Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır ŞƏRH

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya tarixinə qızıl rəqəmlərlə yazılmış 44 gün xarıbülbüllü zəfər yolumuzun ömrüdür. Bu müddət ərzində rəşadətli Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki torpaqlarımızdan ayrı qaldığımız 30 ilin həsrətini bütün cahana hayqırdı. Vətən müharibəsində əldə etdiyimiz qələbə həm müzəffər ordumuzun hərbi əməliyyatlarının,həm prezident İlham Əliyevin siyasi bacarığının,həm də xalqımızın vətənə olan ümmansız sevgsinin nəticəsidir.

2020-ci il 27 sentyabrdan 8 noyabra kimi müzəffər Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan hökuməti məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı.
Azad olunduğu gündən etibarən bütün rayonlarımızda yenidənqurma işlərinə başlanıldı. Ağdam da genişmiqyaslı quruculuq işlərinin aparıldığı səfalı, lakin erməni vəhşiləri tərəfindən viran qoyulmuş ərazilərimizdəndir. Bildiyimiz kimi, Ağdam Azərbaycanın ən qədim məskənlərindən biridir. O, Kür-Araz ovalığının qərbində yerləşir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə aparılan arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edilib. Üzərliktəpədə tapılan maddi-mədəniyyət qalıqları göstərir ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Ağdam rayonu qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri ilə zəngindir. Burada Üzərlik Təpə abidəsi, Qutlu Sarı Musa oğlu günbəzi, Kəngərli kəndindəki türbə və daş abidələr, Papravənd kəndindəki türbələr, məscid, Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti, Natəvan və onun oğlunun türbəsi, Şahbulaq qalası və s. kimi tarixi -memarlıq abidələri var. İşğal altında olarkən digər rayonlarımız kimi Ağdam da erməni vandalizminin qurbanı olmuşdur. 1993-cü ildə ermənilər buranı işğal etdikdən sonra mədəni və dini abidələrimzin bəzilərini erməniləşdirməyə çalışmış, bəzilərinin üzərinə rus və erməni dillərində Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr yazmış, bir çoxunu vəhşicəsinə məhv etmişlər. Hal-hazırda xalqımıza məxsus tarix və mədəniyyət abidələrinə qarşı bu cür münasibət dünya irsinə yönələn təhdid kimi dəyərləndirilir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya mədəniyyətinin misilsiz nümunələridir. Torpaqlarımız azad edildikdən sonra beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər buraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Əlbəttə, tarixi yaddaşımızı silmək erməni quldurlarına qismət olmadı, əksinə, işğaldan azad olunan torpaqlarımızda yenidən tarixi izlərimizi bərpa etməyə ruhlanlandırdı. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident cənab İlham Əliyev deyib: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Necə ki biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.”

Vüqar Musayev

YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see318

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see299

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see291

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see284

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see274

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see266

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see259

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see252

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see251

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see246

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see237

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see231

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see227

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see218

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see212

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see208

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri