Yeni yayılan qızdırma virusunun əlamətləri və qorunma yolları
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Çikunqunya qızdırması adətən ağcaqanad dişləməsindən bir neçə gün sonra yüksək hərarət, kəskin oynaq ağrıları və dəri səpgiləri ilə özünü göstərir.
BAKU.WS xəbər verir ki, bu barədə infeksionist həkim, tibb elmləri doktoru Vladimir Neronov "İzvestiya"ya müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, xəstəliyin törədicisi yalnız yoluxmuş pələng ağcaqanadların dişləməsi ilə ötürülür və virusun insandan-insana birbaşa yoluxması mümkün deyil.
Neronov endemik bölgələrdə olan şəxslərə qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edir. Belə ki, repelentlərdən yararlanmaq, bədəni örtən geyimlər geyinmək, ağcaqanad torları ilə təchiz olunmuş məkanlarda qalmaq və durğun su olan qabları aradan qaldırmaq mühüm profilaktik tədbirlər sayılır. Qeyd olunur ki, bu növ ağcaqanadlar əsasən gündüz saatlarında daha aktiv olur.
Həkim bildirib ki, vaxtında tibbi yardım göstərilmədikdə xəstəlik xroniki oynaq ağrılarına, xüsusilə yaşlı insanlarda isə əlavə fəsadlara səbəb ola bilər. Xəstəliyin spesifik müalicə üsulu mövcud olmasa da, ölüm halları nadir hesab olunur.
Risk qrupuna əsasən tropik ölkələrdən qayıdan turistlər və cənub bölgələrində yaşayan şəxslər daxildir. Xəstəliyi keçirən insanlarda isə ömürlük immunitet formalaşır. Səfərdən sonra şübhəli simptomlar müşahidə edildikdə dərhal həkimə müraciət etmək tövsiyə olunur.
Bundan əlavə, həkimlər virus infeksiyalarının qarşısının alınmasında qapalı məkanlarda mikroiqlimin roluna da diqqət çəkirlər. Terapevt Olqa Suxareva isə bildirib ki, havanın rütubət səviyyəsinin 40–65 faiz arasında saxlanılması selikli qişaların qurumasının qarşısını alır və yoluxma riskini azaldır.
Onun sözlərinə görə, otaqların mütəmadi havalandırılması virus yükünün azalmasına kömək edir və xüsusilə xəstə şəxslərin olduğu mühitlərdə bu, daha vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 04 Fevral 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















