Real onu göndərir
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real”ın kapitanı Daniel Karvaxal mövsümün sonunda komandadan ayrıla bilər.
QOL.az xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, Madrid klubu 34 yaşlı müdafiəçi ilə müqaviləni yeniləməyi planlaşdırmır və futbolçu artıq bu qərardan xəbərdardır.
Bildirilir ki, regionda davam edən gərgin vəziyyət səbəbindən Karvaxalın karyerasını Səudiyyə Ərəbistanı və ya Yaxın Şərqin digər ölkələrində davam etdirməsi hazırda çətin görünür.
Qeyd edək ki, “Real”ın yetirməsi olan təcrübəli futbolçu komandanın heyətində bütün turnirlərdə 449 oyuna çıxıb, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. Karvaxal Madrid təmsilçisi ilə 6 dəfə Çempionlar Liqasının, 4 dəfə isə La Liqanın qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 16 May 2026 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















