Yeni vəzifəsində ilk dəfə Kiyevə getdi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Almaniya XİN yayıb.
“DPA” agentliyi isə XİN rəhbərini Almaniyanın müdafiə sənayesinin nümayəndələrinin müşayiət etdiyini yazıb.
Onu da qeyd edək ki, bu alman nazirin cari ilin mayında həmin vəzifəyə gəldikdən sonra Ukraynaya ilk səfəridir. Səfər əvvəlcədən elan edilməmişdi.

