirdi. Baxşıyev mənə tam güvən verdi, inandığını dedi. Bu etimadın qarşılığında mən də özümü yaxşı tərəfdən göstərəcəyəm.

- Bildiyimizə görə, ingilis, ispan və portuqal dillərini bilirsiniz. Komanda daxilində əsasən hansı dildən istifadə edirsiniz və Azərbaycan dilinini öyrənməyə başlamısınızmı?

- Bura yeni gəldiyim üçün, azərbaycanca hələ öyrənməyə başlamamışam. İngilis dilində sərbəst danışıram və burada da bu dillə ünsiyyət qururam.

- Gələcək planlarınız nələrdir: “Araz-Naxçıvan” karyeranızda bir tramplin ola bilərmi?

- Mən tam olaraq “Araz-Naxçıvan” klubuna fokuslanmışam. Planım əlimdən gələnin ən yaxşısını etmək və bu forma ilə tarix yazmaqdır. Gələcək barədə indi nə isə deyə bilmərik. Azərbaycan çempionatı çox inkişaf edib, digər liqalar da artıq buradakı futbolu izləyirlər. Azərbaycanda olmaq, bu klubda çıxış etmək mənim üçün şərəfdir. İndilik əsas məqsədim buradakı gündəlik işə fokuslanmaq, komandaya və azarkeşlərə maksimum dərəcədə fayda verməkdir.

- Azarkeşlərə nə demək istərdiniz: Onlar meydanda Brunonu necə tanıyacaq və nə ilə yadda qalacaqsınız?

- Azarkeşlər məndən sonadək mübarizə aparan və bu formanı sona qədər müdafiə edən bir futbolçu görə bilərlər. Bolqarıstanda komandamın heyətində ən çox meydana çıxan futbolçu idim. Mən döyüşkənəm, son dəqiqəyə qədər vuruşuram və maksimum əzmkarlıq göstərirəm. Azarkeşlər bunu məndən hər zaman gözləyə bilərlər.

- Konfrans Liqasında rəqibiniz Yunanıstanın “Aris” klubu olacaq. Özünüz bu komanda barədə nə bilirsiniz?

- “Aris”in güclü komanda olduğunu və çətin oyun olacağını bilirəm. Yunanıstan çempionatında yaxşı mövsüm keçirdiklərini və liqanın ilk "beşliy"ində qərarlaşdıqlarını gördüm. Bütövlükdə komandamız, yəni, həm məşqçilər, həm də futbolçular bu rəqibi yaxşı analiz edəcək və maksimum dərəcədə hazır olmağa çalışacağıq.

- Qarşıdakı oyunda şanslarınızı necə qiymətləndirirsiniz?

- Hazırda yalnız bu oyunu düşünürük. Hazırlıqlara bir müddətdir ki, başlamışıq. Hər gün çalışacağıq ki, yüksək səviyyədə rəqabət aparaq. Meydana çıxmaq fürsətim olsa, bu komanda üçün bütün gücümü ortaya qoyacağam.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 İyul 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see228

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see180

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see174

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see160

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see150

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see150

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see144

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see142

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see141

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see136

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see136

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see136

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see136

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see135

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see133

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri