Icma.az
close
up
RU
Yeni yaradılan klubun türkiyəli prezidenti: Azərbaycan voleybolunu qızıl dövrünə qaytarmaq istəyirik EKSKLÜZİV MÜSAHİBƏ

Yeni yaradılan klubun türkiyəli prezidenti: Azərbaycan voleybolunu qızıl dövrünə qaytarmaq istəyirik EKSKLÜZİV MÜSAHİBƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 noyabr, Cavid Əliyev, AZƏRTAC

Bu mövsüm qadın voleybolçular arasında Yüksək Liqada debüt edən komandalardan biri də “DH Volley Baku” kollektividir. Yeni yaradılan klub həyata keçirdiyi transferlərlə çempionluğa iddialı olduğunu göstərdi. Bəs, klubun təməli necə qoyulub? Bu və digər suallar ətrafında Bakı təmsilçisinin prezidenti Şərəf Yalçınla söhbətləşdik. Türkiyəli funksionerin AZƏRTAC-a verdiyi eksklüziv müsahibəni təqdim edirik:

- “DH Volley Baku” ideyası necə yarandı?

- “DH Volley Baku” ideyası Azərbaycanda qadın voleyboluna yeni nəfəs gətirmək, həm də bu idman növündə davamlı inkişaf və peşəkar idarəetmə modelini qurmaq məqsədilə yaranıb. Əsas motivimiz yerli oyunçular üçün sabit platforma yaratmaq və Azərbaycan voleybolunu yenidən beynəlxalq arenada tanıtmaqdır. Bunun üçün də əlimizdən gələn hər şeyi edirik. Hazırda komandamızın heyətində yığmada çıxış edən 5 voleybolçu var. Onlardan 3-ü yenidən milliyə dəvət olundu.

- Sizcə, komandanız Azərbaycan qadın voleybolundakı hansı boşluğu doldura bilər?

- Hazırda ən böyük boşluq uzunmüddətli inkişaf strategiyasının və yerli istedadlara etimadın azlığıdır. “DH Volley Baku” bu boşluğu həm gənc oyunçuların yetişdirilməsi, həm də müasir idarəçilik modeli ilə doldurmağı qarşısına məqsəd qoyur. Gənc oyunçuların inkişafı bizim prioritet istiqamətlərimizdəndir. Onların fiziki, taktiki və psixoloji hazırlığına investisiya qoymaqla həm klubun, həm də ölkə voleybolunun gələcəyini təmin etməyə çalışırıq. Əlimizdə istedadlı oyunçular var və onları Azərbaycan voleyboluna qazandırmaq istəyirik.

- Komandanın formalaşma prosesi necə oldu? Əsas seçim meyarlarınız nələr idi?

- Komanda həm təcrübəli, həm də perspektivli oyunçuların balansı əsasında quruldu. Əsas meyarlarımız peşəkarlıq, komanda ruhu, intizam və motivasiya idi. Biz yalnız bacarığı deyil, həm də mental gücü yüksək olan idmançıları bir araya gətirdik.

- Azərbaycan voleybolunda gənc istedadların sayını necə qiymətləndirirsiniz?

- Gənc istedadlarımız az deyil, sadəcə, onlara düzgün şərait və uzunmüddətli etimad lazımdır. Əgər bu potensialdan sistemli şəkildə istifadə etsək, Azərbaycan voleybolu yenidən qızıl dövrünə qayıda bilər. Bizim də istəyimiz məhz budur.

- “DH Volley Baku”nun cari mövsüm üçün əsas hədəfi nədir?

- Əsas hədəfimiz keyfiyyətli oyunla çempionatda qızıl medal və avrokuboklara vəsiqə qazanmaqdır. Azərbaycan voleyboluna səs salmaq və yolumuza uğurla davam etmək istəyirik. Paralel olaraq, komanda daxilində gənc oyunçuların təcrübə qazanmasını da vacib məqsəd hesab edirik. İnanırıq ki, çempion olacağıq.

- Sizcə, Azərbaycanda qadın voleybolunun daha populyar olması üçün nələr çatmır?

- Marketinq və mediayönümlü fəaliyyət çatışmır. Klublar və federasiya birlikdə çalışaraq, voleybolu məktəblərə, universitetlərə və sosial mediaya daha da yaxınlaşdırmalıdır. Azarkeşlə emosional bağ yaratmaq lazımdır.

- Azərbaycan çempionatında təşkilatçılıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Son illərdə müəyyən irəliləyişlər olsa da, hələ də peşəkar idarəetmə, sponsor cəlbi və infrastruktur baxımından inkişaf potensialı böyükdür. Biz “DH Volley Baku” olaraq bu sahədə nümunə olmağa çalışırıq.

- “DH Volley Baku” gələcəkdə uşaq və gənclər akademiyası açmağı planlaşdırırmı?

- Bəli, bu artıq növbəti planlarımızdır. Akademiya layihəsi üzərində ilkin işlərə başlanılıb. Məqsədimiz 10–18 yaş arası qız uşaqlarını sistemli şəkildə yetişdirmək və onları gələcəkdə əsas komandaya inteqrasiya etməkdir.

- Avropa səviyyəsində rəqabət üçün Azərbaycan klubları nələri dəyişməlidir?

- Avropa səviyyəsində rəqabət aparmaq üçün klublar davamlı inkişaf konsepsiyasını mənimsəməlidirlər. Təkcə güclü oyunçularla deyil, bilik və sistem üzərində qurulmuş bir model yaradılmalıdır. Bunun üçün elmi yanaşma, müasir məşq metodikası, düzgün bərpa prosesi və oyun analiz sistemi qurmaq vacibdir. Həmçinin yerli oyunçulara inam və öz məktəbini formalaşdırmaq uzunmüddətli uğurun əsas açarıdır. Gənclərə yatırım, yerli məşqçilərin inkişafı və uzunmüddətli maliyyə sabitliyi Avropa səviyyəsində rəqabət üçün əsas şərtlərdir.

- Klub prezidenti kimi özünüzə hansı prinsipi əsas götürürsünüz?

- Əsas prinsipim sistemli fəaliyyət, peşəkarlıq və intizamın qorunmasıdır. Hesab edirəm ki, uğurun əsasını düzgün strukturun qurulması və hər bir prosesin planlı şəkildə idarə olunması təşkil edir. “DH Volley Baku”da bütün qərarlar strateji yanaşma, məsuliyyət və şəffaflıq prinsipləri üzərində formalaşır. Bizim üçün hər bir üzvün peşəkar münasibəti, intizamlı davranışı və komanda maraqlarına sadiqliyi prioritetdir. Məqsədimiz yalnız idman nəticələri ilə deyil, həm də idarəetmədə sabitlik və institusional etibarla fərqlənməkdir. “DH Volley Baku”da məqsədim yalnız nəticə qazanmaq deyil, dayanıqlı, hörmətə əsaslanan və gələcəyə yönəlmiş bir sistem qurmaqdır.

- Maraqlıdır, qarşıdakı illərdə komandaya tanınmış voleybolçular transfer etməyi planlaşdırırsınız?

- Növbəti illərdə Türkiyə millisində oynamış oyunçu gətirmək istəyirik. Menecerlərimiz bunun üzərində çalışırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri