Icma.az
close
up
RU
Yəni Üzeyir bəy də?..

Yəni Üzeyir bəy də?..

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya mövzusu ən müxtəlif formada gündəmin əsas məsələsi kimi qalmaqdadır. Düşənbə görüşü bəzi ziddiyyətləri aradan qaldırsa da, hələ çox mətləblər tam çözülməyib, bəlkə də qarşıda elə şeylərin üstü açılacaq ki, özümüz özümüzdən "heç belə şeylər olarmı?” soruşacağıq. 

Amma heç zaman ifrat dərəcədə öncəgörməlik etməyin tərəfdarı olmamışam; siyasi təhlilçinin proqnozları heç vaxt müvafiq orqanların və yaxud da məhkəmələrin aşkarladıqlarını irəlicədən söyləyə bilməz.     

Bələdəsə, Rusiya bundan sonra da yaxın qonşumuz olaraq (kaş olmayaydı!) qalacaq. Odur, nə olur-olsun, üstündən xətt çəkə bilmərik, həmişə onunla müəyyən münasibətlər saxlamağa məcburuq.

Təkrar-təkrar yaxın keçmişə qayıdıb prezident Putinin son vaxtlarda bəzi postsovet ölkələrindəki rusdillilərə xüsusi "maraq” göstərməsinə gəldikdə, bir daha deyirik ki, ona "rıçaq”- "tutacaq” lazımdır, çünki bəzi post–sovet ölkələrində demək olar ki, etnik ruslar qalmayıb və yaxud da çox az qalıb. Ona görə də yapışıb rusdillilərdən ki, sabah bura "linqvistik azlıqların müdafiəsi” adı ilə müdaxilə edə bilsin.

Məsələ özü isə tamam başqa cür qoyulmalıdır məncə. Rus dilini bilirsiniz? Gənclərimizin bir hissəsi həm də rus dilini bilir? Əla! Hətta çox gözəl! Çalışın karyeranızda bundan da fayda götürün, çünki burada pis heç nə yoxdur. Nə qədər fəalliyyət sahəsi sadalamaq olar ki, orada gənclərimiz üçün rus dilini bilmək də əlavə üstünlükdür. 

Bunu digər dillər, xüsusən, ingilis və s. haqda demək olar. İngilis dili, ümumiyyətlə, dünya dili sayılır. Yalnız bizdə hələ də bununla barışmaq  istəmirlər, azmış kimi, ingiliscədən çox rus dilinə üstünlük verirlər. Hələ onu demirik ki, son on illərdə Çinin iqtisadi sıçrayışı hətta onun da dilinə işgüzar dairələrdə maraq yaradıb.

Amma nəyə görə ana dilinizi, xüsusən yaşadığınız dövlətin rəsmi dlini bilməməlisiniz? Axı sizin inkişafınız üçün lazımdır bu! Yaşadığı ölkənin rəsmi dlini bilməyən adam məmur, deputat, nə bilim, nazir ola bilərmi? Bunu diskriminasiya-filan kimi qəbul etməyin, hər yerdə belədi! Dövlət neyləməlidir? Durub hər bir məmur üçün xüsusi tərcüməçi təyin etməlidir, yoxsa dövlətin rəsmi dilini dəyişməlidir?..

Təxminən 96-97-ci illərdən sonra rusdillilərlə birbaşa, yəni canlı kontaktım olmayıb, hətta o vaxt arabir, indisə sistemli şəkildə rus dilində yazsam da. 

Üstəlik, cəmiyyətin bir sosial seqmenti kimi onlar daha çox imperiya, yəni sovet dövründə qabarıq idilər. 

Səhv etmirəmsə, şükür, indi belə şey yoxdur, hansıları ki, hamımız sovet dövründə müşahidə edirdik. 

Əslində olmamalıdır da. Öz ana dilindən, dövlət dilindən savayı biri rusu, digəri ingilisi, fransızı, almanı, hətta ərəbi, farsı da bilər. Amma bu, böyük Mirzə Cəlilin "Anamın kitabı”ndakı faciəyə çevrilməməlidir. 

Sovetin dövründə bizim rusdllilərdə təkəbbür vardı. Özlərini az qala, elita sayır, digər azərbaycanlılara həqarətlə baxır, özlərinə "bakinets”, rayonlularasa "çuşka” deyirdilər. 

Əlbəttə, bunun heç bir əsası yox idi. Sovet dövründə özünü rusdilli sayan azərbaycanlıların hamısının olmasa da, çoxunun nə rus ədəbiyyatından, nə rus elmindən, nə də incəsənətindən xəbərləri belə var idi. O vaxt da fikirləşirdik ki, əcəba, bunların məntiqinə görə böyük Üzeyir bəy "çuşka” idi? Axı nə həqarətdir bu! Baxın, Mirzə Fətəli, Vəzirov, Haqverdiyev, Mirzə Cəlil, Hüseyn Cavid, Üzeyir bəy, Hadi və daha kimlər və kimlər! Axı bunların hamısı müxtəlif bölgələrdən idilər! Hələ sovetin öz dövrünü demirəm: Səməd Vurğun, Rəsul Rza, daha neçə yazıçı və şair, Məmmədəliyev, Zahid Xəlilov, Mirabbas Qasımov, Xudu Məmmmədov kimi alimlər! Axı bunlar da Azərbaycanın müxtəlif bölgələrindən idi, gəl, özlərini nə "bakinets” sayırdılar, nə də rusdilli...

O dövrün – sovetin bəzi eybəcərliklərini təzədən qaytarmağa heç bir lüzum yoxdur. Bir daha deyirik: rus dilini bilirsiniz? Çox gözəl! Əslində hər bir savadlı, ziyalı adam ana dilindən savayı heç olmasa, bir xarici dil də bilməlidir. 

Amma bundan götürüb sosial qarşıdurma yaratmaq, ələlxüsus da kiminsə əlində "geosiyasi rıçaq”a çevrilmək qəti yolverilməzdir: hamımızın bir Vətəni, bir dövləti var, çalışaq ki, ictimai mədəniyyət sarıdan da öncül ölkə olaq...

Hüseynbala Səlimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri