Icma.az
close
up
RU
Yeni yarasa virusu və yeni pandemiya riski XƏBƏRDARLIĞI

Yeni yarasa virusu və yeni pandemiya riski XƏBƏRDARLIĞI

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yarasalarda insan hüceyrələrinə asanlıqla daxil ola bilən təhlükəli virus aşkarlanıb.

Lent.az xəbər verir ki, Şərqi Afrikada yaşayan yarasalarda KY43 adlı yeni virus aşkar edilib və onun insanlara keçə bilmə ehtimalı var. Araşdırmalar göstərib ki, bu virus insan ağciyər hüceyrələrinə yapışa bilir ki, bu da yeni pandemiya riskini artırır. KY43 virusu Keniya, Sudan və Tanzaniyada yaşayan yarasalarda aşkar edilib. Onun təhlükəliliyini yoxlamaq üçün alimlər virus zülallarını laboratoriyada bərpa edərək insan hüceyrələri ilə müqayisə ediblər. Təcrübələr göstərib ki, virus insan orqanizminə daxil olmaq qabiliyyətinə malikdir. Araşdırmanın müəlliflərindən biri qeyd edib ki, əvvəllər alfa-koronavirusların yalnız bir və ya iki reseptordan istifadə etdiyi düşünülürdü. Yeni nəticələr isə göstərir ki, bu viruslar hüceyrələrə daxil olmaq üçün daha geniş reseptor spektrindən istifadə edə bilər.

Pandemiya riski varmı?

Virusun insan hüceyrələri ilə əlaqə qurmaq qabiliyyətinə baxmayaraq, onun artıq insanlar arasında yayıldığını və ya immun sistemdən yayına bildiyini sübut edən faktlar yoxdur. Doktor Dalan Beyli bildirib ki, bu virus sadəcə indiyə qədər diqqətdən kənarda qalan çoxsaylı viruslardan biridir. Onun sözlərinə görə, belə viruslar yalnız təsadüfi kontakt nəticəsində insanlara keçmək fürsəti gözləyir:
“KY43-ü milyonlarla virusdan biri kimi düşünün. Onun insanlara keçməsi üçün ehtimal çox azdır, amma tarix göstərir ki, belə viruslardan biri mütləq yayılacaq".

Alimlər nə deyir?

Mütəxəssislər bildirirlər ki, bu, virusun potensial təhlükəsinin əvvəlcədən müəyyən edildiyi nadir hallardandır. KEMRI-Wellcome Trust proqramından doktor Ceyms Nyagvanqe qeyd edib ki, bu cür tədqiqatlar gələcəkdə xəstəliklərin yayılmasına qarşı hazırlaşmağa və vaksinlərin hazırlanmasına kömək edə bilər. Oksford Universitetindən professor Aris Katsurakis isə nəticələri “erkən xəbərdarlıq siqnalı” adlandırıb və əlavə edib ki, virusun insan orqanizmində çoxalma qabiliyyəti hələ də məlum deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Aprel 2026 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri