Icma.az
close
up
RU
“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çində noyabr ayının ortalarında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti keçiriləcək. Sammitə Rusiya və ABŞ prezidentləri də qatılacaqlar. Rusiya Prezidenti Vladimir Putin 2017-ci ildən bu yana ilk dəfə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq samiitində iştirak edəcək. Sammit çətçivəsində Rusiya, ABŞ və Çin liderləri – Vladimir Putin, Donald Tramp və Si Szinpin arasında üçtərəfli görüş planlaşdırılır. Rusiyada bəzi şərhçilər Çindəki gələcək görüşü “yeni Yalta” adlandırıblar. Yəni rusiyalı ekspertlərin fikrincə, 3 böyük dövlətin lideri guya Çində dünyanın bölüşdürülməsini müzakirə edəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“İkinci Dünya müharibəsinin bitməsinə az qalmış ittifaq dövlətlərinin – ABŞ, Böyük Britaniya və SSRİ liderləri Krımın Yalta şəhərində müzakirələr aparmış, müharibə sonrası dağılan Avropanın gələcəyini müəyyənləşdirmişdilər. Ancaq bu dəfə Böyük Britaniyanı Çin əvəz edəcək. Pekin üçtərəfli görüş vasitəsilə özünün supergüc statusunu və diplomatik çəkisini nümayiş etdirmək, eyni zamanda etibarlı qlobal qüvvə olduğunu təqdim etmək istəyir. Əlbəttə, əgər 3 lider dünyada və bölgədə sabitliyin formalaşdırılması üçün razılığa gəlsələr, bu hamının xeyrinə olar. Ancaq Rusiya və Çinin gözləntiləri ABŞ-ınkından fərqlidir. Kreml Ukraynanın parçalanmasına, Pekin isə Tayvanın Çinə birləşməsinə ABŞ-ın mane olmamasını istəyir. Bu isə sülh və sabitlik deyil, dünyada xaosun davam etməsi deməkdir. Digər tərəfdən Ukraynanın gələcək taleyinin müzakirəsində Avropa da iştirak etmək istəyir. Çünki Ukrayna mövzusunun birbaşa Avropaya dəxli var. Donald Tramp üçtərəfli görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması əhəmiyyətindən danışacaq. Vladimir Putin Donald Trampı dinləsə də, Donbasın işğalı fikrindən vaz keçməyəcək. Si Szinpin isə üçtərəfli görüşdə Ukrayna mövzusuna maraq göstərməyəcək. Pekin Ukraynanın gələcəyinə görə məsuliyyət daşımaq niyyətində deyil.

Si müharibənin zorla dayandırılması və Vladimir Putinin Rusiyada mövqelərinin zəifləməsini istəmir. Pekin Rusiya-Ukrayna müharibəsində neytral olduğunu iddia etsə də, Moskvaya qarşı birbaşa tənqiddən çəkinir və Putinin müharibə iqtisadiyyatını dəstəkləməyə kömək etmək üçün Rusiya neft və qazını almağa davam edir.

1945-ci ildə keçirilən Yalta konfransı Avropanın gələcəyini müəyyənləşdirdi. Çində üç liderin görüşü isə Ukraynanın və ya Tayvanın gələcəyini müəyyənləşdirə bilməyəcək. Liderlər müxtəlif mövzularda fikir mübadiləsi aparıb dağılışacaqlar. Donald Trampın Çindəki müzakirələrdəki mövqeyinə sammitdən əvvəl Konqresə keçiriləcək ara seçkilərin nəticəsi də təsir edəcək”, - ekspert qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Noyabr 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri